Elan

MARAQLARIN İFADƏ OLUNMASI ÜÇÜN MÜRACİƏT

(MƏSLƏHƏTÇİ XİDMƏTLƏRİ-TƏŞKİLATLARIN SEÇİMİ)

 

ÖLKƏ: Azərbaycan Respublikası

LAYİHƏNİN ADI: “Məcburi Köçkünlərin Yaşayış Şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi Layihəsi üçün Əlavə Maliyyələşdirmə” (P155110)

Kredit №.: 8627-AZ

Tapşırığın adı: Azərbaycan Respublikasının Məcburi Köçkünlərin  Sosial Inkişaf Fondunda mikromaliyyə bölməsinin institusional bacarıqlarının artırılması İstinad № (Satınalma Planı üzrə): CS-12, Müqavilə № SFDİ/8627-АZ221

Azərbaycan Respublikasının Hökuməti “Məcburi Köçkünlərin Yaşayış Şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi Layihəsi üçün Əlavə Maliyyələşdirmə” çərçivəsində Dünya Bankından maliyyə vəsaiti almışdır və alınan vəsaitlərin bir hissəsini məsləhətçi xidmətlərinə sərf etmək niyyətindədir.

Məsləhətçi xidmətlərinə (“Xidmətlər”) MKSİF-in icra etdiyi layihə çərçivəsində Mikromaliyyə bölməsinin institusional bacarıqlarının artırılması daxildir.

 Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial Inkişaf Fondu müvafiq məsləhətçi təşkilatları (“Məsləhətçilər”) qeyd olunan xidmətləri göstərmək üçün maraqlarını ifadə etməyə dəvət edir. Maraqlanan məsləhətçilər xidmətlərin icrası üçün tələb olunan səriştəyə və müvafiq təcrübəyə malik olduqlarını nümayiş etdirən məlumat təqdim etməlidirlər. Namizədlər üçün əsas meyarlar aşağıdakılardır:

 a) Məsləhətçi təşkilat və təcrübə -  şirkətin təcrübəsi və təşkilati strukturu, habelə tapşırığı yerinə yetirəcəyi nəzərdə tutulan hər bir üzv barədə məlumat, son 5 ildə yalnız uğurla yerinə yetirmiş əvvəlki oxşar tapşırıqların siyahısı, iddiaçı tərəfindən təqdim edilməli olan tərəfdaş təşkilatın heyəti və obyektləri barədə qeydlər;

b) Yanaşma, metodologiya və iş planının təsviri;

c)Fəaliyyətlərin nəticələri ilə bağlı iş qrafiki və onların planlaşdırılması.

 Dünya Bankının maraqların ziddiyyəti üzrə siyasətini nəzərə alaraq maraqlanan məsləhətçilərin diqqəti Dünya Bankının Məsləhətçilərin Seçimi və İşə götürülməsi üzrə Rəhbərliyinin (BYİB kreditləri və BİA kreditləri və ya qrantları çərçivəsində) 2014-cü ilin iyul ayında yenilənmiş nəşrinin (“Məsləhətçilər üzrə Rəhbərlik”) 1.9 bəndinə yönəldilir.

Məsləhətçilərın təqdim edəcəkləri Maraqların ifadəsi sənədi 30 səhifədən artıq olmamalıdır. Firmanın broşurları əlavə kimi daxil edilə bilər və bu broşurlar 30 səhifəlik məhdudiyyətə daxil deyildir.

Məsləhətçilər, Məsləhətçilər üzrə Rəhbərlikdə qeyd olunan üsulla Keyfiyyətə və Qiymətə Əsaslanan Seçim üzrə seçiləcəkdir.

 Əlavə məlumat üçün iş saatları (09:00-18:00) ərzində aşağıdakı ünvana müraciət edə bilərsiniz:    

Maraqların ifadəsi yazılı formada 22 yanavr 2018-ci il tarixinədək aşağıdakı ünvana təqdim olunmalıdır (şəxsən, poçt, faks və ya elektron poçtu vasitəs ilə).

 Azərbaycan Respublikasinın Məcburi Köçkünlərin Sosial Inkişaf Fondu

Bakı şəhəri, Tbilisi prospekti, 57D

Tel: (99412) 4318769

Faks: (99412) 4318211

Elektron poçtu: e.mammadkhanova@sfdi.gov.az