PREZİDENTİN PROBLEMƏ MÜNASİBƏTİ

      Ümumiyyətlə, XX əsrdə Azərbaycan xalqı bir neçə dəfə qaçqınlıq və məcburi köçkünlüklə üzləşmişdir. Azərbaycanın geostrateji mövqeyi, zəngin təbii sərvətləri regionda maraqları olan qüvvələri azərbaycanlıların öz tarixi torpaqlarından zorla köçürülməsinə sövq etmiş,  ermənilərin daha çox torpaq əldə etmək cəhdləri isə  bir əsrdə 4 dəfə azərbaycanlıların öz doğma yurdlarından didərgin salınması ilə nəticələnmişdir.    

    Ermənistanın 1988-1992-ci illərdə planlı şəkildə həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində tarixən bu ərazidə yaşamış 250 min  azərbaycanlı  öz doğma yurdlarından zorla qovularaq   Azərbaycana  pənah gətirdi, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının 20  faizi - Dağlıq Qarabağın, eləcə də ona bitişik olan 7 rayonun ərazisi işğal olundu, 700 min nəfərədək azərbaycanlı  öz doğma yurdunda məcburi köçkünə çevrildi.

    Beləliklə, hazırda Azərbaycanda son 20 ildəki təbii artımla 1 milyon 200 min nəfərə  yaxın qaçqın, məcburi köçkün və «qaçqın»  statusu almaq niyyətində  olan (sığınacaq axtaran) şəxs vardır.

   Doğma ocaqlarından didərgin salınmış soydaşlarımızın bütün qayğıları, problemləri Azərbaycan dövlətinin gündəlik qayğısına çevrilmişdi.

  Gərgin iş rejiminə və dövlət idarəçiliyi sahəsində nəhəng fəaliyyət sferasına baxmayaraq, Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarına hərbi təcavüzü nəticəsində doğma yurdlarından didərgin düşmüş bir milyonadək soydaşımızın qayğıları, sosial problemləri, münaqişənin siyasi cəhətdən həlli məsələsi müasir Azərbaycan dövlətinin qurucusu və xalqımızın ümummilli lideri Heydər Əliyevin gündəlik qayğısına çevrilmişdi.

   Ümummilli lider Heydər Əliyev dünyanın müxtəlif dövlət başçıları ilə keçirdiyi çoxsaylı görüşlərdə, beynəlxalq və yerli qurumların tədbirlərində mütləq şəkildə məhz bu problemə toxunaraq onu ölkəmizin bir nömrəli problemi adlandırırdı və onun  ən böyük arzusu zəbt olunmuş torpaqlarımızın işğaldan azad edilməsi idi. O, bunun üçün  var qüvvəsi ilə çalışırdı.

   Məhz Heydər Əliyevin diplomatiyası sayəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti, Azərbaycanın haqq səsi dünya ictimaiyyətinə çatdırıldı, Ermənistanın təcavüzkar siyasəti ifşa edildi. 1993-cü ildə BMT  Təhlükəsizlik Şurasının  münaqişənin siyasi həlli, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına  qaytarılması ilə bağlı beynəlxalq hüquq normalarına uyğun 4  qətnaməsi qəbul edildi. 1994-cü ildə atəşkəsə nail olundu. ATƏT-in 1994-cü il Budapeşt, 1996-cı il Lissabon və 1999-cu il İstanbul sammitlərində münaqişənin dinc və siyasi yollarla həlli istiqamətində tədbirlər görüldü, ABŞ Konqresinin müstəqil Azərbaycana birbaşa yardım göstərilməsini qadağan edən Azadlığa Dəstək Aktına ədalətsiz 907-ci düzəlişin icrası dayandırıldı.

-1998-ci il iyunun 27-də Xalqımızın Ümummilli lideri Heydər Əliyev  sədrliyi ilə Ümumrespublika müşavirəsi keçirildi;

-2000-ci il  mayın 18-də Ümummilli lider Heydər Əliyevin iştirakı ilə «İnkişaf Problemləri və Strateji İstiqamətlər» mövzusunda beynəlxalq konfrans keçirildi;

-1998-ci ildə Biləsuvar rayonu ərazisindəki çadır düşərgələrinə səfər etdi;

-1999-cu ildə Biləsuvar rayonu ərazisindəki çadır düşərgələrində müvəqqəti məskunlaşmış  4  məcburi köçkünün toy mərasimində iştirak etdi;

-2002-ci il 13 sentyabir tarixdə  Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Ermənistan Respublikasından olan qaçqınlar və Xocalıdan olan məcburi köçkünlər  üçün salınmış yeni qəsəbənin açılış mərasimində iştirak etdi.

  Xalqımızın Ümummilli lideri Heydər Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Ermənistan  Prezidenti ilə 25, ATƏT rəhbərliyi, Minsk Qrupunun təmsilçiləri ilə 200-dən və 80 ölkənin dövlət başçıları ilə 500-dən çox, həmçinin əraziləri işğal olunmuş rayonların ictimaiyyət nümayəndələri,  qaçqın və məcburi köçkünlərlə 20-dən çox görüş keçirmişdir.

 1998-ci ildə «Azərbaycan Respublikasının vətəndaşları haqqında »,  1999-cu ildə «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqыnda», «Məcburi köçkünlərin və  onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» qanunlar qəbul edilmişdir.

  Dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin  təhsil haqqının, həmçinin kommunal və digər xidmətlərin ödənişindən  azad edildilər. Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə yönəldilən vəsaitin həcmi 1993-2003-cü illər arasında 90 dəfə, yemək xərcləri üçün müavinət 60 dəfə, kommunal xidmət xərcləri 120 dəfə artırıldı. Şübhəsiz, ümummilli liderin neft strategiyası olmasaydı, bütün bunlar mümkünsüz olardı.

   «İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində,   köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri  bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir»  deyən xalqımızın Ümummili lideri Heydər Əliyev tərəfindən əsası qoyulan uğurlu neft strategiyası öz bəhrəsini verməyə başlayan andan  əldə edilən ilk vəsait məhz qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldildi, çadır düşərgələrinin ləğvinə başlanıldı.

    Dövlət Neft Fondundan ayrılmış vəsait hesabına  18 şəhər və rayonda bütün zəruri sosial-texniki infrastruktura malik 32  qəsəbə, 400 min kvadrat metr mənzil sahəsi olan 6411 fərdi yaşayış evi, 3174 yerlik 18 məktəb, 6 musiqi məktəbi, 576 yerlik 18 uşaq bağçası, 2 xəstəxana, 10 klub, 11 rabitə evi, 14 inzibati bina, 16 tibb məntəqəsi tikildi, 197 km uzunluğunda asfalt yol, 170 km su xətti, 350 km hava elektrik  xətti, 22 artezian quyusu, 133 km irriqasiya sistemi, 73 su anbarı və s. sosial obyektlər istifadəyə verildi.

   Nəticədə 1330 qaçqın və 5081 məcburi köçkün ailəsinin (32 min nəfər) mənzil şəraiti yaxşılaşdırıldı və respublikamızda mövcud olan 12 çadır düşərgəsindən Biləsuvar rayonundakı 5-i 2003-cü ildə ləğv edildi.

   Bütün bunlar bir daha əyani şəkildə sübut edir ki, qaçqın və məcburi köçkünlərin problemi daim ümummilli liderimiz Heydər Əliyevin  gündəlik diqqət mərkəzində olmuşdur.

   Ulu öndərin öz yurdlarından didərgin salınmış soydaşlarımıza diqqət, qayğı, himayədarlıq siyasəti onun siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir

  Cənab Prezident 2003-2014-cü illərdə qaçqın və məcburi köçkünlərlə bağlı keçirilən müxtəlif tədbirlərdə 33 dəfə, o cümlədən yeni salınmış yaşayış qəsəbələrin və məhəllələrinin böyük əksəriyyətinin açılışında şəxsən iştirak etmiş, həmçinin problemə həsr olunmuş bir beynəlxalq konfrans və iki geniş müşavirə keçirilmiş, bir dövlət proqramı və ona 2 əlavələr təsdiq edilmişdir.

   Yeni salınmış qəsəbələrin açılışlarında  cənab Prezidentin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın şəxsən iştirak etməsi və məcburi köçkünlərlə səmimi söhbətləri soydaşlarımızın həyatında unudulmaz, xoş xatirələrə çevrilmişdir

  Cənab İlham Əliyev 2003-cü il oktyabrın 1-də prezident seçkiləri ərəfəsində ilk görüşünü Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə keçirərkən ölkədə bir dənə də olsun çadır düşərgəsinin qalmayacağını bəyan etmişdi.

   2006-cı ildə Bərdə (3 çadır düşərgəsi)  və Ağcabədi (1 çadır düşərgəsi)  rayonlarındakı 4 çadır düşərgəsinin, 2007-ci ilin dekabrında isə Saatlı və Sabirabad rayonları ərazisindəki 3 çadır düşərgəsinin ləğvi də təmin edilərək, ölkə  Prezidenti cənab İlham Əliyevin tapşırığı vaxtından bir il əvvəl yerinə yetirilmişdir.

   Eyni zamanda ölkədə olan, istismar müddəti başa çatmış 16 fin tipli qəsəbədən 12-si ləğv edilmiş, orada müvəqqəti məskunlaşmış  4400 məcburi köçkün ailəsi yeni  salınmış qəsəbələrə köçürülmüşlər. Qalan  4 fin tipli qəsəbədə və ayrı-ayrı şəhər və rayonlardakı məktəb binalarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər üçün həmin qəsəbələrin yerləşdiyi ərazilərin yaxınlığında elektrik enerjisi, su təchizatı, təhsil, mədəniyyət, səhiyyə və digər zəruri sosial-texniki infrastrukturu olan qəsəbələrin salınması və ya çoxmərtəbəli binaların tikilməsi məqsədi ilə torpaq sahələri ayrılmış və müvafiq layihə-smeta sənədlərinin hazırlanması işləri həyata keçirilir.

  Ötən dövr ərzində Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 17 sentyabr tarixli 895 saylı Sərəncamı ilə «Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə» Dövlət Proqramı, 2004-cü il 1 iyul tarixli 298 saylı Sərəncamı ilə «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı» təsdiq edilmiş, 2007-ci il 31 oktyabr tarixli 2475 saylı, 2011-ci il 21 fevral tarixli 1346 saylı  Sərəncamlar ilə  isə 2004-cü il 1 iyul tarixli 298 saylı Sərəncamla təsdiq edilmiş  Dövlət Proqramına  «Əlavələr» edilmişdir.

  Ötən müddətdə qaçqınların вя məcburi köçkünlərin sosial problemlərinin həlli ilə bağlı beynəlxalq normalara uyğun tam hüquqi baza yaradılmış, ölkə Prezidenti tərəfindən 95 fərman və sərəncam imzalanmış, Nazirlər Kabineti 357 qərar və sərəncam, Milli Məclis isə 33 qanun qəbul etmişdir.

 Dövlət Proqramları və  Əlavələr qaçqın və məcburi köçkünlərin sosial müdafiəsində, onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasında mühüm rol oynamışdır və  onlar uğurla icra edilir.

   Ümumiyyətlə, 2001-2013-cü illər ərzində Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına 2,5  milyon kvadrat metr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik 82 müasir qəsəbə salınmış, 40 min ailə 180 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır.

   Yeni salınmış yaşayış məntəqələrində 139 məktəb, 6 musiqi məktəbi, 51 uşaq bağçası, 55 tibb məntəqəsi, 45 mədəniyyət mərkəzi, 2 olimpiya İdman kompleksi tikilmiş, 648 kilometr yol, 815 kilometr su, 1412 kilometr hava elektrik, 333  kilometr qaz xətti çəkilmiş, 715 ədəd müxtəlif gücə malik elektrik transformatoru quraşdırılmışdır.

  Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli üçün ümumilikdə indiyədək 5,5 milyard dollar vəsait sərf edilmişdir. Həmin vəsaitin 2,5 milyard dolları büdcə vəsaiti,  1,9 milyardı Dövlət Neft Fondunun,  1,1 milyardı isə beynəlxalq maliyyə qurumları və  ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların vəsaitidir.

  Müxtəlif maliyyə mənbələrindən ayrılmış vəsait hesabına məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı 220 yataqxana təmir edilmiş, nəticədə 68 min nəfər məcburi köçkün faydalanmışdır.

 Məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin məbləği 3,6 dəfə, kommunal xidmətlərə görə vəsaitin miqdarı 4,5 dəfə, Dövlətqaçqınkomun illik büdcəsi isə 5,5 dəfə artmışdır.

  Əməkqabiliyyətli  380 min məcburi köçkündən 161 min nəfəri daimi işlə təmin edilmiş, 200 min nəfəri isə mövsümi işlərə cəlb edilmişdir.

  Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə son 10 ildə 1841 məcburi köçkün sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 37,2 milyon manat, həmçinin yeni texnologiyalara əsaslanan 3 investisiya layihəsinə 9,3 milyon manat məbləğində güzəştli kredit verilmişdir.

     Dünya Bankı və Azərbaycan Hökuməti arasında bağlanılmış kredit sazişi (“Məcburi Köçkünlərin İqtisadi İnkişafına Yardım Layihəsi”) üzrə Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən 10,8 min nəfər məcburi köçkünə 7,7 milyon manat məbləğində mikrokredit verilmiş və bu proqramlardan 46 min məcburi köçkün faydalanmışdır.

    Həmin Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən son 10 ildə 310 min nəfərin faydalandığı (bunun da 83%-i məcburi köçkündür) və dəyəri 30 milyon manat təşkil edən 520 müxtəlif növ mikrolayihə icra edilmişdir.

    2013-cü ildə bir nəfər məcburi köçkünə xərclənən vəsaitin həcmi təxminən 1100 manat təşkil etmişdir ki, bu da dünyanın digər münaqişə zonaları ilə müqayisədə ən yüksək göstəricidir.

     Məcburi köçkünlər arasında yoxsulluq həddi son 10 ildə 75 faizdən 15 faizədək azalmışdır.

 Vaxtilə büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olmuş və işlə təmin olunmayan 11 min nəfərədək məcburi köçkünə orta aylıq əməkhaqqının ödənilməsi davam etdirilir.

  Respublikanın şəhər və rayonlarına təhkim edilmiş 78 nazirlik, komitə, şirkət, konsern, səhmdar cəmiyyət və digər mərkəzi təşkilatlar tərəfindən bayramlar ərəfəsində məcburi köçkünlərə müxtəlif yardımlar göstərilir.

 Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz yurdlarından didərgin düşmüş bir milyon nəfərədək qaçqın və məcburi köçkünün sosial problemlərinin həllində ayrı-ayrı donor ölkə və beynəlxalq humanitar və  inkişaf təşkilatlarının rolu böyük olmuşdur.

   Biz həmişə böyük minnətdarlıqla qeyd edirik ki, münaqişənin ilk illərində - dövlətimizin iqtisadi vəziyyətinin ağır olduğu dövrdə qaçqın və  məcburi köçkünlərin sosial problemlərinin həllində donor ölkələrin,  beynəlxalq təşkilatların köməyi əvəzsiz olmuşdur. Bu yardımlar olmasaydı, ölkəmiz həmin illərdə humanitar fəlakətlə üzləşə bilərdi.

   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü ilin fevral ayında keçirilmiş, beynəlxalq humanitar təşkilatların fəaliyyətinin 10 illiyinə həsr edilmiş beynəlxalq konfransda qeyd etdiyi kimi, imkanların məhdud olduğu dövrdə, xüsusən müstəqilliyin bərpasından sonrakı ilk illərdə göstərilən fövqəladə humanitar yardımın çox böyük əhəmiyyəti olmuş,  yaranmış  humanitar fəlakətdən çıxmaqda respublikada fəaliyyət göstərən beynəlxalq, yerli humanitar və inkişaf təşkilatlar əvəzsiz rol  oynamışlar.

     Müsbət haldır ki, donor ölkələrin,  beynəlxalq təşkilatların bu sahədə fəaliyyəti bu gün də davam etdirilir. Hazırda fəaliyyətləri Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası tərəfindən əlaqələndirilən 49 beynəlxalq, 43 yerli humanitar və bu sahədəki inkişaf təşkilatlarının xətti ilə qaçqın, məcburi köçkün və aztəminatlı əhalinin sosial problemlərinin həlli ilə əlaqədar müxtəlif layihələr həyata keçirilir.

    Eyni zamanda dünyanın heç bir yerində həmin təşkilatlar Azərbaycandakı qədər uzun müddət fəaliyyət göstərmir.Bunun isə bir səbəbi var ki, o da həmin təşkilatların tam sərbəst, azad və şəffaf fəaliyyətləri üçün nümunəvi şəraitin yaradılmasıdır. Bu, beynəlxalq maliyyə qurumları, donorlar, humanitar təşkilatların rəhbərləri tərəfindən səsləndirilən rəydir.

     Bununla yanaşı 32 dövlət orqanı, 14 beynəlxalq təşkilatdan alınan müvafiq təkliflər əsasında beynəlxalq maliyyə qurumları, BMT agentlikləri, xüsusən BMT QAK-la və digər beynəlxalq humanitar təşkilatlarla birlikdə «Böyük Repatriasiya (Böyük Qayıdış)» proqramının layihəsinin hazırlanması istiqamətində aparılan  işlər davam etdirilir. Bu həm  işğal olunmuş ərazilərə dəymiş ziyanın dəqiq hesablanmasına, həm ərazilər işğal­dan azad ediləndən dərhal sonra bərpa və yenidənqurma işlərinə başlamağa imkan verəcək, həm də beynəlxalq maliyyə qurumlarında və təşkilatlarda tərtib olunmuş proqramın düzgünlüyünə inam yaradacaqdır.

  Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi məqsədyönlü siyasətin təqdirəlayiq nəticəsi olaraq, Azərbaycan 2012-ci il 26 aprel tarixində daha bir nüfuzlu beynəlxalq təşkilata BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinə tamhüquqlu üzv seçilmişdir.

    Azərbaycan Hökumətinin ölkədə olan qaçqın və məcburi köçkünlərin həyat şəraitlərinin yaxşılaşdırılması üzrə həyata keçirdiyi tədbirlər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymətləndirilir. Belə ki,  BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Antonio Quterreş, BMT-nin Ümumdünya Ərzaq Prqoramının rəhbəri Ceyms Morris, BMT Baş  katibinin məcburi köçkünlərin insan hüquqları üzrə nümayəndəsi Valter Kalin ölkəmizə son səfərləri zamanı qeyd etmişlər: «Azərbaycan Prezidentinin ölkədəki bütün qaçqın və məcburi köçkünlər üçün, o cümlədən beynəlxalq humanitar təşkilatlar üçün gördüyü işlər dünyanın oxşar problemlə qarşılaşan əksər ölkələri üçün nümunədir. Azərbaycan Hökuməti ilə əməkdaşlığımız çox yüksək səviyyədədir».

   BMT-nin İnsan Hüquqları Şurasının məcburi köçkünlərin insan hüquqları üzrə xüsusi məruzəçisi Çaloka Beyani Azərbaycan hökumətinin dəvəti ilə mayın 18-dən 24-dək ölkəmizdə məcburi köçkünlərin insan hüquqları ilə bağlı vəziyyətinin qiymətləndirilməsi, bu sahədə əldə olunmuş tərəqqininin nəzərdən keçirilməsi, eyni zamanda qarşılıqlı fikir mübadiləsi şəraitində müvafiq tövsiyyələrin verilməsi və digər maraq doğuran məsələlərin müzakirəsi məqsədi ilə Azərbaycanda səfərdə olmuşdur.

     BMT-nin xüsusi məruzəçisi səfər proqramına uyğun olaraq bir sıra əhəmiyyətli görüşlər keçirmiş, ağır şəraitdə və yeni salınmış qəsəbə və məhəllələrdə məcburi köçkünlərin həyat şəraiti ilə yaxından tanış olmuşdur.

  Məcburi köçkünlərin bütün sahələrdə dövlət tərəfindən dəstəklənməsini olduqca müsbət hal və yaxşı nümunə kimi dəyərləndirən Çaloka Beyani sürətli tərəqqi dinamikasına malik Azərbaycanın qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində uğurlu siyasət aparan və müsbət nəticələr əldə edən bir ölkə olduğunu, ölkəmizə səfəri zamanı bunun bir daha şahidi olduğunu bildirmişdir.

   Eyni zamanda BMT-nin xüsusi məruzəçisi Çaloka Beyani ölkəmizə səfərinin nəticələri ilə bağlı Cenevrədə verdiyi bəyanatnda isə  məcburi köçkünlərin problemlərinin köklü şəkildə həllinə nail olmaq üçün Azərbaycanda sülhün bərqərar edilməsi və  məcburi köçkünlərin hüquqlarının tam bərpa edilməsi, xüsusilə onların öz torpaqlarına təhlükəsiz şəkildə və ləyaqətləri qorunmaqla könüllü olaraq dönmələrinin təmin edilməsi üçün sülh sazişinin əldə edilməsini təkidlə vurğulanır  və beynəlxalq ictimaiyyəti bu məsələyə dəstək verməyə çağırdı.

 Həmçinin Çaloka Beyani bəyanatında bildiririr ki, Azərbaycanda artıq 20 ildən çoxdur ki, davam edən bu uzadılmış məcburi köçkünlük durumunun aradan qaldırılması üçün sülh sazişinə təcili olaraq nail olunması vacibdir. Sülh və məcburi köçkünlərin problemlərinin köklü həllinə inkişaf hüquqlarının təminatına yönəlmiş yanaşma birlikdə addımlamalıdır və onlardan biri olmadan digərinə nail olmaq mümkün deyil. Bu baxımdan da Azərbaycandan məcburi köçkünlərin problemlərinin köklü həllinə inkişaf hüquqları yönümlü yanaşma təcili olaraq sülhə nail olunmasını tələb edir.

     Xüsusi Məruzəçi Azərbaycan dövlət orqanlarının həm şəhər, həm də kənd yerlərində ümumilikdə bütün əhalinin və xüsusilə məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində əldə etdikləri ciddi nailiyyətləri alqışladı. O, 2010-cu ildə özündən əvvəlki müstəqil ekspertin sonuncu səfərindən sonra baş vermiş dəyişiklikləri qeyd etdi və məcburi köçkünlərin hüquqlarına hörmət edilməsi istiqamətində yeni səylərə və üzərinə götürdüyü öhdəliyə görə Hökumətin işini müsbət qiymətləndirdi.

   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə müntəzəm çatdırılması ilə bağlı müvafiq tədbirlərin həyata  keçirilməsi  davam etdirilir.Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində artıq dünya ictimaiyyəti Azərbaycan həqiqətlərini qəbul edir  və  Azərbaycanın dünyaya tanıdılması istiqamətində atılan addımlar öz səmərəli töhfələrini verir. Ölkə başçısının nüfuzlu beynəlxalq qurumlara, dövlətlərə səfərləri, eləcə də Azərbaycanda təşkil olunan beyənlxalq tədbirlər ölkəmizi dünyada tanıdır. Azərbaycan bu gün beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Azərbaycanın qüdərti artdıqca işğalçı Ermənistan getdicə zəifləməyə başlayır. Ancaq yaddan çıxarmaq lazım deyil ki, dünyada erməni lobbisi, diasporu hələ də güclüdür. Ermənistanın ölkəmizə qarşı apardığı ideoloji müharibənin qarşısında Azərbaycanı dünyaya tanıtmaq istiqamətində hər kəs də öz imkanlarından istifadə etməlidir. Azərbaycan reallığını dünya ölkələri bilsinlər və davamlı inkişafımız barədə məlumatlı olsunlar.

   Hər bir Azərbaycan vətəndaşının borcudur ki,  ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atdığı hər bir addıma, Azərbaycanın ədalətli mövqeyinin dünyada tanınmasına dəstək versin və ərazilərimizin işğaldan azad edilməsi uğrunda mübarizədə öz köməyini əsirgəməsin.   

  Qeyd etmək lazımdır ki, fəaliyyətə başladığı ilk gündən etibarən Heydər Əliyev Fondu da münaqişə haqqında həqiqətlərin dünyaya çatdırılmasında böyük işlər görür.

  Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış “Azərbaycan” internet portalı olduqca böyük əhəmiyyətə malikdir. Portalda Azərbaycan haqqında geniş informasiya əldə etmək olar. Portalda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, Xocalı soyqırımından, erməni vəhşiliklərindən bəhs edən məlumatların yerləşdirilməsi saxta erməni təbliğatına qarşı tutarlı cavab olmaqla dünya ictimaiyyətinin erməni vəhşilikləri ilə yaxından tanış olmasına şərait yaradır.

   Heydər Əliyev Fondu bununla yanaşı hər il Xocalı soyqırımı ərəfəsində dünyanın müxtəlif ölkələrində soyqırım qurbanlarının fotoşəkillərini sərgiləyir, beynəlxalq mətbuatda soyqırım haqqında yazılar dərc etdirir, “Xocalı uşaqların gözü ilə” rəsm müsabiqəsinin iştirakçılarının əsərlərindən ibarət sərgilər keçirir. 

    Mehriban xanım Əliyevanın xüsusi səyi nəticəsində Azərbaycan həqiqətləri dünyanın hər yerində nümayiş etdirilir. Bu istiqamətdə həyata keçirilən işlərə xüsusi önəm verən Fond 2005-ci ildən başlayaraq, müxtəlif dillərdə  “Qarabağ həqiqətləri”  toplusunu nəşr edir. Beynəlxalq ictimaiyyətə ünvanlanmış toplu ilkin olaraq Azərbaycan, rus və ingilis dillərində nəşr edilib. Həmçinin,  “Qarabağ həqiqətləri” oxuculara alman və macar dillərində təqdim olunub. Təbliğat materialları indiyədək bir çox xarici ölkələrdə yayılıb, müxtəlif tədbir və aksiyalar zamanı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında səmərəli ideoloji vasitəyə çevrilib.

  Xocalı soyqırımına həsr olunmuş mərasimlər 2005-ci ildən başlayaraq Vaşinqton, Nyu-York, Varşava, London, Pekin, Haaqa, Dubay, Kiyev, Moskva, Berlin, Strasburq, Brüssel, Buxarest, Cenevrə, Ankara, İstanbul, Praqa, Paris, Roma, Tbilisi, Sarayeva və başqa şəhərlərdə həyata keçirilir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Xocalı сoyqırımına həsr olunmuş kitablar, broşürlər çap edilir və  kinofilimlər çəkilərək dünya ictimaiyyətinə çatdırılır.       

    Leyla Əliyevanın rəhbərliyi ilə keçirilən «Xocalıya ədalət» kampaniyası bütün xocalıların səsini dünya ictimaiyyətinə çatdırır.

   Ermənistanın törətdiyi Xocalı soyqrımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla xanım Əliyevanın böyük rolu olmuşdur.  Onun təşəbbüsü ilə 2008-ci il mayın 8-də Şuşanın işğalının ildönümündə irəli sürülmüş “Xocalıya ədalət” kampaniyası hal-hazırda 80-dən artıq ölkədə yüzlərlə könüllünün iştirakı ilə uğurla davam etdirilməkdədir. Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılması, faciəyə beynəlxalq aləmdə siyasi-hüquqi və mənəvi qiymət verilməsi və həmçinin beynəlxalq səviyyədə anılmasını təmin etməkdir.

  Hazırda dünyanın bir çox nöqtəsində həyata keçirilən bu kampaniya çərçivəsində görülən işlərin nəticəsində İslam Əməkdaşlıq Təşkilatının üzvü olan 50-dən artıq ölkəsinin parlament nümayəndə heyəti Xocalı faciəsini beynəlxalq səviyyədə soyqırımı kimi tanıyıb.

   Artıq dünyanın iri şəhərlərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə küçələrə və parklara Xocalı adı verilir. Xocalı haqqında həqiqətlər ictimaiyyətə təqdim edilir. 2012-ci il fevral ayının 24-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevada Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulan "Dostluq parkı"nın və Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş abidənin açılışı olmuş, Fondun vitse - prezidenti Leyla xanım Əliyeva şəhər ictimaiyyətinə Xocalı soyqırımı ilə bağlı geniş məlumat vermiş və tədbir iştirakçılarına soyqırımı əks etdirən videoçarxlar təqdim edilmişdir.

    Təqdirəlayiq haldır ki, dünyanın əksər ölkələrində keçirilən bu kampaniyaya həmin ölkələrin gəncləri də qoşulmuşlar. Son vaxtlar Amsterdam, Brüssel, Vyana, Vilnüs, Mexiko, Paris, Moskva və Los Ancelesdə də bu istiqamətdə tədbirlər keçirilmişdir. Xocalı soyqırımının dünyada tanınması üçün bir sıra beynəlxalq təşkilatlarda da işlər aparılır.

     Azərbaycan ərazilərinin işğaldan azad edilməsini tələb edən, Ermənistanı təcavüzkar dövlət kimi tanıyan çoxsaylı qətnamələr qəbul edən İslam Əməkdaşlıq Təşkilatı  Xocalı soyqırımını tanıyan ilk beynəlxalq təşkilatdır. Öz növbəsində, ABŞ-ın Xocalı soyqırımını tanıyan və bu cinayəti pisləyən ştatlarının sayı hər il artmaqdadır.

    Аparılan  məqsədyönlü  tədbirlərin nəticəsində artıq  7 dövlət – Pakistan (1 fevral  2012), Meksika (2 fevral  2012) Kolumbiya (24 aprel  2012), Rumıniya (12 fevral 2013), Çexiya (19 fevral 2013),  Bosniya və Hersoqovina  (26 fevral  2013), Peru (2013)   parlamentində və ABŞ-n 15 ştatı (Massaçusets, Texas, Şimali Karolina, Nyu-Cersi, Corciya, Men, Arkanzas, Oklahoma, Nyu- Meksiko, İndiana, Tennessi, Pensilvaniya, Missisipi, Vest Virciniya, Konnektikut) bu qətliamı  soyqırımı aktı kimi tanınmış və bu barədə xüsusi qətnamə qəbul etmişdir. 

    Meksikanın paytaxtı Mexiko şəhərinin mərkəzi tarixi rayonunda yerləşən "Tlakskoake-Xocalı" meydanında Xocalı soyqırımı qurbanlarına abidə qoyulmuşdur.

    2011-ci ildə Xocalı soyqırımı  qurbanlarına abidə Almaniyanın Berlin şəhərində ucaldılmışdır.

     2013-cü ildə Тürkiyənin Uşak şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucаldılmışdır.

      2014-cü il martın 27-də Ankaranın Kızılcahamam rayonunda  "Xocalı Abidəsi və Xocalı Muzeyi" kompleksinin açılış mərasimi olmuşdur. 

   Çexiya Respublikası Avropa İttifaqının üzvləri arasında Ermənistanı dinc Xocalı sakinlərinin qətliamına görə rəsmən pisləyən və bu hərəkətləri insanlığa qarşı cinayət kimi tanıyan ilk dövlət, Çexiya parlamenti isə  Avropa İttifaqında ilk qanunverici orqan оlmuşdur. 2013-cü il  fevralın 7-də bu ölkənin ali qanunvericilik orqanının Deputatlar Palatasının Beynəlxalq Əlaqələr Komitəsi 21 il əvvəl “erməni hərbi bölmələri tərəfindən Azərbaycanın işğal olunmuş Xocalı şəhərində 613 müdafiəsiz dinc sakinin vəhşicəsinə qətlə yetirilməsi ilə törədilmiş qırğına görə” Ermənistanı pisləyən qətnaməni yekdilliklə qəbul edi

     2014-cü il iyunun 20-də “Leyla Əliyeva: “Xocalıya ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)” adlı üç cildlik əsərin təqdimat mərasimi olmuşdur. Müəllifləri yazıçı-publisist, Əməkdar Jurnalist Vasif Səmədov və siyasi elmlər üzrə fəlsəfə doktoru Rövşən Vəlizadənin olduğu üçcildliyin təqdimatı AMEA-nın İnsan Hüquqları İnstitutunun, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, “Xocalıya Ədalət” Beynəlxalq Təbliğat və Məlumatlandırma Kampaniyasının və “Kaspian İzvestiya” Beynəlxalq İnformasiya Agentliyinin birgə təşkilatçılığı ilə keçirilmişdir.

   Həmin kitab Xocalı faciəsi haqqında həqiqətlərin beynəlxalq arenada yayılmasında çox mühüm bir təbliğat materialı olacaqdır.Xocalı soyqırımının dünyada tanıdılmasında Heydər Əliyev Fondunun mühüm rolu olmuşdur. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyasına başlanması sayəsində dünya bu soyqırımı barədə daha ətraflı məlumat əldə etmişdir və  məhz " Xocalıya ədalət"  kampaniyası tərəfindən Xocalı soyqırımı ilə bağlı həqiqətlər  bu gün də davamlı olaraq bütün dünyaya çatdırılır.

 Xocalı soyqırımının  beynəlxalq aləmdə tanıdılması istiqamətində  məqsədyönlü tədbirlər bu gün də davam etdirilir. Bу istiqamətdə həyata keçirilən tədbirlər  аrtıq yeni mərhələyə qədəm qoyur. Bu mərhələdə Xocalı soyqırımı, ümumilikdə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatlar, faktlar, fotoşəkillər таm  dəqiqliyi ilə diqqətə çatdırılmalıdır. Çünki Ermənistan dövləti və erməbi lobbisi 2015-ci ildə qondarma erməni soyqırımının 100 illiyinin qeyd edilməsi üçün bütün güc və resurslarını səfərbər edib. Düşmənlərimizin bu saxta kampaniyasının qarşısının alınması üçün ən səmərəli yollardan biri Xocalı soyqırımı haqqında həqiqətləriн dünya ictimaiyyətinin diqqətinə çatdırılması, dünyanın  aparıcı dövlətləri və ayrı-ayrı ölkələrin parlamentləri tərəfindən  tanınmasına nail olmaqdır.

   Eyni zamanda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırlanan kitablar, qısametrajlı filmlər səfirliklər vasitəsilə dünya ölkələrində nümayiş etdirilir və bu yolla dünya ictimaiyyəti məlumatlandırılır. Bu məqsədlə mütəmadi olaraq xarici ölkələrin, beynəlxalq maliyyə qurumlarının, humanitar və bu sahədəki inkişaf təşkilatlarının nümayəndələri ilə  görüşlər keçirilir.

  Tякжя сон 10 il ərzində xarici ölkələrin, beynəlxalq maliyyə qurumlarının, humanitar təşkilatların nümayəndələri ilə 800-dən çox görüş keçirilmiş, щямин эюрцшлярдя щям мцнагишя, щям дя Хожалы фажияси барядя онлара ятрафлы мялумат верилмишдир.

   Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, eləcə də Xocalı faciəsinin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədi ilə xarici ölkələrə mütəmadi olaraq səfərlər təşkil edilir, parlamentlərdə görüşlər keçirilir, parlament üzvlərinə geniş məlumatlar verilir.

    Təkcə 2012-ci ildə bu məqsədlə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun rəhbərliyi ilə nümayəndə heyəti  5 ölkədə (martın 5-7-də Belçika Federal Parlamentinin Nümayəndələr Palatasındа, avqustun 22-23-də Meksika Senatının rəhbərliyi və senatorlarla, оktyabrın 1-də  Cenevrədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin 63-cü sessiyasında,  noyabrın 6-8-də Finlandiya Parlamentində, noyabrın 22-də İspaniya Senatındа, dekabrın 13-14-də Andorra Senatında) səfərdə olmuşdur.

   Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqşəsi, Хоcalı faciəsi haqqında həqiqətlərin dünya içtimaiyyətinin diqqətinə müntəzəm çatdırılması məqsədi ilə “Ermənistanda aparılan etnik təmizləmə və Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın 20 faiz ərazisinin işğalı nəticəsində yaranmış bir milyonadək qaçqın və məcburi köçkünlərin haqqında məlumat kitabı,  dövlətimizin başçısı cənab  İlham Əliyevin qaçqın və məcburi köçkünlərə qayğısından bəhs edən "Qaçqın və məcburi köçkünlərə Prezident qayğısı" kitabı  nəşr olunmuşdуr.

        Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin prezidentlik fəaliyyəti dövründə görülmüş tədbirləri əhatə edən hesabat toplusu, 10 dəqiqəlik film, həmçinin məcburi köçkünlər haqqında iki dildə  “Ümid və inam”  adlı sənədli film hazırlanmışdır.

   Problemin tarixi köklərinə, qaçqın və məcburi köçkünlərin mövcud problemlərinə və onların aradan qaldırılması üçün görülən işlərə həsr olunmuş genişhəcimli, 52 dəqiqəlik "Vətən həsrəti ... Sönməyən Ümidlər” adlı filmi də hazırlanaraq bütün telekanallarda nümayiş etdirilmiş, xarici ölkələrdə yayılması məqsədi ilə isə 8 dildə 15 dəqiqəlik qısametrajlı film, həmçinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 2 dildə vebsaytı hazırlanmışdır.

  Bütün bunlarla yanaşı “Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan Respublikasında olan qaçqınlar, məcburi köçkünlər, həmçinin «qaçqın» statusu almaq niyyətində olan (3-cü ölkələrdən olan sığınacaq axtaran) şəxslər, onların sosial təminatının yaxşılaşdırılması sahəsində görülən tədbirlər və mövcud problemləri haqqında məlumat“ hər il аzərbaycan və  ingilis dillərində dərc olunur,  2012-ci ildə isə аzərbaycan, ingilis və ispan dillərində dərc olunmuşdur.

     Hazırlanmış məlumat topluları və informasiya materialları ölkəmizdə səfərdə olan xarici qonaqlara onlarla keçirilən görüşlər zamanı təqdim edilir.

    Ermənistanın hərbi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər.

  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ  münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri və bu sahədə qəbul edilmiş sənəd və qərarlar əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həlli üzrə danışıqlar davam etdirilir.  Aparılan danışıqlarda Azərbaycan ölkənin ərazi bütövlüyü və suverenliyinin bərpası, işğalçı qüvvələrin bütün işğal olunmuş ərazilərdən çıxarılması, doğma yurdundan didərgin düşmüş məcburi köçkünlərin öz evlərinə qayıtması, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmasının sülh şəraitində birgə yaşayışının təmin edilməsi, ərazilərin bərpası və kommunikasiyaların açılması və sonrakı mərhələdə hər iki icmanın iştirakı ilə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağ bölgəsinin statusunun müəyyənləşməsi mövqeyindən çıxış edir.

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Azərbaycan heç vaxt öz əzəli torpağında ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verməyəcək, Dağlıq Qarabağ heç vaxt müstəqil olmayacaqdır.

    İnanırıq ki, cənab İlham Əliyev bu problemi də həll edəcək, onun qətiyyətli səyləri nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa ediləcək, azərbaycanlılar öz ata-baba yurdlarına ləyaqətlə qayıdaraq yenidən öz doğma torpaqlarında yaşayacaqlar.