Birgə əməkdaşlıq haqqında

 

 

3109-1 AZ №-lİ  Kredit Sazişi

   Azərbaycan Hökuməti və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (Dünya Bankı) arasında 9 noyabr 1999-cu il tarixində bağlanmış 3109-1 AZ№li Kredit Sazişinə əsasən “Məcburi Köçkünlərin İqtisadi İnkişafına Yardım Layihəsi”  2001-2005-ci illərdə Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu (MKSİF) tərəfindən həyata keçirilmişdir.

   Bu Layihənin əsas məqsədi müxtəlif növ icma yönümlü mikrolayihələri və mikrokredit vasitələrinin paylanılmasını həyata keçirməklə Azərbaycan Respublikasında məskunlaşmış məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması olmuşdur. Kredit vəsaiti aşağıdakı kimi sərf olunmuşdur:

   -   Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırmaq məqsədilə müxtəlif növ həyattəminedici infrastrukturların bərpası üçün;

   -    Yeni iş yerlərinin açılması və gəlirgətirən sahələrin inkişafı məqsədilə kiçik müəssisələrə güzəştli kreditlərin ayrılması üçün;

  - qalan vəsait isə məsləhətçi xidmətləri, ofis avadanlığının alınması və MKSİF-in  əməliyyat xərcləri üçün ayrılmışdır.

   “Məcburi Köçkünlərin İqtisadi İnkişafına Yardım Layihəsi” uğurla başa çatdırılmış, ölkənin 26 rayonu və 4 şəhərini əhatə etməklə, 192 müxtəlif növ icma mikrolayihəsi həyata keçirilmiş, 1670 hüquqi və 10687 fiziki şəxsə kredit verilmişdir. Həyata keçirilmiş mikrolayihələrdən 170 min nəfər faydalanan olmuşdur ki, bunların 93%-ni məcburi köçkünlər təşkil etmişdir

  

4034-AZ №-lİ  Kredit  Sazişi

     2005-ci il noyabr ayında Dünya Bankı və Azərbaycan Hökuməti arasında  “Məcburi Köçkünlərin İqtisadi İnkişafına Yardım Layihəsi”nin həyata keçirilməsi məqsədilə 4034-AZ №-li Kredit Sazişi imzalanmışdır. Bu layihə 2006-2008-ci illərdə MKSİF tərəfindən həyata keçirilmişdir. Dünya Bankı  və Azərbaycan Hökumətinin birgə maliyyələşdirdiyi bu Layihə iki əsas komponetdən (icma mikrolayihələri və mikrokredit proqramı) ibarət olmuşdur.

     4034-AZ №-li Kredit Sazişi çərçivəsində 168 müxtəlif növ icma mikrolayihəsi həyata keçirilmişdir və bu mikrolayihələrdən 110 minə yaxın adam faydalanmışdır (faydalananların 80%-i məcburi köçkünlər olmuşdur). Həmçinin bu Kredit Sazişi çərçivəsində Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu ərazisində qeydiyyata düşmüş 4235 nəfər məcburi köçkünə mikrokreditlər verilmişdir. Mikrokredit proqramından 17 minə yaxın faydalanan olmuşdur.

 

  

  

4395-AZ №-li  Kredit Sazişi

   15 may 2008-ci il tarixində  Dünya Bankı və Azərbaycan Hökuməti arasında “Məcburi Köçkünlərin İqtisadi İnkişafına Yardım Layihəsi üçün Əlavə Maliyyələşdirmə Layihəsi”ni həyata keçirilməsi məqsədilə 4395-AZ №-li Kredit Sazişi imzalanmışdır. Layihə 2009-2011-ci illərdə həyata keçirilmişdir.

      4395-AZ №-li  Kredit Sazişi çərçivəsində 243 müxtəlif növ icma mikrolayihəsi həyata keçirilmişdir. Bu mikrolayihələrdən 135 mindən çox adam faydalanmışdır (faydalananların 72%-i məcburi köçkünlərdir). Layihədə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu vastəsilə məcburi köçkünlərin sıx müvəqqəti məskunlaşma yerlərində mövcud olan sosial problemlərin həlli, infrastrukturun yaxşılaşdırılması (məcburi köçkünlərin məskunlaşdığı ictimai binaların yataqxanaların təmiri, icməli su və elektrik enerjisi təchizatı, daxili yolların bərpası və yaxud tikintisi və s.) ilə bağlı müvafiq tədbirlər həyata keçirilmişdir.

 

   Bu  Layihə çərçivəsində: 34 yataqxanada, 30 məktəbdə, 2 uşaq bağçasında,  1 səhiyyə obyektində, 9 icma mərkəzində təmir bərpa işləri aparılmış, su təchizatı şəbəkələri üzrə 19, yollar üzrə 74, elektrik xətləri üzrə 10 mikrolayihə həyata keçirilmiş, 52 icma yığma mağarlarla təchiz olunmuş, kanalizasiya xətti çəkilmiş, drenaj sistemi quraşdırılmışdır.

 

                    Təmirdən əvvəl                                                      Təmirdən sonra 

  

Təmirdən əvvəl                                                      Təmirdən sonra

Təmirdən əvvəl                                                      Təmirdən sonra