İcmaların səfərbərliyi

İcma səfərbərliyinın kosnepsiyası haqqında

       MKSİF aydın şəkildə müəyyən edilmiş coğrafi ərazidə məskunlaşmış və ümumi iqtisadi, sosial və mədəni maraqları olan hər-hansı insan qrupunu «icma» kimi qəbul edir. 

     İcma səfərbərliyinin ümumi məqsədi tələblərin və mənbələrin düzgün qiymətləndirilməsi üçün  icmalar və yerli hakimiyyət orqanları üçün (bələdiyyələr və yerli icra hakimiyyətləri) potensialın yaradılması və icma sərmayələrinin prioritetləşdirilməsi məqsədilə razılaşdırılmış planın tərtib edilməsindən ibarətdir. Uğurlu icma səfərbərliyi layihənin qısa və uzun müddətli məqsədlərinə nail olmaq üçün əsasdır və Layihə tərəfindən təmin edilmiş mənbələrdən səmərəli istifadə etmək üçün lazımi şərtdir. Eyni zamanda davamlı icma səfərbərliyi özü-özlüyündə icmalara öz ehtiyaclarını daha yaxşı qiymətləndirmək və tərkibində olan proseslər vasitəsilə prioritetləri müəyyən etmək səlahiyyəti verən mühüm layihə məhsuludur.

Bu fazaya bütün hədəf icmalarda həyata keçirilən Tələblərin Birgə Qiymətləndirilməsi (TBQ) daxildir. İştirakçının cəlb olunması prosesi icmada İML dövrəsinin başlanılması üzün əvvəlcədən tələb olunan şərt olan İcmanın Fəaliyyət Planının hazırlanması ilə nəticələnəcəkdir. Tam TBQ ilk İML dövrəsindən əvvəl hər icmada bir dəfə həyata keçirilir və  sonrakı dövrələrə hər il yenilənən İcmanın Fəaliyyət Planı daxil olunur.

   Tam TBQ ilk İML dövrəsindən əvvəl hər icmada bir dəfə həyata keçiriləcəkdir. Sonrakı dövrələrə artıq TBQ-si keçirilmiş və ilk İML maliyyələşdirilmiş, lakin ikinci İML üçün müraciət etmiş İcmanın Fəaliyyət planına daxil edilir.

   Təbliğat kampaniyaları nəticəsində icmalar yeni İML dövrəsinin başlamasından xəbərdar olunur. Bundan sonra təbliğat fazasında tərtib edilmiş və Dünya Bankı tərəfindən yoxlanılmış siyahıya əsasən MKSİF layihənin hədəf aldığı hər bir icmada Tələblərin Birgə Qiymətləndirilməsini həyata keçirir. Tələblərin Birgə Qiymətləndirilməsi həm şəhər, həm də kənd yerlərində icmanın ehtiyaclarının məşvərət və ümumi iştirak üsulları ilə qiymətləndirilməsi üçün istifadə olunan «Kənd yerlərinin birgə qiymətləndirilməsi» metodologiyalarına əsaslanır. Kənd yerlərində birgə   qiymətləndirmə yer barəsində biliyi gücləndirən və yerli insanlara özlərinin qiymətləndirmə, təhlil və planlaşdırma aparmaq imkanı yaradan birgə yanaşma və üsulların inkişaf edən ailəsinə daxildir. KYBQ iştirakçı tərəflər arasında məlumatın bölüşdürülməsi, təhlil və fəaliyyəti asanlaşdırmaq üçün qrupdan istifadə edir. Əslində kənd yerlərində istifadə üçün hazırlandığına baxmayaraq KYBQ uğurla digər yerlərdə də istifadə olunmuşdur. KYBQ məqsədi  müvafiq proqramların planlaşdırılmasında mütəxəssislər, hökumət rəsmiləri və yerli əhalinin birgə çalışması imkanını yaratmaqdan ibarətdir.

    İcmanın tələblər və prioritetlər haqqında fikrinin öyrənilməsi və İcmanın Fəaliyyət Planına daxil edilməsi üçün formalaşdırıması məqsədilə ilkin vasitə kimi TBQ seminarında ilk olaraq geniş icma iclasları (bütün icma üzvləri salamlanaraq iştirak üçün həvəsləndiriləcəklər), Fokus Qrup Müzakirələri (demoqrafik baxımdan müəyyən edilmiş kiçik qruplarla iclaslar) və ailələr ilə  yarım-struktur müsahibələrdən istifadə olunacaqdır. İcma haqqında məlumatın toplanılmasına əsasən bu plan icma tərəfindən yoxlanılıb təsdiq olunur. Tədbirlərdə icma üzvlərinin 30-50%- iştirakı təmin edilir. 

   

 

 İcmanın yaradılması qaydaları və seçim meyarları

      İlkin məsləhətləşmələr və maraqların ifadəsinə əsasən MKSİF mikro-layihə dövrəsinin hər bir raundu üçün hədəf icmaların siyahısını tərtib edir. Hədəf icmaların bu siyahısı ilkin baxış və təsdiq üçün Dünya Bankı və Müşahidə Şurasına təqdim olunmalıdır.

      Ümumi seçim və uyğunluğun yoxlanılması

     Aşağıdakı ilkin seçim meyarlarına uyğun olaraq icma ərizələrinin uyğunluğunu təmin edir:

-        İML ərizəsinin MKSİF tərəfindən tələb olunan standart formaya uyğunluğu və ərizədə kifayət qədər məlumatın olması;

-        İML ərizəsinin MKSİF-in tipologiyasına uyğunluğu;

-        İcmanın iştirak səviyyəsi (mikro-layihənin seçimində);

-        İcmanın həcmi (icma minimum 15 ailədən və ya 75 nəfərdən ibarət olmalıdır);

-        İcmada məcburi köçkünlərin nisbəti (faydalananların ən azı 20%-i məcburi köçkün olmalıdır);

-        Yerli hakimiyyət orqanlarının istismar və fəaliyyət öhdəlikləri;

-        Mikro-layihənin dəyərinin 250,000 ABŞ dollarından yuxarı olmaması (ƏDV-siz);

-        İML ərizəsində ekoloji təsirlərin əks olunma dərəcəsi;

-        Yerli hakimiyyət orqanlarının istismar və fəaliyyət öhdəlikləri;

-        Mikro-layihənin dəyərinin 250,000 ABŞ dollarından yuxarı olmaması (ƏDV-siz);

-        İML ərizəsində ekoloji təsirlərin və təsirlərin azaldılması tədbirlərinin əks olunma dərəcəsi (Bu yoxlama LİQ-in Ətraf mühit üzrə mütəxəssisi ilə birlikdə həyata keçiriləcəkdir);

-        İML ərizəsi və İcmanın Fəaliyyət Planı arasında uyğunluq.