Mikrolayihələr

İcma mikrolayihələri (İML):

     İML-lər ayrı-ayrı fərdlərin deyil bütöv icmanın tələbatlarına aiddir və məcburi köçkün icmalarının inkişaf prioriteti olduğu üçün onlar tərəfindən seçilir. İML-lər ümumiyyətlə (ı) infrastruktur və (ıı) xidmət (qeyri-infrastruktur) mikrolayihələrinə bölünürlər. İnfrastruktur mikrolayihələrinə (İİML) müxtəlif infrastrukturların bərpası/tikintisi ilə əlaqədar olan mikrolayihələr daxildir. Xidmət mikrolayihələrinə (XML) zibillərin daşınması, mədəni mərkəzlərə (kitabxanalar, musiqi dərnəkləri) və icma fəaliyyətlərinə köməkliklə əlaqədar olan mikrolayihələr aiddir. XML-lərə işlərin kiçik komponenti daxil edilə bilər.

     (i) İnfrastruktur mikro-layihələrin növləri:

1.Sosial infrastruktur:

a) səhiyyə obyektləri;

b) uşaq bağçaları və məktəblər (ibtidai/orta);

c) icma mərkəzləri.  

Təmirdən əvvəl Təmirdən sonra


Təmirdən əvvəl Təmirdən sonra

2. İqtisadi infrastruktur:

a) yerli/icma su təchizatı sistemi;

b) kənd və yaxud rayon yolları;

cyerli elektrik təchizatı sistemləri.

 

 

                                                                            Təmirdən əvvə                                                                                                                        Təmirdən sonra

 

 

 3. Sanitariya və ətraf mühit:

   a) yerli/icma kanalizasiya sistemləri və nasos stansiyaları;

b) bərk və ya maye tullantıların emalı obyektlərinin bərpası və ya tikintisi;

c) yerli icmalar üçün eroziyaya nəzarət işləri (drenajlar və bəndlər kimi).

(i)      Xidmət mikro-layihələrinin növləri:

    a) ətraf mühit ilə bağlı tədbirlər: ərazinin zibildən və metal qırıntılarından təmizlənməsi, eroziya və landşafta nəzarət tədbiri  kimi ağajların əkilməsi və s.;

     b) yerli mədəni xidmət mərkəzlərinin inkişafına köməklik: buraya yerli kitabxana (kitablar daxil olmaqla), musiqi məktəbləri (musiqi alətləri daxil olmaqla), idman klubları (əsas ləvazimatlar daxil olmaqla), təlim mərkəzləri və ya qojalar və həssas insan qrupları üçün buna oxşar proqramlar (əsas avadanlıqlar daxil olmaqla) və müxtəlif mərasimlər keçirmək üçün yığma mağarlar (əsas ləvazimatlar daxil olmaqla)  daxil edilə bilər.

    c) mebel və avadanlıq.

  MKSİF-in icma mikro-layihələri üzrə proqramının coğrafi sərhədi yoxdur və ölkənin məcburi köçkünlər məskunlaşan bütün rayonlarını əhatə edə bilər.

  MKSİF-in mikro-layihələr üzrə fəaliyyət prosedurlarının əsas xüsusiyyətləri aşağıdakılardır:

 

-        Mikro-layihələrin tələbatdan irəli gəlməsi: MKSİF-in bütün mikro-layihələri faydalananların cəlb olunması, aralarından onlar üçün rəhbərin müəyyən edilməsi və seçilməsindən asılıdır;

-        Faydalananların sərmayə payı (icmanın iştirak payı)  seçilən mikrolayihələr icmanın əsas prioriteti olduğu üçün faydalananlar pay qoyduqları sərmayə üçün məsuliyyət daşıyacaqlar;

-        MKSİF və icmalar tərəfindən mikrolayihə təkliflərinin birgə qiymətləndirilməsi vasitəsilə mikrolayihələrin MKSİF-in məqsədlərinə  və Əməliyyat Rəhbərliyinə uyğunluğunu təmin etmək, nəticələrin davamlı olmağına əmin olmaq;

-        İş və xidmətlərin müsabiqə yolu ilə  verilməsi;

-        Mikrolayihə tipologiyasının geniş miqyaslı olması: yaşayış şəraitinin və gəlir imkanlarının yaxşılaşdırılması, icmanın ehtiyaclarının (infrastruktur) ödənilməsini hədəf götürür;

-       Mikrolayihənin icrasına nəzarət keyfiyyəti təmin edir;

-       Monitorinq mikrolayihə dövrəsinin bütün mərhələlərində şəffaflığı təmin edir. MKSİF-də monitorinq İMS vasitəsilə və məsləhətçilərin və MKSİF əməkdaşlarının nəzarət səfərləri ilə həyata keçiriləcək;

-        Yerli əhalinin məcburi köçkünlərin sıx məskunlaşmasından təsirləndiyi yerlərdə qeyri-məcburi köçkün əhalinin daxil edilməsi;

-      Yerli hakimiyyət orqanları və məcburi köçkün nümayəndələri ilə sıx əməkdaşlıq.