İctimai yaşayış binaları

İctimai yaşayış binalarının bərpası


      Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində məcburi köçkün və qaçqın düşmüş insanların böyük əksəriyyəti hələ də ictimai yaşayış və tikintisi yarımçıq qalmış bınalarda yaşayırlar. Onlar Azərbaycan əhalisinin ən yoxsul və eyni zamanda ən həssas hissəsinə daxıldirlər. Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması daim Azərbaycan Hökumətinin diqqətindədir. Lakin buna baxmayaraq Hökumətin qəbul etdiyi proqramlar çərçivəsində aparılan təmir işləri məcburi köçkünlərin məskunlaşdıqları ictimai yaşayış binalarının hamısını əhatə etmir. Odur ki, yeni imzalanmış “Məcburi Köçkünlərin Yaşayış Şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi” Layihəsinin  “B” kompanenti çərçivəsində həmin binaların bir qisminin təmir olunması məqsədə uyğun hesab edilir. MKSİF-in apardığı araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, Məcburi Köçkünlərin Yaşayış Şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi Layihəsi çərçivəsində ictimai yaşayış binalarının bərpası komponenti üzrə ayrılacaq vəsait hesabına təxminən 80-85 ictimai yaşayış binasını təmir etmək mümkün olacaqdır. Bu isə təxmini 25 000 məcburi köçkünün faydalanması deməkdir.

      Məcburi köçkün icmalarının müvəqqəti yaşayış yeri kimi istifadə etdiyi  yataqxana və digər ictimai binaların bərpası (ümumi istifadə olunan sahələrin, yaşayış otaqlarının, elektrik təchizatı şəbəkəsinin, ventilyasiyanın, su təchizatı və kanalizasiya şəbəkəsinin, gigiyena vasitələrinin, izolyasiyanın, damın və s. təmiri daxil olmaqla). 

         Təmirdən əvvəl                                                    Təmirdən sonra

 İctimai yaşayış binalarının (İYB) seçimi iki mərhələdə həyata keçiriləjəkdir. Birinci mərhələdə DB ilə razılaşdırılmış meyarlara uyğun gələn ictimai yaşayış binaları MKSİF-in məlumat bazasından seçiləcəkdir. İkinci mərhələdə isə birinci mərhələdən keçmiş ictimai yaşayış binalarında aparılmış texniki və sosial əsaslandırma tədqiqatının nəticələri əsasında bərpa üçün seçilmiş ictimai yaşayış binalarının qısa siyahısı tərtib ediləcəkdir.

 

        Təmirdən əvvəl                                                                    Təmirdən sonra

Hal-hazırda layihənin “B” kompanenti çərçivəsində 44 ictimai yaşayış binasının layihə-smeta sənədləri hazırlanmışdır. Növbəti 8 ictimai yaşayış binası üçün layihə tapşırığı hazırlanmış və satınalma mərhələsindədir. Layihə-smeta sənədləri hazırlanmış  22 ictimai yaşayış binasında təmir-bərpa işləri aparılır, 9 ictimai yaşayış binası üzrə hazırlanmış layihə sənədləri satınalma mərhələsindədir və 13 ictimai yaşayış binası üzrə icma sərmayyə payı yığılır. Təmir işləri aparılan ictimai yaşayış binaları əsasən Bakı, Sumqayıt, Mingəçevir və Şirvan şəhərlərini əhatə edir.  

Təmirdən əvvəl                                                                      Təmirdən sonra

 MKSİF-ə daxil olan müraciətlər əsasında layihənin növbəti mərhələsi üçün hazırlıq işlərinə başlanılmışdır. Texniki və sosial araşdırmaların nəticələrinə əsasən prioritetlərin müəyyən edilməsindən sonra seçiləcək növbəti ictimai yaşayış binaları Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Dünya Bankı ilə razılaşdırıldıqdan sonra qeydiyata alınacaq.