XƏBƏRLƏR
2018-11-12
Pirallahı rayonunda məcburi köçkünlər üçün nəzərdə tutulan yeni yaşayış kompleksində tikinti işləri davam etdirilir.
2018-10-29
Oktayabr ayınının 29-da Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyilə Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) maliyələşdirdiyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) GmbH və Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu (MKSİF) ilə birlikdə həyata keçirdiyi “Cənubi Qafqazda aztəminatlı məcburi köçkün və yerli əhalinin iqtisadi və sosial inkişafı” regional layihəsinin təqdimat mərasimi keçirilib.
2018-06-12
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi əsasında tikilən yaşayış kompleksində 9 mərtəbəli 15 binanın inşası nəzərdə tutulur. Müasir beynalxalq tikinti normaları çərçivəsində tikilən çoxmərtəbəli binalarda 72 ədəd bir otaqlı, 360 ədəd iki otaqlı, 306 ədəd üç otaqlı, 72 ədəd dörd otaqlı mənzillər olacaq.
2018-05-24
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 24-də Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsinin şimal-şərqində Lökbatan-Qobu yolunun 3 kilometr şərq hissəsində məcburi köçkünlər üçün salınmış “Qobu Park” yaşayış kompleksinin açılışında iştirak ediblər.
2018-05-16
Qaradağ rayonunun Ümid qəsəbəsi ərazisində ikinci mərhələ çərçivəsində məcburi köçkünlər üçün daha bir neçə yaşayış binasının tikitisi həyata keçirilir. Hal hazırda ərazidə plana uyğun olaraq, 300 məcburi köçkün ailəsini təmin edəcək əlavə 4 ədəd 5 mərtəbəli yaşayış binasının inşası yekunlaşmaq üzrədir.
2018-05-04
Abşeron rayon ərazisində min məcburi köçkün ailəsi üçün nəzərdə tutulan yaşayış kompleksində tikinti işləri davam etdirilir. Azərbaycanda məcburi köçkünlər üçün tikilən sayca ən böyük yaşayış məhəllələrindən biri olacaq kompleksdə hər biri 7 mərtəbədən ibarət olan 24 ədəd binanın tikintisi həyata keçirilir.