DÜNYA BANKI Hazırki layihə Müraciətlərin baxılması mexanizmi

Müraciətlərin baxılması mexanizmi

 

Müraciətlərin baxılması mexanizmi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu ilə “Məcburi Köçkünlərin Yaşayış Şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi Layihəsi” üçün əlavə maliyyələşdirmə çərçivəsində həyata keçirilən fəaliyyətlərin icrasına aidiyyəti olan bütün maraqlı tərəflərin davamlı əks-əlaqəsini şərtləndirir. Bu mexanizm maraqlı tərəflər təklif, tövsiyə, şikayət və s. digər məzmunlu müraciətlərini Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna ünvanlamaq və qısa zaman ərzində cavab almaq məqsədilə təşkil olunmuşdur.

 

Layihə çərçivəsində fəaliyyətlərin icra edildiyi hər bir coğrafi ərazidə müraciətlərin baxılması mexanizminin mahiyyətini əks etdirən lövhələr yerləşdirilir və məlumatlandırma broşuraları paylanılır. Mexanizmə cavabdehlik daşıyan Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun müvafiq əməkdaşları ayrı-ayrı şəxslər, eləcə də, faydalananlar qruplarından layihə ərazilərində yerləşdirilmiş lövhələrdə və icma üzvləri arasında yayılmış məlumat broşurlarında qeyd olunan mobil telefon nömrələrinə edilən telefon zəngləri, habelə, əlavə olaraq, göndərilən yazılı müraciətləri araşdırılmaq üçün müvafiq bölməyə təqdim edir və sonrakı mərhələdə atılacaq müvafiq addımları ətraflı şəkildə izləyirlər. İcmalar tərəfindən göndərilmiş müraciətlər 15 iş günü ərzində araşdırılır və cavablandırılır.