Ətraf mühitin idarə olunması

 

Ətraf Mühitin İdarəedilmə Planının Çərçivə Sənədi (ƏMİPÇS) Azərbaycan Hökuməti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (Dünya Bankı) birgə maliyyələşdirdiyi Məcburi Köçkünlərin Yaşayış Şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi Layihəsi üçün əlavə maliyyələşdirmə üzrə hazırlıq prosesinin tərkib hissəsi olaraq hazırlanmışdır.

 

ƏMİPÇS  layihə çərçivəsində həyata keçiriləcək fəaliyyət növləri zamanı yarana biləcək ekoloji məsələlərinin həlli üçün çərçivə sənədidir. Bu sənədin məqsədi həyata keçiriləcək layihələrin ekoloji cəhətdən etibarlı və dayanıqlı olmasının təmin edilməsinə kömək etmək, o cümlədən, icmaların ətraf mühitlə bağlı məsələlər üzrə maarifləndirilməsi, ətraf mühitlə bağlı məsələlərin mikrolayihə dövrəsinin ən ilkin mərhələsində nəzərə alınması və ətraf mühitə müsbət təsir göstərəcək mikrolayihələrin dəstəklənməsinin təmin edilməsidir.

 

Ətraf mühitin mühafizə tədbirlərinin mühitə olan təsirin dərəcəsindən və növündən asılı olaraq fərqlənməsini nəzərə alaraq, ƏMİPÇS müxtəlif layihələrin ətraf mühitə göstərə biləcək təsirlər və onları aradan qaldırması üsulları, habelə, öncədən proqnozlaşdırılmış təsirləri azaltmağa istiqamətlənmiş tədbirlər barədə məlumatları özündə əks etdirir.

 

Sənədin tam elektron versiyasını bu keçiddən yükləmək mümkündür.