Mikrokreditlər

MKSİF-in mikrokredit proqramları üzrə məlumat

   

       1. Dünya Bankı və Azərbaycan Hökumətinin birgə maliyyələşdirdiyi 3109-1 AZ№li Kredit Sazişi (yanvar 2001- oktyabr 2005 il)

     Bu Kredit Sazişi çərçivəsində Azərbaycanın 14 ərazi zonasında (ölkənin bütün şəhərləri rayonları daxil olmaqla) 12357 nəfər məcburi köçkünə mikrokreditlər verilmişdir. Bu mikrokredit proqramından 50 minə yaxın adam faydalanmışdır (faydalananların 80%-i məcburi köçkünlərdir);

Bu proqram çərçivəsində vasitəçi kredit təşkilatlarına ayrılmış vəsaitlər üzrə faizlərin tutulması tətbiq olunmamışdır (Kredit Sazişinin Əməliyyat Rəhbərliyinin maddələrinə əsasən).

    Proqram «Aqroinvest», «Kömək», «Nuranə», «Üç qardaş», «Nicat», «Əlinəzərli», «Amin» yerli Kredit İttifaqları «İnkişaf üçün Maliyyə», «Dünyaya Baxış Azərkredit», «Mədəd Kredit», «FİNCA» «Normikro» bank olmayan kredit təşkilatları  tərəfindən MKSİF ilə bağlanmış müqavilələr əsasında icra olunmuşdur.

 

    2. Dünya Bankı və Azərbaycan Hökumətinin birgə maliyyələşdirdiyi 4034-AZ№li Kredit Sazişi (noyabr 2005- dekabr 2008 il)

    Bu Kredit Sazişi çərçivəsində Bakı Sumqayıt şəhərləri Abşeron rayonu ərazisində qeydiyyata düşmüş 4235 nəfər məcburi köçkünə mikrokreditlər verilmişdir. Bu proqram əvvəlki Layihə (3109-1 AZli Kredit Sazişi) çərçivəsində ayrılmış kreditlər üzrə qaytarılan vəsaitlər hesabına maliyyələşdirilmişdir. Bu mikrokredit proqramından 17 mindən artıq adam faydalanmışdır (faydalananların 50%-i məcburi köçkünlərdir);

   Proqram «İnkişaf üçün Maliyyə» «Normikro» bank olmayan kredit təşkilatları  tərəfindən MKSİF ilə bağlanmış müqavilələr əsasında icra olunmuşdur.

 

     3. Azərbaycan Hökuməti tərəfindən maliyyələşdirilən mikrokredit proqramı (iyul 2006 – iyul 2015-ci il)

      Bu proqram  çərçivəsində Azərbaycanın 7 ərazi zonasında (Qarabağ zonasında yerləşən yeni qəsəbələr, rayon şəhərlərdə) 01 iyul 2013- il tarixinə 7895 nəfərə (o cümlədən 7074 nəfər məcburi köçkünə) mikrokreditlər verilmişdir.

     Bu proqram çərçivəsində vasitəçi kredit təşkilatlarına ayrılmış vəsaitlər üzrə faiz məbləğləri illik 2% dərəcəsi ilə hesablanmışdır.

    Proqram «Aqroinvest», «Kömək», «Nuranə», «Üç qardaş», «Nicat», «Əlinəzərli», «Amin» yerli Kredit İttifaqları tərəfindən MKSİF ilə bağlanmış müqavilələr əsasında icra olunur.

     4. Asiya İnkişaf Bankının qrantı hesabına həyata keçirilən «Mingəçevir şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlərə yardım» layihəsi çərçivəsində 2004- ildə «Dünyaya Baxış AzərKredit» MMC- ayrılmış vəsaitin Biləsuvar rayonu ərazisindəki yeni qəsəbələrdə məcburi köçkünlərə mikrokreditlərin verilməsi üzrə mikrokredit proqramı icra olunur . Bu proqram üzrə 1 iyul 2013- il tarixinə 526 nəfər məcburi köçkünə mikrokreditlər verilmişdir (faydalananların ümumi sayı 1595 nəfərdən artıqdır).

     Bu proqram çərçivəsində vasitəçi kredit təşkilatlarına ayrılmış vəsaitlər üzrə faizlərin tutulması tətbiq olunmamışdır (mikrokredit proqramının MKSİF-in Müşahidə Şurasının 12 sentyabr 2006- il tarixli, 24 №-li iclasında təsdiq edilmiş icra mexanizminə əsasən).

     Proqram «Aqroinvest» yerli Kredit İttifaqı tərəfindən MKSİF ilə bağlanmış müqavilə əsasında icra olunur.

     5.  MKSİF-in həyata keçirdiyi mikrokredit fəaliyyəti həm məcburi köçkünlər, həm yerli hakimiyyət orqanları tərəfindən bəyənildiyi üçün, MKSİF tərəfindən həyata keçirilən mikrokredit proqramının yenidən davam etdirilməsi ilə bağlı müvafiq icra mexanizmi tərtib edilmiş və Müşahidə Surasının 3 dekabr 2009-cu il tarixli  iclasının  12 saylı  Protokolu ilə təsdiq edilmildir.

      Təsdiq edilmiş icra mexanizminə əsasən proqramın davamı 2009-2017-ci illəri əhatə edir.

     2009-2015-ci illər, yəni altı il ərzində MKSİF-in xüsusi hesabına həmin vəsait hissə-hissə qayıtdıqca,  kredit vəsaiti də  hissə-hissə kredit ittifaqlarının hesablarına köçürüləcəkdir.

      2015-2017-ci illər ərzində həmin vəsait hissə-hissə yenidən MKSİF-in xüsusi hesabına qaytarılacaqdır .

      6.  Məcburi köçkünlər üçün Ağdam və Füzuli rayonları ərazisində tikilmış qəsəbələrdə həyata keçirilən mikrokredit proqramı (sentyabr, 2010 – dekabr, 2015)

     Bu proqram çərçivəsində 01 yanvar 2014-cü il tarixinə 235 nəfərə (o jcümlədən 204 nəfər məcburi köçkünə) mikrokreditlər verilmişdir (faydalananların ümumi sayı 817 nəfər). Bu proqram Dünya Bankı və Azərbayjan Hökumətinin birgə maliyyələşdirdiyi 4034-AZ №-li Kredit Sazişi çərçivəsində icra olunmuş mikrokredit proqramı üzrə qaytarılan vəsaitlər hesabına maliyyələşdirilir.

      Bu proqram çərçivəsində vasitəçi kredit təşkilatlarına ayrılmış vəsaitlər üzrə faiz məbləğləri illik 3% dərəcəsi ilə hesablanır..

     7. MKSİF tərəfindən həyata keçirilən digər mikrokredit proqramının icra mexanizmi   Müşhaidə Şurasının 28.04.2011 il tarixli 20 saylı qərarı ilə  təsdiq edilmişdir. Təsdiq edilmiş icra mexinizmin əsasında “Şahsevən” Kredit İttifaqı ilə müvafiq müqavilə bağlanmış və hal-hazırda həmin proqram  icra olunur.