DÜNYA BANKI Hazırki layihə A komponenti

Komponent A - icma mikrolayihələri

 

İcma mikrolayihələri icma üzvlərinin fərdi ehtiyaclardan daha çox icmanın ümumi maraqlarını və ehtiyaclarını qarşılayır və icmalar tərəfindən özlərinin inkişaf prioritetlərinə uyğun olaraq seçilirlər.

 

İcma mikrolayihələri (i) infrastruktur və (ii) qeyri-infrastruktur mikrolayihələri olmaqla iki qrupa bölünürlər.

 

(i) İnfrastruktur mikrolayihələri:

1. Sosial infrastruktur (səhiyyə infrastrukturu; bağçalar və məktəblər; icma mərkəzləri).

2. İqtisadi infrastruktur (yerli/icma içməli su təchizat sistemləri; giriş və yerli yollar; yerli elektrik təchizat sistemləri; irriqasiya şəbəkəsi).

3. Kanalizasiya və ətraf mühit (yerli/icma kanalizasiya sistemləri və stansiyaları; bərk və ya maye tullantıların emal mərkəzlərinin bərpası və ya tikintisi; yerli icmalar üçün eroziyaya nəzarət tipli işlər).

 

(ii) Qeyri-infrastruktur mikrolayihələrin:

1. İcma səviyyəli tədbirlər üçün çadırlarla təmin etmək;

2. Məktəblər, səhiyyə ocaqları, bağçalar və/ ya icma mərkəzləri üçün mebel və avadanlıqların təchiz edilməsi.

 

İcmaların hüquqi şəxs olmadıqlarını nəzərə alaraq, icmanın adından layihənin icrası podratçı təşkilatlar tərəfindən yerinə yetirilir və bu zaman bütün satınalma prosesləri Dünya Bankının standart proseduraları əsasında həyata keçirilir.

 

İcma mikrolayihəsinin icrası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun texniki heyətinin aidiyyəti nümayəndələrinin daimi nəzarəti altında aparılır və icra olunmuş işlər komponent menecerləri tərəfindən qiymətləndirilir.

 

İcma mikrolayihəsi üzrə işlər başa çatdıqdan sonra hər bir icma layihəsi üçün tərkibi müxtəlif maraqlı tərəflərin nümayəndələrindən ibarət olan təhvil-təslim komissiyası formalaşdırılır. İcma layihəsi başa çatdıqdan sonra icma nümayəndələrinin təhvil-təslim prosesində iştirak etmələri məcburidir və onlar layihə nəticələrinin qorunması və gələcək istismarı üzrə zəruri işlərin koordinasiyası ilə bağlı cavabdehlik daşıyırlar.