Fondunun direktoru
Mahir Tapdıq oğlu Abbaszadə 27 oktyabr 1975-ci ildə Laçın rayonunda ziyalı ailəsində anadan olmuşdur. 1997-ci ildə Bakı Dövlət Universitetini iqtisadçı, iqtisadi nəzəriyyə müəllimi ixtisası üzrə bitirmişdir.
1997-ci ildə Güzdək Tikinti materialları Kombinatında kadrlar şöbəsinin rəisi, 2001-2003-cü illərdə Azərbaycan Beynəlxalq Bankının Sumqayıt filialında xidmət bölməsi üzrə mütəxəssis, 2003-2004-cü illərdə “Zaminbank” ASC-nin “Gənclik” filialında mühasib, xəzinə müdiri, 2004-2015-ci illərdə isə həmin filialın müdiri vəzifəsində işləmişdir.
Azərbaycan Ordusunun ehtiyatda olan zabitidir (Leytenant). 14 noyabr 2018-ci il tarixdə Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsinə təyin edilmişdir.
Elmi fəaliyyəti : 2005-ci ildə AMEA-nın İqtisadiyyat İnstitutuna dissertant qəbul edilmişdir. 2010-cu ildə elmi şurada müdafiə edib, 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə iqtisad elmləri üzrə fəlsəfə doktoru adı almışdır. 2 elmi kitabın, 27 elmi məqalənin, 11 elmi tezisin müəllifidir.
Siyasi fəaliyyəti : Yeni Azərbaycan Partiyasının üzvüdür. 1 noyabr 2015-ci ildə 121 saylı Laçın seçki dairəsindən beşinci çağırış, 9 fevral 2020-ci ildə isə altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə iştirak etmiş və millət vəkili seçilmişdir. Milli Məclisinin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Gənclər və İdman komitəsinin üzvüdür.
Ailəlidir, 3 övladı var.
Şirzad Abbasəli oğlu Seyidov
Direktor müavini
12 iyun 1971-ci ildə Ermənistan SSR-nin İcevan rayonunun Salah kəndində anadan olub. Azərbaycanlıdır.
1988-ci ildə Bakı şəhəri Sabunçu rayonu 71 №-li tam orta məktəbi bitirib.
1995-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) “Mühəndis-İqtisadiyyatçı” ixtisası üzrə bitirib.
1989-1991-ci illərdə hərbi xidmətdə olub.
1998-ci ildə istehsalatdan ayrılmaqla “Azərbaycan Respublikası Xalq Təsərrüfatının Rəhbər İşçiləri və Mütəxəssislərinin ixtisasartırma və yenidən hazırlanma institutunda” bazar İqtisadiyyatının əsasları üzrə ixtisasartırma kursunu fərqlənmə ilə bitirərək serifikat almışdır.
Əmək fəaliyyətinə hələ tələbə olarkən başlamış, 1991-1995-ci illərdə “Bakı Protez-Ortopedik Bərpa Mərkəzi”ndə fəhlə, usta və baş usta vəzifələrində işləmişdir.
1995-2000-ci illərdə “1 sayı tunel-tikinti idarəsi”nin texniki istehsalat şöbəsində mühəndis, böyük mühəndis və rəis müavini vəzifələrində işləmişdir.
2000-2004-cü illərdə “Abadlıq tikinti-quraşdırma” MMC-də direktor vəzifəsində işləmişdir.
2004-2010-cu illərdə “Texnikabank” ASC-də müdir müavini vəzifəsində işləmişdir.
2010-cu ildə Azərbaycan Respublikasın Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda satınalmalar üzrə baş məsləhətçi vəzifəsinə işə qəbul edilib. 2011-ci ildə həmin fondda iqtisadiyyat sektorunun müdiri vəzifəsinə yüksəlmişdir.
05.01.2017-ci il tarixdən Azərbaycan Respublikasın Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda direktor müavini vəzifəsini icra edir.
YAP Nəsimi rayon təşkilatının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu ərazi ilk partiya təşkilatının sədridir.
12 oktyabr 2012-ci il tarixində Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illik yubileyi münasibəti ilə “Diplom” ilə təltif edilmişdir.
Rus və Türk dillərini bilir.
Ailəlidir, 3 övladı var.
Vüqar İmran oğlu İmranov
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktor müavini
1 iyul 1971-ci ildə anadan olmuşdur. Azərbaycanlıdır.
1988-ci ildə orta məktəbini bitirmişdir. 2005-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tikinti iqtisadiyyatı və onun idarə edilməsi fakultəsini bitirmişdir.
1992-ci ildən etibarən atəşkəsə qədər Qarabağ döyüşlərində iştirak etmişdir.
01.10.2012-ci il tarixindən Yol İstismarı Müəssisəsində iş icraçısı, 09.04.2015-ci il tarixindən Azəryolservis ASC-nin 10 saylı Yol İstismarı Müəssisəsində rəis müavini vəzifəsində işləmişdir.
19.12.2018-ci il tarixindən Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda direktor müavini vəzifəsində işləyir. YAP-ın üzvüdür.
Ailəlidir, 2 övladı var.