DÜNYA BANKI Hazırki layihə B komponenti

                                                                           Komponent B - MK qəsəbələrində infrastruktura yardım

 

Bu komponent 10 il əvvəl məcburi köçkünlər üçün tikilən yeni qəsəbələrə və infrastruktur ehtiyaclarının əhəmiyyətli hesab olunduğu digər yeni qəsəbələrə yardım fəaliyyətlərini əhatə edir. 2001-ci ildən başlayaraq Azərbaycan Hökuməti Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi nəticəsində evlərindən məcburi didərgin düşmüş insanların yaşayış standartlarını yaxşılaşdırmaq məqsədilə qəsəbə və yaşayış kvartalı inşa etmişdir. Layihənin əlavə maliyyələşdirilməsinin tərkib hissəsi olaraq infrastruktur ehtiyaclarının ən kəskin olduğu 36 məcburi köçkün qəsəbəsi əvvəlcədən müəyyən edilmişdir.

 

Məcburi köçkün qəsəbələrində infrastruktura yardım layihələrinin istiqamətləri həmin qəsəbələrdə məskunlaşmış icmalar tərəfindən özlərinin inkişaf prioritetlərinə uyğun olaraq seçilirlər. Bu layihələr (i) infrastruktur və (ii) qeyri-infrastruktur layihələri olmaqla iki qrupa bölünürlər.

 

(i) İnfrastruktur layihələri:

1. Sosial infrastruktur (səhiyyə infrastrukturu; bağçalar və məktəblər; icma mərkəzləri).

2. İqtisadi infrastruktur (yerli/icma içməli su təchizat sistemləri; giriş və yerli yollar; yerli elektrik təchizat sistemləri; irriqasiya şəbəkəsi).

3. Kanalizasiya və ətraf mühit (yerli/icma kanalizasiya sistemləri və stansiyaları; bərk və ya maye tullantıların emal mərkəzlərinin bərpası və ya tikintisi; yerli icmalar üçün eroziyaya nəzarət tipli işlər).


 (ii) Qeyri-infrastruktur layihələrin:

1. İcma səviyyəli tədbirlər üçün çadırlarla təmin etmək;

2. Məktəblər, səhiyyə ocaqları, bağçalar və/ ya icma mərkəzləri üçün mebel və avadanlıqların təchiz edilməsi.

 

Məcburi köçkün qəsəbələrində infrastruktura yardım layihələrinin icrası və təhvil-təslim prosesi icma mikrolayihələrinin icrası və təhvil-təslimi üçün müəyyən edilmiş prosedur qaydalara tam uyğun olaraq aparılır. Bu zaman yeganə fərq məcburi köçkün qəsəbələrində infrastruktura yardım layihələri üçün layihə dəyərinin daha yüksək olması ilə bağlıdır.