Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Müşahidə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ


   Q Ə R A R

№   424

Bakı şəhəri, 2 oktyabr 2018-ci il

 

“Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 6 dekabr tarixli 215 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 avqust tarixli 249 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:


      1. Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Müşahidə Şurasının aşağıdakı yeni tərkibi təsdiq edilsin:

 

Müşahidə Şurasının sədri

 

Rövşən Rzayev - Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri 

 

  Müşahidə Şurasının üzvləri:

 

İlqar Fəti-zadə - Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini

Mətin Kərimli - Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Cəmaləddin Quliyev - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Aparatının iqtisadi və sosial sahələrin inkişafı şöbəsinin müdiri

Azay Quliyev - Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri

Adil Abdullayev - “Avropa Lift Sistemləri” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi, Azərbaycan Respublikası Kiçik və Orta Sahibkarlar İttifaqının prezidenti

Qulam İshaqzai - BMT-nin İnkişaf Proqramının Rezident Nümayəndəsi

Caydev Sinqx - ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycandakı Missiya Direktoru

Guido Ambroso - BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi.

 

2.“Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 15 oktyabr tarixli 151 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 10, maddə 868; 2006, № 11, maddə 991; 2009, № 4, maddə 277) 1-ci hissəsi ləğv edilsin.

 

                                                                  Azərbaycan Respublikasının Baş naziri                                       Novruz Məmmədov