Xəbərlər Füzuli rayon ərazisində 400 məcburi köçkün ailəsi üçün 10 ədəd yaşayış binalarından və zəruri sosial texniki infrastrukturdan ibarət yeni yaşayış məhəlləsində tikinti işləri yekunlaşmaq üzrədir.

Füzuli rayon ərazisində 400 məcburi köçkün ailəsi üçün 10 ədəd yaşayış binalarından və zəruri sosial texniki infrastrukturdan ibarət yeni yaşayış məhəlləsində tikinti işləri yekunlaşmaq üzrədir.

 

            Azərbaycan Respublikası Prezidentinin 31.10.2007 –ci il 2475 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Dövlət Proqramı”-na əlavənin 1.1 bəndinin icrasına əsasən inşa olunan  yeni yaşayış kompleksində o cümlədən 360 şagird yerlik məktəb, 120 yerlik uşaq bağçası, klub-icma mərkəzi, inzibati bina, tibb məntəqəsi, poçt binası və digər inzibati binalar tikilib.

            Burada yerləşən mənzillərin 20 ədədi 1 otaqlı, 200 ədədi 2 otaqlı, 168 ədədi 3 otaqlı və  12 ədədi 4 otaqlıdır.  Son tamamlanma işləri ilə tanış olan Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Sabir Əhmədov inşaatçılara tapşırıq və tövsiyələrini verib, o cümlədən qəsəbənin çox qısa zamanda istifadəyə hazır olmasının zəruriliyini vurğuluyub.

            Azərbaycanda məcburi köçkünlər üçün tikilən sayca ən böyük yaşayış məhəllələrindən biri olan bu kompleksdə də bütün zəruri infrastruktur var.  MKSİF-in sifarişi ilə tikilən yaşayış evləri yüksək keyfiyyətli xətlərlə çəkilmiş elektirik, qaz, istilik, su və rabitə  ilə təmin olunub.


            Hal hazırda yeni yaşayış məhəlləsində kosmetik  və abadlıq işləri görülür. Tikintisinə bu ilin mart ayında başlayan qəsəbədə tamamlanma işlərinin bu ayın sonuna kimi yekunlaşacağı gözlənilir .