Xəbərlər 2013-10-11
2013-cü ilin oktyabr ayının 11-də MKSİF tərəfindən Gəncə şəhərində xarici məsləhətçi cənab Piter Ridin, MKSİF, Tərəfdaş İcraçı Təşkilatları, yerli Qeyri-Hökumət Təşkilatları, məcburi köçkün icmaları və Kredit İttifaqları nümayəndələrinin iştirakı ilə “Gəlirgətirən fəaliyyətlər” mövzusunda bir günlük seminar təşkil edilmişdir. Seminarın keçirilməsi məqsədləri MKSİF tərəfindən icra olunan Layihənin “Gəlir İmkanlarının Dəstəklənməsi” komponenti çərçivəsində hər bir proqram üzrə biznesin inkişafı mütəxəssisləri arasında əlaqənin yaradılması, faydalananların digər proqramlar çərçivəsində cəlb edilməsi, təcrübə mübadiləsi, təlim kursları və sahibkarlıq növlərinin seçimində müxtəlif fəaliyyət istiqamətlərinin və onların gəlirliliyinin müzakirəsi olmuşdur. Seminarın nəticəsi olaraq proqramların səmərəliliyinin artırılması məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsi planı qəbul edilmişdir.

Seminarın protokolundan çıxarış:
Çıxış etdilər:

          MKSİF-in meneceri N.İbrahimov seminarı açıq elan edərək iştirakçıları salamladı.


          N.İbrahimov seminar iştirakçılarına seminarda iştirak etdiklərinə görə təşəkkür etdi və Dünya Bankı və Azərbaycan Hökumətinin birgə maliyyələşdirdiyi və MKSİF tərəfindən həyata keçirilən Layihə barəsində ətraflı məlumat verdi. N.İbrahimov iştirakçıların özünü təqdim etməsini xahiş etdi.


          Cənab P.Rid seminarda iştirak etdiklərinə görə iştirakçılara təşəkkür etdi və subkomponentlər barəsində ətraflı məlumat verdi. P.Rid icra olunan proqramların əsas məqsədi kimi hədəf məcburi köçkünlərin gəlirlərinin artırılmasnın olduğunu qeyd etdi. P.Rid, seminarın əsas məqsədləri kimi mütəxəssislərin təcrübə mübadiləsini, problemlərin təyin edilməsi və həlli yollarının axtarılmasını, uğurlu hekayələrin problemlərin həlli yollarında istifadəsini, problemlər və qarşıya çıxan məsələlər ətrafında müzakirələrin təşkilini, problemlərin həlli yollarının qrup müzakirələri şəklində araşdırılmasını, yeni ideyaların yaranmasını, seminardan sonra yaranan ideyalar üçün təcrübə sisteminin yaradılmasını, seminarların gələcəkdə də davamlı olmasını qeyd etdi.

          P.Rid seminar iştirakçılarından seminardan gözləntilərini bildirməyə dəvət etdi.


          İlk öncə N.İbrahimov proqramların icrası zamanı məcburi köçkün qadınlarının iştirakında çətinliklərin olduğunu qeyd edərək, gender məsləsinin həlli yolları üzrə gözləntiləri sırasında olduğunu qeyd etdi.


          Daha sonra, M.Həsənov proqramlardan faydalanan məcburi köçkün gənclərin kredit ittifaqları ilə asan ünsiyyət qurmaları istiqamətində müzakirələrin gözləntisində olduğunu bildirdi.


          K.Ağaməliyev icmaların əksəriyyətinin kənd təsərüfatına meyl etdiyini, digər biznes sahələrinə meyilliliyin az olmasını bildirərək, onlara uyğun ola biləcək biznes sahələrinin çeşidinin artırılması ətrafında müzakirələrin faydalı ola biləcəyini qeyd etdi.


          Y.Dadaşov mikromaliyyə təşkilatlarının benefisiarlarla daha sıx əlaqəli işləmə imkanlarını və onlara güzəştli kreditlərin təmin edilməsi yollarının gözləntilərindən olduğunu bildirdi.


          Ş.Kamilova bu sahədə layihələrin həcminin artırılması və məcburi köçkün olmayan aztəminatlı ailələrə də şamil edilməsinin ətrafında müzakirələrin təşkil edilməsinin vacibliyini vurğuladı.


          E.Mikayılov məcburi köçkünlərə yeni biznes sahələrinin düzgün təqdim edilməsini, onlara satışların artırılması barəsində köməklik göstərilməsini, əvvəlki layihələrdə iştirak edərək peşə əldə etmiş gənclərin bu proqramda cəlb edilmiş gənclərə təlim keçməsinə və bu gənclərin də gələcəkdə icrası planlaşdırılan oxşar layihələrdə özlərinin təlim keçməsinə cəlb etmək və təcrübələrinin bölüşdürülməsinə nail olmaq, donorlararası koordinasiyanın təmin edilməsini, ali və peşə təhsili olan qadınların layihələrə cəlb edilməsi kimi məsələlərin müzakirəsinə diqqət çəkdi.  

          T.İbrahimov layihənin subkomponentləri arasında koordinasıyanın regionlarda, icmalarda təşkil edilməsinin səmərəli ola biləcəyini qeyd etdi.

Ə.Əliyev məcburi köçkünlərin donorlardan aslılığını aradan qaldırılmasını, təşkilatların yerli qurumlarla əlaqəli işləməsini və layihənin bitməsindən sonra faydalananlara dəstəyin davamlı olması kimi məsələlərin müzakirə olunmasının vacibliyini vurğuladı.


          V.Bayramov layihəyə cəlb olunmuş ailələrin sayının artırılması yönümündə işlərin görülməsini, biznesin həcminin artırılmasını, kompaktlaşdırılmasını və inkişaf etdirilməsni, istehsal ediləcək məhsulun bazara çıxarılması yollarını, kredit təşkilatlarının kredit məhsulları ilə faydalananlara kömək etməsini, daha böyük sexlərin və iş yerlərinin yaradılmasının vacibliyini qeyd etdi.

          A.Əliyeva işlə təmin olunma yollarının müzakirə edilməsinin əhəmiyyətli olmasını bildirdi.


          N.Qarayev gəlirgətirən fəaliyyətlər bazasının yaradılması və gənclərə təqdim edilməsini, istehsal ediləcək məhsulların maya dəyərinin aşağı salınmasını, rəqabət qabiliyyətliliyinin təmin edilməsini, məhsul tədarükü bazasının yaradılmasını, satışın stimullaşdırılmasını, yeni məhsullara meylin yaradılmasını, layihə subkomponentləri arasında inteqrasiyanın təmin edilməsini, subkomponentlərin digər proqramlarla əlaqələndirilməsi məsələlərinin əhəmiyyətini önə çəkərək müzakirəsinin vacibliyini bildirdi.


          A.Cahangirov məcburi köçkün gənclərin biznes fəaliyyətinə başlamazdan öncə biznes sahələrində təcrübə keçməsinin təşkilini, layihədə iştirak edən gənclərin layihənin digər sahələrindəki iş yerlərinə təcrübə qazanması məqsədilə cəlb edilməsinin müzakirə edilməsini vurğuladı.


          M.Həsənov “Gənclərin dəstəklənməsi” subkomponenti barəsində məlumat verdi və təşkilatları tərəfindən icra olunan işləri nümayiş etdirərək təqdimat keçirdi. Təqdimatda layihənin məqsədlərindən, əsas həyata keçirilmə mərhələlərindən, seçimqabağı prosseslərdən, məlumatlandırma prosseslərindən, İcma Fəalyyət Qruplarının yaradılmasından, seçim prossesindən, təlimlərə hazırlıqdan, seçim nəticələrindən, seçilmiş gənclərin əsas göstəricilərindən, təlimlərin keçirilməsi prossesindən, komputer kurslarının təşkilindən, peşə təlimlərinin təşkilindən, layihənin icrasında mövcud olan risklərdən, biznesin inkişafı və prioritetlərdən danışdı.


          N.Qarayev yeni peşələrin mövcud siyahıya əlavə edilməsi barəsində sual verdi. M.Həsənov xalçaçılığın daha prespektivli peşə olduğunu və siyahıya yeni əlavə olunduğunu bildirdi.


          E.Ağayev peşə seçimində yerli idarəetmə orqanlarının iştirak etməsi barəsində sual verdi. M.Həsənov peşə seçimlərində icra hakimiyyəti, bələdiyyə və Qaçqınkomun yerli nümayəndələrinin iştirak etdiyini bildirdi.


          Daha sonra K.Ağaməliyev gəlir imkanlarının dəstəklənməsi subkomponenti barədə iştirakçılara ətraflı məlumat verdi və təqdimat keçirdi. Təqdimatda K.Ağaməliyev donor təşkilatları, konsorsiuma daxil olan təşkilatlar, “gəlirgətirən fəaliyyətlər” proqramının məqsədləri, proqramın əsas fəaliyyət prinsipləri, icmaların seçim meyarları, icma təlimləri və biznes təlimlərinin keçirilməsi, bazar araşdırılması təlimləri, biznes planın tərtibatı, MMC-nin rəsmi qeydiyyat prossesi, fəaliyyətə başlamaq üçün atılmalı olan digər addımlar barəsində seminar iştirakçılarına ətraflı məlumat verdi. K.Ağaməliyev bazara çıxış, benefisiarların savad səviyyəsi, qadınların qərarvermədə çətinlik çəkməsi kimi problemlərdən danışdı.


          A.Cahangirov müəssisənin təsisçisinin kim olacağı və bir nəfərin təyin ediləcəyi təqdirdə gələcəkdə baş verə biləcək problemlər barəsində sual verdi. K.Ağaməliyev bu cür baş verəbiləcək halların icma üzvləri tərəfindən imza atdıqları aktda öz yerini tapmasını cavab olaraq bildirdi.


          Ə.Əliyev əhalinin köçürülməsinin bu proqrama təsiri barəsində sual verdi. K.Ağaməliyev bu məsələnin nəzərə alındığını və köçürülmə məsələsini müvafiq qurumlarla razılaşdırıldıqdan sonra seçim qərarının verilməsini bildirdi.


          N.Qarayev Regional Gənclər Mərkəzləri ilə münasibət qurulması barəsində sual verdi və bu cür münasibətlərin faydalı olacağını qeyd edərək onlarla əlaqələrin yaradılmasını təklif etdi. K.Ağaməliyev bu təklifin faydalı olması ilə razılaşaraq bəzi icmaların Regional Gənclər Mərkəzləri ilə sıx əlaqəli işləməsini təmin etməyə çalışacaqlarını bildirdi.


          Daha sonra, A.Mikayılov MKSİF-in icra etdiyi mikrokredit proqramları barəsində ətraflı məlumat verərək mövcud problemlərdən danışdı. Müxtəlif sahibkarlıq fəaliyyətlərinin yaradılması üçün tələb olunan kredit məbləğləri və proqramın şərtləri ilə ayrılabiləcək vəsaitlər arasında disbalans olduğunu bildirdi, biznes krediti üçün müraciət edən şəxslərin hüquqi şəxs kimi qeydiyyatdan keçməsinin vacibliyini qeyd etdi. Daha sonra təqdimat üçün sözü AFS Kredit ittifaqından E.İbadova verdi.


          E.İbadov təşkilatları tərəfindən tətbiq edilən kredit siyasəti barəsində məlumat verdi. Həyata keçirilən işlər barəsində və MKSİF vəsaiti hesabına görülən işlər barəsində təqdimatla çıxış etdi. E.İbadov nümunəvi müştərilərin uğur hekayələrini iştirakçıların nəzərinə çatdırdı.


          S.Qurbanova faiz dərəcələri və güzəştlər barəsində sual verdi. E.İbadov faiz dərəcəsinin illik 12 faiz olduğunu və məcburi köçkünlər üçün müəyyən güzəştlərin tətbiq edilməsi barəsində məlumat verdi.


          Daha sonra, Əlinəzərli Kredit İttifaqından Mübariz Mehdiyev təşkilatları və gördükləri işlər barəsində seminar iştirakçılarına ətraflı məlumat verdi.

wecwecwecewcw