Komponent B - MK qəsəbələrində infrastruktura yardım
Bu komponent 10 il əvvəl məcburi köçkünlər üçün
tikilən yeni qəsəbələrə və infrastruktur ehtiyaclarının əhəmiyyətli hesab
olunduğu digər yeni qəsəbələrə yardım fəaliyyətlərini əhatə edir. 2001-ci ildən
başlayaraq Azərbaycan Hökuməti Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi
nəticəsində evlərindən məcburi didərgin düşmüş insanların yaşayış
standartlarını yaxşılaşdırmaq məqsədilə qəsəbə və yaşayış kvartalı inşa
etmişdir. Layihənin əlavə maliyyələşdirilməsinin tərkib hissəsi olaraq
infrastruktur ehtiyaclarının ən kəskin olduğu 36 məcburi köçkün qəsəbəsi
əvvəlcədən müəyyən edilmişdir.
Məcburi köçkün qəsəbələrində infrastruktura yardım layihələrinin
istiqamətləri həmin qəsəbələrdə məskunlaşmış icmalar tərəfindən özlərinin
inkişaf prioritetlərinə uyğun olaraq seçilirlər. Bu layihələr (i) infrastruktur
və (ii) qeyri-infrastruktur layihələri olmaqla iki qrupa bölünürlər.
(i) İnfrastruktur layihələri:
1. Sosial infrastruktur (səhiyyə infrastrukturu;
bağçalar və məktəblər; icma mərkəzləri).
2. İqtisadi infrastruktur (yerli/icma içməli su
təchizat sistemləri; giriş və yerli yollar; yerli elektrik təchizat
sistemləri; irriqasiya şəbəkəsi).
3. Kanalizasiya və ətraf mühit (yerli/icma kanalizasiya sistemləri və stansiyaları; bərk və ya maye tullantıların emal mərkəzlərinin bərpası və ya tikintisi; yerli icmalar üçün eroziyaya nəzarət tipli işlər).
(ii) Qeyri-infrastruktur layihələrin:
1. İcma səviyyəli tədbirlər üçün çadırlarla təmin
etmək;
2. Məktəblər, səhiyyə ocaqları, bağçalar və/ ya icma
mərkəzləri üçün mebel və avadanlıqların təchiz edilməsi.
Məcburi köçkün qəsəbələrində infrastruktura yardım layihələrinin icrası və
təhvil-təslim prosesi icma mikrolayihələrinin icrası və təhvil-təslimi üçün
müəyyən edilmiş prosedur qaydalara tam uyğun olaraq aparılır. Bu zaman yeganə
fərq məcburi köçkün qəsəbələrində infrastruktura yardım layihələri üçün layihə
dəyərinin daha yüksək olması ilə bağlıdır.