İcma səfərbərliyi
“Məcburi Köçkünlərin Yaşayış Şəraiti və Gəlir
İmkanlarının Dəstəklənməsi Layihəsi” üçün əlavə maliyyələşdirmə çərçivəsində həyata
keçirilən bütün fəaliyyətlərin mərkəzində bütünlüklə məcburi köçkünlərdən təşkil
olunmuş, bəzi hallarda isə məcburi köçkünlərlə birgə yaşayan yerli əhalinin də
təmsil olunduğu icmalar dayanır. Layihə kontekstində “icma” anlayışı açıq şəkildə müəyyən edilmiş coğrafi
ərazidə yaşayan (məskunlaşan) və ümumi iqtisadi, sosial və mədəni maraqlar üzrə
birləşən istənilən insan qrupunu ehtiva edir.
Layihənin
fiziki əhatəlik və maliyyə imkanlarını nəzərə alaraq, layihə çərçivəsində
həyata keçiriləcək fəaliyyətlərdən bəhrələnmək üçün müraciət etmiş bütün
icmalar arasında bir seçim mövcuddur. Bu halda seçim üçün əvvəlcədən
müəyyənləşdirilmiş 3 meyardan istifadə
edilir (1. İcma üzvləri arasında yoxsulluq səviyyəsi; 2. İcmada baza
infrastrukturun mövcudluğu və hazırkı vəziyyəti; 3. İcma üzvləri arasında
sosial inteqrasiyanın səviyyəsi). Qeyd olunan göstəricilər haqqında məlumatlar
müxtəlif metodlardan istifadə edilməklə toplanılır və müraciət etmiş icmalar bu
məlumatlar əsasında qiymətləndirilir.
Layihədən
bəhrələnmək üçün seçilmiş hədəf icmalarının səfərbər edilməsi layihənin qısa və
uzun müddətli məqsədlərinə nail olmaq üçün əsasdır və layihə tərəfindən təmin
edilmiş mənbələrdən səmərəli istifadə etmək üçün lazımi şərtdir. Eyni zamanda
davamlı icma səfərbərliyi özü-özlüyündə icmalara öz ehtiyaclarını daha yaxşı
qiymətləndirmək və tərkibində olan proseslər vasitəsilə prioritetləri müəyyən etmək
səlahiyyəti verən mühüm layihə məhsuludur. İcma səfərbərliyi bir neçə istiqamət
üzrə bu icmaların potensialının artırılması ilə bu prosesə cəlb olunmasını
nəzərdə tutur.
İcma səfərbərliyinin əsas istiqamətlərindən biri hədəf icmalarında Tələblərin Birgə Qiymətləndirilməsi və bu prosesin məntiqi davamı olaraq İcma Fəaliyyət Planın hazırlanmasıdır. Tələblərin birgə qiymətləndirilməsi aktiv məsləhət və məşvərət metodları vasitəsilə həm əyalətlərdə, həm də şəhərlərdə icma ehtiyaclarının qiymətləndirilməsi üçün tətbiq olunan kənd yerlərinin birgə qiymətləndirilməsi metodologiyalarına əsaslanan bir tapşırıqdır. Kənd yerlərinin birgə qiymətləndirilməsi yerli əhalinin özünün qiymətləndirmə, analiz və planlaşdırma həyata keçirə bilməsini təmin edən, inkişaf etməkdə olan kollektiv yanaşma və metodları özündə əks etdirir. Kənd yerlərinin birgə qiymətləndirilməsi maraqlı tərəflər arasında məlumat bölgüsünü, analiz və fəaliyyətləri stimullaşdırmaq üçün qrup animasiyaları və tapşırıqlardan istifadə edir və bu zaman inkişaf proqramının icraçılarının, hökumət rəsmilərinin və yerli əhalinin birlikdə işləməsi təmin olunur. Tələblərin birgə qiymətləndirilməsi üçün istifadə olunan əsas kənd yerlərinin birgə qiymətləndirilməsi alətləri aşağıdakılardır:
Tələblərin birgə qiymətləndirilməsinin əsas mexanizmləri olaraq
plenar icma görüşlərindən (bütün ictimaiyyət üzvlərinə açıqdır və iştirak etmələri
təşviq olunur), fokus qrupu müzakirələrindən (demoqrafik olaraq təyin edilən
kiçik qrup sessiyaları) və yarım-strukturlu ev təsərrüfatı müsahibələrindən
istifadə edir və nəticədə ehtiyac və prioritetlərlə bağlı ictimai fikirlər
toplanır və icma fəaliyyət planına inteqrasiya olunmaq üçün strukturlaşdırılır.
Tələblərin birgə qiymətləndirilməsi prosesinin məntiqi davamı olaraq icma
fəaliyyət planlarını hazırlamaq üçün görüşlər keçirilir. Görüşlərin qrafikləri
hazırlanır və tələblərin birgə qiymətləndirilməsi prosesi zamanı müəyyən edilən
ehtiyacların prioritetləşdirilməsi üçün planlaşdırılmış sessiyalar keçirilir. İcma
fəaliyyət planı seçilmiş icma üzrə müvafiq icma layihəsi təkliflərinin hazırlanması
və qiymətləndirilməsi üçün əsas rolunu oynayır. Bu plan icmanın ilk səfərbərlik
dövrü ərzində hazırlanır və layihə müddətində sonrakı dövrlər ərzində yenilənir.
İcmalar icma fəaliyyət planına uyğun
olaraq Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun icmaların səfərbərliyi üzrə
heyətin dəstəyi ilə icmanın prioritet problemi ilə bağlı icma müraciət forması
hazırlanır və tələb olunan əlavə sənədlər (texniki şərtlər, razılaşdırmalar və
s.) toplanılır. Yetkin icma üzvlərinin ən az 50%-i icma layihə təklifini dəstəklədiklərini
öz imzaları ilə təsdiq edirlər.
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu icma müraciət forması və təqdim olunan sənədlər əsasında icma layihəsinin aşağıdakı seçim meyarlarına uyğunluğu yoxlayır:
·
İcma layihəsi üzrə
müraciətin tələb olunan formata uyğun gəlməsi və müraciətlə birlikdə təqdim
edilən məlumatların kifayət etməsi;
·
İcma layihəsi üzrə
müraciətin müəyyən edilən tipologiyaya uyğun gəlməsi;
·
İcma iştirak səviyyəsi
(icma layihəsinin seçilməsində);
·
İstismar və əməliyyatlarla
bağlı yerli qurumların/ icmanın (yerli qurum bu öhdəlikdən imtina edərsə) öhdəliyi;
·
İcma layihələri
üçün müəyyən edilmiş maliyyə məbləğini aşmayan dəyəri;
· İcma layihəsi üzrə
müraciətdə ətraf mühit və sosial təhlükəsizliklə bağlı təsirləri adekvat olaraq
aradan qaldırmaq üçün göstərilən səylərin miqyası;
·
İcma layihəsi üzrə
müraciətlə icma fəaliyyət planı arasında uyğunluq;
·
İcma layihə təklifini
dəstəkləyənlər arasında fərqli sosial qrupların təmsil olunması.
İcma layihəsinin ilkin və yekun qiymətləndirilməsi (çertyojların
tamamlanması, iş həcminin qiymətləndirilməsi və maya dəyərinin müəyyən edilməsi)
icmaların yaxından iştirakı təmin edilməklə aparılır. Təklif edilən icma layihəsinin
dizaynı haqqında benefisiarların fikirlərini öyrənmək üçün layihə/qiymətləndirmə
üzrə məsləhət şirkəti icma layihəsinin qiymətləndirilməsi ilə bağlı nəticələri ətraflı
şəkildə icma üzvləri ilə müzakirə edir və razılaşdırır.
“Məcburi Köçkünlərin Yaşayış Şəraiti və Gəlir
İmkanlarının Dəstəklənməsi Layihəsi” üçün əlavə maliyyələşdirmə çərçivəsində həyata
keçiriləcək hər bir icma infrastruktur layihəsinin ümumi dəyərinə müvafiq
olaraq təyin olunan icma sərmayə payı (nağd şəkildə) icma tərəfindən ödənilir.
İcma üzvləri icma infrastruktur layihəsinin icra
prosesinə nəzarət olunmasında, layihənin başa çatdıqdan sonra təhvil-təslimində
və layihə nəticələrinin sonradan düzgün istismarına nəzarət edilməsində
yaxından iştirak edirlər.