Birgə əməkdaşlıq haqqında
Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında
bağlanmış Kredit Sazişlərinə əsasən hal hazıradək Məcburi Köçkünlərin Sosial
İnkişaf Fondu tərəfindən məcburi köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılmasını, habelə, onların gəlir gətirən fəaliyyətlərə cəlb
olunmasını nəzərdə tutan 4 layihənin icrası müvəffəqiyyətlə başa çatdırılmış və
bu layihələr çərçivəsində həyata keçirilən fəaliyyətlərdən ümumilikdə 650 mindən
artıq insan faydalanmışdır.
“Pilot Bərpa Layihəsi”
(3109-1 AZ saylı kredit sazişi)
Azərbaycan
Hökuməti və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (Dünya Bankı) arasında 9
noyabr 1999-cu il tarixində bağlanmış 3109-1 AZ saylı kredit sazişinə əsasən 2001-2005-ci
illər ərzində Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən “Pilot Bərpa
Layihəsi” həyata keçirilmişdir. Bu layihə çərçivəsində ölkənin 26 rayonu
və 4 şəhərini əhatə etməklə, 192 müxtəlif növ icma mikrolayihəsi həyata keçirilmiş,
o cümlədən, 8 yeni məktəb binası tikilmiş, 15 məktəb binası, 2 səhiyyə, 2 icma
mərkəzi təmir olunmuş, 7 artezian quyusu qazılmış, 118 km su, 12 km qaz, 23 km
drenaj və 6 km kanalizasiya xətti inşa edilmiş, 21 elektrik təchizatı
şəbəkəsində yenidənqurma işləri aparılmış, 190 km yol və 58 km suvarma kanalı
bərpa edilmiş, məcburi köçkünlərin məskunlaşdığı 48 ictimai binada təmir işləri
aparılmış, müxtəlif mərasimlərin keçirilməsi üçün məcburi köçkün icmalarına 16
mağar verilmişdir. Bununla yanaşı, 1670 hüquqi və 10687 fiziki şəxsə kreditlər ayrılmışdır.
Həyata keçirilmiş fəaliyyətlərdən ümumilikdə 170 min nəfər faydalanmışdır ki, bunların
93%-ni məcburi köçkünlər təşkil etmişdir.
"Məcburi
Köçkünlərin İqtisadi İnkişafına Yardım Layihəsi” (4034-AZ saylı kredit
sazişi)
2005-ci
il noyabr ayında Dünya Bankı və Azərbaycan Hökuməti arasında “Məcburi
Köçkünlərin İqtisadi İnkişafına Yardım Layihəsi”nin həyata keçirilməsi
məqsədilə 4034-AZ saylı kredit sazişi imzalanmışdır. 2006-2008-ci illər ərzində
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən həyata keçirilən layihə iki
əsas komponentdən (icma mikrolayihələri və mikrokredit proqramı) ibarət
olmuşdur. Layihə çərçivəsində 168 müxtəlif növ icma mikrolayihəsi icra edilmiş,
o cümlədən, 5 yeni məktəb binası tikilmiş, 16 məktəb binası, 1 uşaq bağçası, 4
icma mərkəzi təmir edilmiş, 16 artezian quyusu qazılmış, 62 km su və 10 km
drenaj xətti inşa edilmiş, 24 elektrik təchizatı şəbəkəsində yenidənqurma
işləri aparılmış, 215 km yol bərpa edilmiş, məcburi köçkünlərin məskunlaşdığı
20 ictimai binada təmir işləri aparılmış, müxtəlif mərasimlərin keçirilməsi
üçün məcburi köçkün icmalarına 20 mağar verilmişdir. Habelə, Bakı, Sumqayıt
şəhərləri və Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşmış 4235 nəfər
məcburi köçkün mikrokreditlərlə təmin edilmişir. Həyata keçirilmiş fəaliyyətlərdən
ümumilikdə 110 min nəfər faydalanmışdır ki, bunların 80%-ni məcburi köçkünlər
təşkil etmişdir.
“Məcburi
Köçkünlərin İqtisadi İnkişafına Yardım Layihəsi” üçün əlavə maliyyələşdirmə
(4395-AZ saylı kredit sazişi)
2009-2011-ci
illəri əhatə edən “Məcburi Köçkünlərin İqtisadi İnkişafına Yardım Layihəsi üçün
əlavə maliyyələşdirmə 15 may 2008-ci il tarixində Dünya Bankı ilə Azərbaycan
Hökuməti arasında imzalanmış 4395-AZ saylı kredit sazişinə uyğun olaraq Məcburi
Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən həyata keçirilmişdir. Əlavə maliyyələşdirmə
müddətində 243 müxtəlif növ icma mikrolayihəsi icra edilmiş, o
cümlədən, 30 məktəb binası, 2 uşaq bağçası, 9 icma mərkəzi və 1 səhiyyə mərkəzi
təmir edilmiş, 60 km su, 3 km drenaj və 0,1 km kanalizasiya xətti inşa edilmiş,
10 elektrik təchizatı şəbəkəsində yenidənqurma işləri aparılmış, 427 km yol
bərpa edilmiş, məcburi köçkünlərin məskunlaşdığı 34 ictimai binada təmir işləri
aparılmış, müxtəlif mərasimlərin keçirilməsi üçün məcburi köçkün icmalarına 52
mağar verilmişdir. Həyata keçirilmiş fəaliyyətlərdən ümumilikdə 135 min nəfər faydalanmışdır
ki, bunların 72%-ni məcburi köçkünlər təşkil etmişdir.
“Məcburi
Köçkünlərin Yaşayış Şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi Layihəsi” (8096-AZ
saylı kredit sazişi)
Azərbaycan
Hökuməti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (Dünya Bankı) arasında bağlanmış
8096-AZ saylı kredit sazişinə əsasən 2012-2015-ci illər ərzində Məcburi
Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən “Məcburi Köçkünlərin Yaşayış
Şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi Layihəsi” icra edilmişdir. Bu layihənin
icra müddətində 307 müxtəlif növ icma mikrolayihəsi həyata keçirilmiş, o
cümlədən, 86 məktəb binası, 5 səhiyyə, 6 icma mərkəzi və 8 uşaq bağçası təmir
olunmuş, 3 artezian quyusu qazılmış, 129 km su və 3 km drenaj xətti inşa
edilmiş, 29 elektrik, 2 istilik təchizatı şəbəkəsində yenidənqurma işləri
aparılmış, 693 km yol və 10 km suvarma kanalı bərpa edilmiş, müxtəlif
mərasimlərin keçirilməsi üçün məcburi köçkün icmalarına 31 yığma mağar verilmiş,
2 idman meydançası qurulmuşdur. Bununla yanaşı, məcburi köçkünlərin
məskunlaşdığı 103 ictimai binada təmir işləri aparılmışdır. “Məcburi
Köçkünlərin Yaşayış Şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi Layihəsi”
çərçivəsində məcburi köçkünlərin məşğulluğunun təmin olunması məqsədilə, 1862
nəfər məcburi köçkünə mikrokreditlər verilmiş, 400 icmada birləşmiş 3000
nəfərdən artıq məcburi köçkün gəlirgətirən fəaliyyətlərlə bağlı təlimlərə cəlb
olunmuşdur. Bu icmalar əsasında qurulmuş yeni sahibkarlıq subyektlərinə (MMC-lərə)
gəlirgətirən fəaliyyətlərə başlamaq üçün qrantlar ayrılmışdır. Bununla yanaşı, layihə
müddətində 1500 nəfər məcburi köçkün gənc peşə təlimlərinə cəlb edilmiş və peşə
ixtisaslarına uyğun olaraq müvafiq alət və avadanlıqlarla təmin olunmuşlar. Həyata
keçirilmiş fəaliyyətlərdən ümumilikdə 240 min nəfər faydalanmışdır ki, bunların
75%-ni məcburi köçkünlər təşkil etmişdir.