MƏCBURİ KÖÇKÜNLƏR Beynəlxalq sənədlər
ATƏT-in Minsk Konfransının həlli ilə məşğul olduğu Dağlıq Qarabağ regionunda münaqişə
25.01.2005 1416 saylı Qətnamə
Məruzə
Siyasi İşlər Komitəsi
Məruzəçi: cənab David Atkinson, Böyük Britaniya, Avropa Demokrat Qrupu
Xülasə


     Hərbi əməliyyatların başlanmasından keçən on ildən artıq bir müddətdə Dağlıq Qarabağ regionunda münaqişə həll edilməmiş qalmaqdadır. Yüz minlərlə insan hələ də məcburi köçkün vəziyyətində ağır şəraitdə yaşayır. Azərbaycanın ərazisinin böyük bir hissəsi hələ də Ermənistan qoşunlarının işğalı altındadır. Hərbi əməliyyatlar və bu əməliyyatlardan qabaq geniş surətdə yayılmış etnik düşmənçilik etnik mənsubiyyətinə görə insanların geniş miqyasda yerlərindən qovulmasına və dəhşətli etnik təmizləmə konsepsiyasını xatırladan mono-etnik ərazilərin yaradılmasına gətirib çıxarmışdır. Dağlıq Qarabağ regionu hələ də separatçı qüvvələrin nəzarəti altındadır.


   Assambleya üzv dövlət tərəfindən xarici ərazinin işğal edilməsini bu dövlətin Avropa Şurasının üzvü kimi öhdəliyininin ciddi pozulması olduğunu bir daha təkrar edir və münaqişə ərazisindən olan məcburi köçkünlərin təhlükəsizlik şəraitində və ləyaqətlə öz evlərinə qayıtmaq hüquqlarının olduğunu bir daha təsdiqləyir. Assambleya həmçinin münaqişənin dinc yolla həlli üçün həyata keçirilən ATƏT-in Minsk prosesini dəstəkləyir və Ermənistan və Azərbaycanı barışıq yolu ilə getməyə çağırır.


   I. 1416 (2005) saylı Qətnamə


  1. Assambleya hərbi əməliyyatların başlanmasından keçən on ildən artıq bir müddətdə Dağlıq Qarabağ regionunda münaqişənin həll edilməməsinə təəssüf edir. Yüz minlərlə insan hələ də məcburi köçkün vəziyyətində ağır şəraitdə yaşayır. Azərbaycanın ərazisinin böyük bir hissəsi hələ də Ermənistan qoşunlarının işğalı altındadır və separatçı qüvvələr hələ də Dağlıq Qarabağ regionuna nəzarət edirlər.

  2. Assambleya hərbi əməliyyatların və bu əməliyyatlardan qabaq geniş surətdə yayılmış etnik düşmənçiliyin etnik mənsubiyyətinə görə insanların geniş miqyasda yerlərindən qovulmasına və dəhşətli etnik təmizləmə konsepsiyasını xatırladan mono-etnik ərazilərin yaradılmasına gətirib çıxarmasından narahatlığını ifadə edir. Assambleya bir daha təsdiq edir ki, regional ərazinin müstəqilliyi və dövlətdən ayrılması etnik mənsubiyyətinə görə insanların yerlərindən qovulması və ərazinin qəsb edilərək de facto başqa bir dövlətə birləşdirilməsinə gətirib çıxaran silahlı münaqişə yolu ilə ilə deyil, yalnız bu ərazinin sakinlərinin demokratik dəstəyi əsasında qanuni və dinc yolla həyata keçirilə bilər. Assambleya üzv dövlət tərəfindən xarici ərazinin işğal edilməsini bu dövlətin Avropa Şurasının üzvü kimi öhdəliyininin ciddi pozulması olduğunu bir daha təkrar edir və münaqişə ərazisindən olan məcburi köçkünlərin təhlükəsizlik şəraitində və ləyaqətlə öz evlərinə qayıtmaq hüquqlarının olduğunu bir daha təsdiqləyir.

  3. Assambleya Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrinə istinad edərək müvafiq tərəfləri təkidlə bu qətnamələrə əməl etməyə, xüsusilə istənilən hərbi əməliyyatlardan çəkinməyə və silahlı qüvvələri bütün işğal edilmiş ərazilərdən çıxarmağa çağırır. Assambleya həmçinin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 853 (1993) saylı qətnaməsində ifadə olunmuş tələblə həmrəy olduğunu bildirərək təkidlə bütün üzv dövlətləri münaqişənin genişlənməsinə və ya ərazilərin işğalının davam etdirilməsinə səbəb ola biləcək silah və hərbi ləvazimat tədarükündən yayınmağa çağırır.

   4. Assambleya Ermənistan və Azərbaycanın 2001-ci ilin yanvar ayında Avropa Şurasına üzv olarkən münaqişənin həll edilməsi üçün qonşulara qarşı hər hansı güc tətbiq etməklə hədələməkdən çəkinməklə yalnız dinc vasitələrdən istifadə etmək öhdəliyini üzərlərinə götürdüklərini xatırladır. Eyni zamanda, Ermənistan münaqişənin həllini təşviq etmək üçün Dağlıq Qarabağa əhəmiyətli təsirindən istifadə etmək öhdəliyini üzərinə götürmüşdür. Assambleya hər iki höküməti təkidlə bu öhdəliklərə əməl etməyə və bir-birlərinə qarşı silahlı qüvvə tətbiq etmək, həmçinin hərbi əməliyyatları təbliğ etməkdən çəkinməyə çağırır.

   5. Assambleya Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Nazirlər Şurasının 1992-ci ilin mart ayında Helsinkidə münaqişənin dinc yolla həllinə yönələn danışıqlar üçün forumun təmin edilməsi məqsədilə Minskdə konfrans keçirmək barədə razılığa gəldiyini xatırladır. Azərbaycan, Ermənistan, Belarus, keçmiş Çexiya və Slovakiya Federal Respublikası, Fransa, Almaniya, İtaliya, Rusiya Federasiyası, İsveç, Türkiyə və Amerika Birləşmiş Ştatları o zaman bu konfransda iştirak etmək barədə razılığa gəlmişlər. Assambleya bu dövlətləri münaqişənin dinc yolla həllinə nail olmaq üçün səylərini artırmağa çağırır və onların Assambleyadakı milli nümayəndə heyətlərini hər il Hökümətlərinin bu istiqamətdə gördüyü işlər barəsində Assambleyaya məruzə etməyə dəvət edir. Bu məqsədlə Assambleya Bürodan xüsusilə bu milli nümayəndə heyətlərinin başçılarından ibarət olan Xüsusi Komitə yaratmağı xahiş edir.

   6. Assambleya Minsk Qrupunun həmsədrləri və ATƏT-in Fəaliyyətdə olan Sədrinin xüsusilə 1994-cü ilin may ayında atəşkəsə nail olmaları və o dövrdən bəri ona əməl edilməsinə nəzarət etmələri ilə bağlı yorulmaz səylərinə ehtiramını ifadə edir. Assambleya ATƏT-in Minsk Qrupunun həmsədrlərini silahlı münaqişənin dayandırılması ilə bağlı, yerinə yetirilməsi bütün tərəflər üçün münaqişənin əsas nəticələrinin aradan qaldırılmasına səbəb olacaq və Minsk Konfransının çağırılmasına imkan yaradacaq siyasi sazişin bağlanması üçün danışıqları sürətləndirəcək təcili addımlar atmağa çağırır. Assambleya Ermənistan və Azərbaycanı ATƏT-in Minsk Prosesindən faydalanmağa və Minsk Qrupu vasitəsilə fəal şəkildə bir-birlərinə münaqişənin beynəlxalq hüququn müvafiq norma və prinsipləri əsasında dinc həllinə yönələn konstruktiv təkliflərini verməyə çağırır.

  7. Assambleya Ermənistan və Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə qoşulduqlarını və bu Nizamnamənin 93-cü maddəsinin 1-ci bəndinə müvafiq olaraq ipso facto Beynəlxalq Məhkəmənin Statutunun iştirakçıları olduqlarını xatırladır. Buna görə də Assambleya Minsk Qrupunun həmsədrlərinin himayəsi altında keçən danışıqların bir nəticə verməyəcəyi təqdirdə Ermənistan və Azərbaycanın Məhkəmənin Statutunun 36-cı maddəsinin 1-ci bəndinə müvafiq olaraq Beynəlxalq Məhkəməyə müraciət etməyi nəzərdən keçirmələrini təklif edir.

  8. Assambleya Ermənistan və Azərbaycanı Assambleya, həmçinin Qafqaz Dördlüyünün Parlament Sədlərinin görüşləri kimi digər forumlar çərçivəsində ikitərəfli parlamentlərarası əməkdaşlığı artırmaq yolu ilə öz aralarında siyasi barışığı təşviq etməyə çağırır. O, hər iki nümayəndə heyətinin belə barışıq üzrə əldə edilmiş tərəqqini nəzərdən keçirmək üçün Assambleyanın hər sessiyasında görüşməyini tövsiyə edir.

  9. Assambleya Azərbaycan hökümətini regionun gələcək statusu ilə bağlı Dağlıq Qarabağın hər iki icmasının siyasi nümayəndələri ilə ilkin şərt olmadan əlaqə yaratmağa çağırır. Assambleya belə əlaqələrin Strasburqda həyata keçirilməsi üçün imkan yaratmağa hazırdır və o, əvvəllər Ermənistanın iştirakı ilə dinləmələr formasında belə tədbirlərin təşkil edildiyini xatırladır.

  10. Assambleya Ermənistan, Azərbaycan və Gürcüstanda qaçqın və məcburi köçkünlərin vəziyyətinə dair 1570 (2002) saylı tövsiyəsini xatırladaraq, bütün üzv və müşahidəçi dövlətləri hərbi əməliyyatlar və etnik ermənilərin Azərbaycandan və etnik azərbaycanlıların Ermənistandan qovulmaları nəticəsində didərgin düşmüş yüz minlərlə insana humanitar kömək və yardım etməyə çağırır.

   11. Assambleya Ermənistan və Azərbaycanın mətbuatında nifrət hisslərinin ifadə edilməsini pisləyir. Assambleya Ermənistan və Azərbaycanı məktəblər, universitetlər və mətbuat vasitəsilə xalqlar arasında barışıq, etimad-yaratma və qarşılıqlı anlaşmanı təşviq etməyə çağırır. Belə barışıq olmadan nifrət və inamsızlıq hissləri regionda sabitliyi üstələyəcək və bu da yeni zorakılığa gətirib çıxara bilər. Belə barışıq prosesi istənilən davamlı həlldən öncə gəlməli və davamlı həll də belə barışıq prosesi üzərində qurulmalıdır.

  12. Assambleya Avropa Şurasının Baş Katibini qarşılıqlı barışıq prosesinə nail olmaq məqsədilə Ermənistan və Azərbaycana konkret yardım göstərmək üçün tədbirlər planı tərtib etməyə və Ermənistan və Azərbaycanla bağlı müəyyən tədbirlər barədə qərara gələn zaman bu qətnaməni nəzərə almağa çağırır.

  13. Assambleya Avropa Şurasının Yerli və Regional Hakimiyyət Orqanları Konqresini Ermənistan və Azərbaycanın seçilmiş yerli nümayəndələrinin qarşılıqlı əlaqə və regional əməkdaşlıq yaratmalarına kömək etməyə çağırır.

  14. Assambleya ikitərəfli münaqişələri, həmçinin insan hüquqları, sabitlik və sülhə təhlükə yarada biləcək və yerli və ya regional ərazi birliklərinin və ya hakimiyyət orqanlarının cəlb olunduqları daxili mübahisələri dinc yolla həll etmək üçün üzv dövlətləri daha yaxşı mexanizmlər ilə təmin etmək məqsədilə Avropa Şurası çərçivəsində mövcud olan münaqişələrin həlli mexanizmlərini, xüsusilə Mübahisələrin Dinc Yolla Həllinə dair Avropa Konvensiyasını təhlil etmək qərarına gəlir.

  15. Assambleya bu münaqişənin dinc yolla həllinə nəzarəti müntəzəm əsasda davam etdirməyi və 2006-cı ilin ilk sessiyasında bu məsələnin müzakirəsinə qayıtmağı qərara alır.


   II. 1690 (2005) saylı Tövsiyə

  1. Avropa Şurasının Parlament Assambleyası ATƏT-in Minsk Konfransının həlli ilə məşğul olduğu münaqişə üzrə 1416 (2005) saylı qətnaməsinə istinad edərək Nazirlər Komitəsinə aşağıdakıları tövsiyə edir:

   I. Müvafiq tərəfləri təkidlə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrinə əməl etməyə, xüsusilə istənilən hərbi əməliyyatdan çəkinməyə və silahlı qüvvələri Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarmağa çağırmaq;

   II. Ermənistan və Azərbaycanın münaqişə ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinə və ATƏT-in Nazirlər Şurasının qərarlarına əməl etmələrini monitorinq etmək və monitorinqin nəticələri barəsində Assambleyaya məruzə etmək;

   III. Münaqişənin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq dinc yolla həlli istiqamətində üzv dövlətlər tərəfindən görülən tədbirlər, o cümlədən üzv dövlətlərin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 853 (1993) saylı qətnaməsinə zidd olan və münaqişənin genişlənməsinə və ya ərazinin işğalının davam etdirilməsinə səbəb ola biləcək silah və hərbi ləvazimat tədarükündən çəkinmələri barəsində Assambleyaya məruzə etmək;

   IV. Dağlıq Qarabağ münaqişəsinə dair 1251 (1994) saylı qətnaməsini xatırlayaraq istədikləri təqdirdə Dağlıq Qarabağın siyasi statusunu müəyyən etmək üçün Ermənistan və Azərbaycanın sərəncamına ekspertlər vermək;

   V. Ermənistan və Azərbaycan üçün xüsusi etimad-yaratma tədbirləri üzrə tədbirlər planı hazırlamaq məqsədilə vəsait ayırmaq;

  VI. Daha yaxşı qarşılıqlı anlaşma, dözümlülük və barışığa nail olmaq məqsədilə hər iki ölkədən olan müəllimlər və jurnalistlərə xüsusi treyninq proqramlarının keçirilməsi üçün vəsait ayırmaq;

  VII. İrqçilik və Dözümsüzlüyə qarşı Avropa Komissiyasının hər iki ölkə ilə bağlı, xüsusilə təhsil müəssisələri və ictimai mətbuat ilə əlaqədar xüsusi tədbirlər hazırlaması üçün vəsait ayırmaq;

  VIII. Səlahiyyətli Komitəsinə Mübahisələrin Dinc Yolla Həllinə dair Avropa Konvensiyasının Avropa Şurasının üzvü olan dövlətlər arasında münaqişələrin həllinin hazırki tələblərini nə qədər əks etdirdiyini və Avropa Şurasının üzvü olan dövlətlər arasında mübahisələrin dinc yolla həllinə yönələn adekvat sənəd olmasını təmin etmək üçün ona hansı düzəlişlərin edilməsini təhlil etmək tapşırığını vermək;

   IX. Hər iki dövlət ilə bağlı tədbir görən zaman 1416 (2005) saylı qətnaməni nəzərə almaq;

   X. 1416 (2005) saylı qətnaməni və bu tövsiyəni bunların milli, ikitərəfli və beynəlxalq səviyyələrdə dəstəklənmələri üçün üzv dövlətlərin hökümətlərinə göndərmək.

 


BMT-nin Təhlükəsizlik Şurasının 12 noyabr 1993-cü il 884 saylı Qətnaməsi


    Təhlükəsizlik Şurası özünün 30 aprel 1993-cü il tarixli 822, 25 iyul 1993-cü il tarixli 874, 14 oktyabr 1993-cü il tarixli 874 saylı Qəntnamələrini təsdiq edərək;  ATƏT və Minsk qrupunun yorulmaz səyi çərçivəsində aparılan sülh danışıqlarını tam dəstəkləyərək; ATƏT-in fəaliyyətdə olan Sədrinin məktubunu və əlavələri nəzərə alaraq, Azərbaycan Respublikasında və onun ətrafında konfliktin və Azəpbaycan Respublikası və Ermənistan Respublikası arasında olan gərginliyin sülh və sabitliyə təhlükə yaratması; atəşkəsin pozulması, o cümlədən Zəngilan rayonu və Horadiz şəhərinin zəbt olunması ilə əlaqədar hərbi əməliyyatların gərginləşməsi ilə bağlı narahatlığını bildirərək; Azərbaycanın və regionda olan digər dövlətlərin suverenliyini, ərazi bütövlülüyünü, beynəlxalq sərhədlərin toxunulmamazlığının və ərizinin zəbt edilməsi üçün qüvvədən istifadə edilməsinin yol verilməməzliyini təsdiq edərək; Azərbaycanın cənub sərhədlərində yerləşən Zəngilan rayonu və Horadiz şəhərində fövqəladə humanitar vəziyyətin yaranması ilə əlaqədar öz ciddi narahatlığını bildirərək:

   1) Hərbi əməliyyatın başlanmasına səbəb olan tərəflərin atəşkəsin son pozulmasını, o cümlədən Zəngilan rayonu və Horadiz şəhərinin, zəbtini, mülki əhaliyə hücumu və Azərbaycan Respublikası ərazisinin ataşə tutulmasını pisləyir;

    2) Ermənistan hökümətini Azərbaycanın Dağlıq Qarabağ regionun ermənilərinə öz təsirindən istifadə edərək 822 (1993) və, 853 (1993) və 874 (1993) saylı Qətnamələrə riayət etməsinə və hərbi kampaniyalarıın davam etməməsi üçün vəsaitlərin verilməməsini təmin etməyə çağırır;

  3) ATƏT-in Minsk qrupunun 9 nəfərinin bəyanatını məmuniyyətlə qeyd edir və orada göstərilən atəşkəs haqqında birtərəfli bəyanatı yüksək qiymətləndirir;

    4) Maraqlı tərəflərdən hərbi əmələiyyat və düşmənçilik aktlarının həmən dayndırılmasını, birtərəfli olaraq Təhlükəsizlik Şurasının «822 (1993) və 853 (1993)   Qətnamələrini həyata keçirilməsilə əlaqədar təxirə salınmaz tədbirlərin yeniləşmiş qrafikini» və Minsk qrupunun Vyana şəhərində keçirilən 2-8 noyabr 1993-cü ildə keçirilən iclasında qəbul olunmuş dəyişiklikləri nəzərə alaraq hərbi qüvvələrin Zəngilan rayonu və Horadiz şəhərindən və digər işğal olunmuş rayonlardan çıxarılmasını tələb edir;

   5) Maraqlı tərəfləri Rusiya Federasiyasının Minsk qrupuna dastək məqsəd ilə yardımı birbaşa kontakt nəticəsində əldə olunmuş atəşkəsə riayət etmələyə və onun daimiliyini və effektliyini təmin etmələyə; və münaqişənin həlli yolunda Minsk prosesinin və «Yeniləşmiş Qrafik» və ona Minsk qrupunun 2-8- noyabr 1993-cü il tarixli iclasında qəbul etdiyi dəyişikliklər çərəçivəsində münaqişənin nizamlanmasına dair danışıqlar və digər mümkün olan bütün yolların axtarışını davam etdirilməsinə təkidlə cağırır;

  6) Bu regionda olan bütün dövlətləri münaqişənin böyüməsi, sülh və sabitliyin pozulmasına yönəldilmiş hər hansı bir təcavüzdən və mudaxilədən çəkinməyə təkidlə çağırır;

   7) Baş Katibdən və müvafiq beynəlxalq huamnitar təşkilatlardan zərər çəkmiş mülki əhaliyə, o cümələdən Azərbaycanın cənubunda yerləşən Zəngilan rayonu və  Horadiz şəhərinin əhalisi daxil edilməsi ilə, fövqəladə yardım göstərilməsini, qacqın və məcburi köçkünlərin öz yurdlarına qayıdması və təhlükəsizlik şəraitində yayşamaq üçün köməklik göstərilməsi xahiş olunur;

  8)  Baş Katibdən, ATƏT-in fəaliyyətdə olan Sədrindən Minsk prosesinin gedişi və yerlərdə olan vəziyyətin bütün aspektləri üzrə, həmçinin bunula əlaqədar ATƏT və BMT-in indiki və gələcəkdəki əməkdaşlığı barəsində Şuraya hesabat verməsi xahiş edilir;

   9) Bu məsələ ilə əlaqədar aktiv məşğul olmağı qərara alır.

    3313 saylı Qətnamə yığıncağında yekdinliklə qəbul olunmuşdur.

 


BMT-nin Təhlükəsizlik Şurasının 14 oktyabr 1993-cü il tarixli 874 saylı Qətnaməsi


     Təhlükəsizlik Şurası özünün 30 aprel 1993-cü il tarixli 822, 29 iyul 1993-cü il tarixli 853 saylı qətnamələrini təsdiq edərək və 18 avqust 1993-cü ildə Təhlükəsizlik Şurasının Sədri tərəfindən oxunan Bəyanata istinad edərək, Qarabağ üzrə ATƏT-in Minsk qrupunun BMT-nin sədrinə ünvanlanmış 1 oktyabr 1993-cü il tarixli məktubuna baxaraq, Azərbaycan Respublikasında və onun ətrafında Dağlığ Qarabağ konfliktinin və Azəpbaycan Respublikası və Ermənistan Respublikası arasında olan gərginliyin sülh və sabitliyə təhlükə yaratması ilə bağlı öz narahatlığını bildirərək, 8 oktyabr 1993-cü ildə Moskva şəhərində keçirilən yüksək səviyyəli görüşü qeyd edərək və bu görüşün vəziyyətin yaxşılaşmasına və konfliktin sülh yolu ilə həll olmasına kömək edəcəyinə ümid bəsləyərək, Azəpbaycan Respublikasının və regionda olan digər dövlətlərin suverenliyini və ərazi bütövlüyünü, beynəlxalq sərhədlərin pozulmamazlığını və qüvvə tətbiq edərək torpaqların alınmasının mümükünsüzlüyünü bir daha təsdiq edərək, konflikt ilə bağlı insanların əzab-əziyyətləri və reginoda baş verən humanitar vəziyyətlə əlaqədar, o cümlədən Azərbaycan Respublikasının çox saylı vətəndaşlarının yerdəyişməsi ilə əlaqədar öz ciddi narahatlığını bildirərək:


    1) Tərəfləri atəşkəsin effektliyini və daimiliyini, Minsk qrupuna dəstək olaraq Rusiya Federasmyasının yardımı ilə birbaşa əlaqələrin yaradılmasının təmin etməyə çağırır;

    2) Özünün ATƏT və Minsk qrupunun yorulmaz əməyi çərçivəsində əldə olunan sülh prosesini dəstəklədiyini bir daha bəyan edir;

   3) 28 sentyabr 1993-cü ildə Minsk qrupunun yığıncağında qəbul edilmiş və Sədr tərəfindən maraqlı tərəflərə təqdim edilmiş «822 (1993) və 853 (1993)   Qətnamələrini həyata keçirilməsi ilə əlaqədar təxirə salınmaz tədbirlərin yeniləşmiş qrafikini» bəyənir, tərəflərə onu qəbul etməsini məsləhət görür və buna çağırır;

   4) Münaqişədən irəli gələn və «Yeniləşmiş Qrafikdə» həll olunmamış problemelərin Minsk qrupu tərəfindən aparılan sülh danışıqları çərçivəsində həll ediləcəyinə əmin olduğunu bildirir;

    5) Tərəfləri Minsk qrupunun «Yeniləşmiş Qrafikdə» nəzərə tutulmuş qarşılıqlı və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə, zəbt olunmuş ərazidən hərbi qüvvələrin çıxarılmasına, kommunikasiya və nəqliyatla bağlı bütün maneələrin aradan qaldırılmasına çağırır;

    6) ATƏT-in Nazirlər Şurasının 24 mart 1992-ci il tarixli mandatına əsasən və «Yeniləşmiş Qrafikdə» nəzərə alınmış və münaqişənin həllinə yönəldilmiş sülh danışıqlarının aprarılması üçün tezliklə Minsk qrupunun konfransının keçirilməsini lazım bilir;

    7) Baş katibdən Minsk konfransında iştirak etmək üçün nümayəndə göndərilməsi təklifini müsbət cavablandırılmasını və konfransın açılışından sonra sülh danışıqlarının aparılmasına bütün mümkün olan köməyi göstrəməsini xahiş edir;

     8) ATƏT tərəfindən yaradımış Nəzarət komissiyasının dəstəkləyir;

     9) Tərəfləri Beynəlxalq Humanitar Hüququnun pozulmasına yol veriliməməsinə və 822 (1993) və 853 (1993) saylı Qətnamələrində olan, münaqişənin toxunduğu bütün rayonlarda humanitar yardım məqsədi ilə beynəlxalq fəaliyyətin maneəsiz keçirilməsinə təminat verilməsinin vacibliyini bir daha bəyan edir;

    10) Bu regionda olan bütün dövlətdəri münaqişənin böyüməsinə, sülh və sabitliyin pozulmasına yönəldilmiş hər hansı bir təcavüzdən və mudaxilədən çəkinmələyə təkidlə çağırır;

    11) Baş Katibdən və müvafiq Beynəlxalq Huamnitar Təşkilatlardan zərər çəkmiş mülki əhaliyə fövqəladə yardım göstərilməsini, qaçqın və məcburi köçkündərin öz yurdlarına qayıdmasının təhlükəsizlik şəraitində yayşamaq üçün köməklik göstərilməsini xahiş edir;

    12) Baş Katibdən, ATƏT-in fəaliyyətdə olan Sədrindən Minsk prosesinin gedişatından və yerlərdə olan vəziyyətin bütün aspektləri üzrə, həmçinin bununla əlaqədar ATƏT və BMT-in indiki və gələcəkdəki əməkdaşlığı barəsində Şuraya təqdim etmələrini xahiş edirik;

    13) Bu məsələ ilə əlaqədar aktiv məşğul omağı qərara alır.

    Qətnamə 3292 saylı yığıncağında yekdinliklə qəbul olunmuşdur.

 


BMT-nin Təhlükəsizlik Şurasının 29 iyul 1993-cü il 853 saylı Qətnaməsi

 

      Təhlükəsizlik Şurası özünün 30 aprel 1993-cü il tarixli 822 saylı Qətnaməsini təsdiq edərək; ATƏT-in Minsk qrupunun 27 iyul 1993-cü il tarixli məruzəsini dinləyərək; Ermənistan və Azərbaycan Respublikası arasında olan münasibətlərin pislənməsi və onların arasında olan gərginlikdən ciddi narahatlığını bildirərək; tərəflərin 822 saylı Qətnaməinin həyata keçirilməsinə dair təxirəsalınmaz planın qəbul etmələrini alqışlayaraq; hərbi qüvvələrin əməliyyatlarının qızışdırılması, o cümlədən Azərbaycanın Ağdam rayonun işğalını həyəcanla qeyd edir; bu vəziyyətin sülh və sabitliyə təhlükə yaranmasına dair narahatlığını bildirir;


    1) Ağdam rayonu və Azərbaycanın işğal olunnmuş digər torpaqlarının zəptini pisləyir;


    2) Regionda düşmənçilik hərəkətlərini, həmçinin mülkü əhaliyə hücumlar və yaşayış rayonlarını bombardman edilməsini və artilleriya atəşinə tutulmasını pisləyir;


   3) Bütün hərbi əməliyyatların təxirəsalınmadan dayandırılmasını, təcili, tam və danışıqsız olaraq Ağdam və Azərbaycanın işğal olunmuş digər rayonlarından münaqişədə iştirak etmiş silahlı qüvvələrini çıxardılmasını tələb edir;


     4) Tərəfləri razılaşmaya gəlməyə və bu razılaşmaya əməl etməyə çağırır;


     5) Regionda yuxarıda göstərilən 3-cü və 4-cü bəndlərin kontekstini, özünün əvəlki iktisadi, nəqliyyat və energetika əlaqələrinin bərpasına çağrışlarını bir daha təsdiq edir;


    6) ATƏT-in Minsk qurupunun münaqişənin sülh yolu ilə həll olunmasına, həmçinin 822 (1993) saylı qətnaməsinin həyata keçirilməsinə yonəldilmiş səylərini bəyənir və buna qarşı çıxa biləcək hərbi əməliyyatların qızışdırılması ilə bağlı ciddi narahatlığını bildirir;


    7) ATƏT-in nəzarətçi missiyasının və fəaliyyət qrafikinin yaradılmasına dair tədbirlərin, həmçinin Şura çərçivəsində və yerlərdə şuranın iştirak etməsi haqqında təklifi alqışlayır;


    8) Tərəflər münaqişənin sülh yolu ilə həll olunmasına qarşı hər hansı bir hərəkətdən çəkinməyə, Minsk qurupu çərçivəsində danışıqların aparılmasına, həmçinin münaqişənin son həllinə yönəlmiş bir başa əlaqələrin davam etməyə çağırır;


    9) Ermənistan Respublikasının Azərbaycanın Dağlıq Qarabağ regionun ermənilərinin 822-ci (1993) və indiki qətnamələrin əməl etməsini təmin etməyə və bu tərəfin Minsk qpunun təkliflərini qəbul eləməsinə çağırır.


   Dövlətləri təklikdə münaqişənin eskalasiyasına, yaxud ərazilərin işğalının davam etdirməsinə gətirib çıxarda bilən hər hansı silahın və hərbi əmlaklara təhciz etməkdən çəkinməyə çağırır.


    10) Dövlətləri münaqişənin şişirdilməsinə və ya ərazinin işğalına davam etməsinə yönəlmiş hər hansı bir silahlı və hərbi yardımdan çəkinməyə təkidlə çağırır;


    11) Mülkü əhalinin dözülməz vəziyyətinin yüngünlləşdirilməsinə yönəldilmiş regionda, həmçinin münaqişənin toxunduğu bütün rayonlarda humanitar yardımla maniyəsiz təmin olunmasına bir daha çağırır;


    12) Baş Katibdən və müvafiq beynəlxalq təşkilatlardan zərər çəkmiş mülki əhaliyə təcili hümanitar yardımın verilməsini və yerini dəyişmiş şəxslərin evlərinə qaytarılmasına xahiş edir;


    13) Baş Katibdən, hazırda fəaliyyətdə olan ATƏT-in və Minsk qrupunun sədrlərinin məsləhəti ilə regionda vəziyyətə dair məruzələrin təqdimatının davam etdirilməsini xahiş edir;


     14) Bu məsələ ilə əlaqədar aktiv məşğul olmağı qərara alır.


3259 saylı yığıncağında yekdinliklə qəbul olunmuşdur.


  


BMT-nin Təhlükəsizlik Şurasının 30 aprel 1993-cü il 822 saylı Qətnaməsi



     Təhlükəsizlik Şurası, Təhlükəsizlik Şurasının sədrinin 29 yanvar 1993-cü və 6 aprel 1993-cü il tarixli Dağlıq Qarabağ haqqında olan bəyanatlarına istinad edərək; Baş Katibin 15 aprel 1993-cü il tarixli məruzəsini nəzərə alaraq; Azərbaycan Respublikası və Ermənistan Respublikası əlaqələrinin pozulmasına görə öz ciddi narahatlığını bildirərək; hərbi silahlı əməliyyatların qızışdırlmasını və o cümlədən yerli erməni qüvvələrinin Kədbəcər rayonuna soxulması ilə əlaqədar narahatlığını qeyd edərək; bu vəziyyətin sülh və sabitliyə təhlükə yaranması, mülki əhalinin kütləvi yerdəyişməsi, regionda, o cümlədən Kəlbəcər rayonunda fövqəladə humanitar vəziyyətilə əlaqədar öz ciddi narahatlağını bildirərək; bu regionda olan bütün dövlətlərin ərazi bütövlüyünü, beynəlxalq sərhədlərin pozulmamazlığınını və ərazi əldə etmək üçün silahlı qüvvələrin istsfadə etməyin yol verilməməzliyini bir daha təsdiq edərək; ATƏT çərçivəsində keçirilən sülh danışıqlarını dəstəklədiyini bəyan edərək və hərbi əməliyyataların qızışdırılması, bunun ağır nəticələrə gətirib çıxaracağı ilə bağlı narahatlığını bildirərək:

    1) Dayanaqlı atəşkəsin əldə olunması üçün bütün hərbi əməliyyatların və digər düşmənçilik aktlarının hökmən dayandırılmasını, işğalçı qüvvələrin Kəlbəcərdən və Azərbaycanın zəbt olunmuş rayonlarından çıxarılmasını tələb edir;

      2) Maraqlı tərəfləri münaqişəni ATƏT-in Minsk qrupu prosesinin çərçivəsində sülh yolu ilə həll etmək üçün danışıqları bərpa etməyə və problemin sülh yolu ilə həll olunmasına qarşı hər hansı bir hərəkətə yol verməkdən çəkinməyə çağırır;

    3) Bu regionda həmçinin münaqişənin toxunuduğu rayondarda mülki əhalinin əzab-əziyyətlərinin azaldılması üçün aparılan humanitar yardımın göstrilməsililə əlaqədar olan beynəlxalq fəalliyətin maneəsiz keçməsini təmin edilməsinə çağırır və tərəflərin Beynəlxalq Humanitar Hüququn prinsiplərinə və normalarına əməl olunmasının məcburiliyini təsdiq edir;

    4) Baş Katibdən hazırda fəaliyyətdə olan ATƏT-in və Minsk qrupunun sədrlərinin məsləhəti ilə regiondə və həmçinin Azərbaycanın Kəlbəcər rayonunudakı vəziyyətin qiymətləndirilməsini və sonradan Şuraya məruzə etdilməsini xahiş edir;

      5) Bu məsələ ilə əlaqədar aktiv məşğul olmağı qərara alır.

Sərəncam 3205 saylı yığıncağında yekdinliklə qəbul olunmuşdur.