44 günlük vətən müharibəsinin böyük Zəfəri Azərbaycan ərazilərinin
Ermənistan işğalından azad edərək, tarixinin ən yeni və şanlı dövrünə qədəm qoydu.
Azərbaycanın Silahlı Qüvvələri
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 27 sentyabr 2020-ci ildə
bütün əks hücum əməliyyatlarını yüksək səviyyədə həyata keçirməklə Ermənistan hərbi
birləşmələrinin 30 ilə yaxın dövr ərzində işğalda saxlayaraq ərazisində güclü hərbi
istehkamlar, maneələr, müdafiə xətləri qurduğu Azərbaycan torpaqlarını 44 gün ərzində
azad etdi, şanlı Zəfər qazandı və tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa
etdi. Vətən müharibəsində Azərbaycan parlaq qələbə qazanaraq Ermənistanı məğlub
etdi, işğala son qoydu. Bu 44 günün hər günü Azərbaycanın şanlı tarixidir. 19
sentyabr 2023-cü ildə isə Azərbaycan Respublikası öz ərazisində lokal
xarakterli antiterror əməliyyatına başladı. 23 saat 38 dəqiqə davam edən
antiterror tədbirləri uğurla başa çatdırıldı. Bütün bunların sonunda Azərbaycan
öz suverenliyini tam bərpa etdi.
Azərbaycan xalqı və dövləti Vətən
uğrunda şəhid olan qəhrəman övladlarının işıqlı xatirəsini əziz tutur, onları
daim xüsusi ehtiramla yad edir, qazilərin əməyini yüksək qiymətləndirir və
onlarla qürur duyur.
Ölkənin ərazi bütövlüyünün bərpası dövlətimiz üçün
beynəlxalq hüququn və milli-mənəvi dəyərlərin aliliyinin nümayişidir.
Azərbaycan iqtisadiyyatının tərkib
hissəsinə çevrilməsi məqsədilə işğaldan azad edilmiş bölgələrdə məskunlaşma,
layiqli yaşayış və iqtisadi fəallıq təmin ediləcək, bu ərazilərdə həyata
keçiriləcək quruculuq-bərpa işləri ölkəmizin sosial-iqtisadi inkişafının əsaslarını
daha da möhkəmləndirməklə yanaşı, Azərbaycanın yeni inkişaf prosesində mühüm mərhələ
olacaqdır.
Vətən müharibəsi Azərbaycan
xalqının Qarabağ həsrətinə son qoymaqla yeni dövr, yeni imkanlar, yeni dövlət
proqramının yaranması zərurətini yaratdı. İşğaldan azad edilmiş ərazilərdə ən
müasir standartlara uyğun bərpa və yenidənqurma işlərinə başlanıldı. Mənfur
düşmən 30 il ərzində işğal altında saxladığı ərazilərdə bütün infrastrukturu
dağıtmaqla yanaşı, ərazilərin flora və faunasını da demək olarki məhv etmişdir.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 30 il ərzində düşmən tərəfindən
dağılmış bütün infrastrukturun mərhələli şəkildə bərpasına başlanılmışdır. İşğaldan
azad edilmiş ərazilərdə quruculuq-bərpa işlərinin aparılması istiqamətində Azərbaycan
Respublikasının Məcbur Köçkünlərin Sosial İnkişaf Fondunun payına mühüm dövlət
proqramının icrasının müəyyən hissəsi həvalə edilmişdir. Məcbur Köçkünlərin
Sosial İnkişaf Fondunun 24 illik fəaliyyəti dövründə məcburi köçkünlərin mənzil
və məişət şəraitinin yaxşılaşdırılması istiqamətində aşağıda göstərilən layihələri
və dövlət proqramlarını uğurla həyata keçirmişdir.
Prezidentin Ehtiyyat Fondu, Dövlət Neft Fondu və
Dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) hesabına ayrılan vəsaitlər üzrə isə bütün
infrastrukturu ilə təmin edilmiş 78 qəsəbə və 25 hündür mərtəbəli binalardan
ibarət məhəllələr tikilərək məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına
yönəlmişdir. Bura 288 hündür mərtəbəli bina, 37397 mənzil və fərdi evlər, 86 məktəb,
7 musiqi məktəbi, 67 uşaq bağçası, 5 xəstəxana, 23 tibb məntəqəsi, 12
amblatoriya, 25 ferşer-mama məntəqəsi, 62 İcma mərkəzi, 14 yanğınsöndürmə
deposu, 71 inzibati bina, 2 yerli icra hakimiyyəti binası, 53 rabitə qovşağı, 8
baytarlıq məntəqəsi, 31 hamam, 1 İdman olimpia kompleksi, 243 artezyan quyusu,
238 su anbarı, 110 nasos stansiyası, 792 yüksək gərginlikli iri və kiçik
transfarmator, 34 elektrik yarımstansiyası, 823 km yol, 1006 km su xətti, 1838
km elektrik xətti, 541 km qaz xətti, 105 km kanalzasiya xətti, 11310 iriqasiya
sistemi və s. bu kimi işlər daxildir.
Bu gün isə Azərbaycan Respublikasının Məcbur Köçkünlərin Sosial İnkişaf Fondu artıq yeni dövrə qədəm qoymuşdur. Məcburi köçkünlər üçün müvəqqəti ölkəmizin müxtəlif rayonlsrında deyil məhz öz döğma kəndlərinin yenidən və daimi tikintisini və yenidən qurulmasında Dövlət başçısının tapşırıq və göstərişlırini qürurla icra edir.
Hal hazırda Şərqi Zəngəzur iqtisadi rayonuna daxil
olan Laçın rayonun Zabux və Sus kəndlərinin tikintisi uğurla aparılır. Eyni
zamanda Laçın rayonunu Güləbird, Kəlbəcər rayonunun Zar, Zallar və Yanşaq kəndlərinin
Layihələndirmə mərhələsi icra olunur. Eyni Zamanda Cəbrayıl rayonunun Şükürbəyli
kəndinin söküntü işlərinə başlanılmışdır.