DÜNYA BANKI Hazırki layihə Təbliğat

 

Təbliğat

 Təbliğat fəaliyyətlərinin əsas məqsədi layihə çərçivəsində həyata keçirilən fəaliyyətlər barəsində məlumatların müxtəlif mümkün vasitələrlə maraqlı tərəflər (icmalar, yerli qurumlar və digər təşkilatlar) arasında yayılmasını təşkil etməkdən ibarətdir. Təbliğat işləri müvafiq maraqlı tərəflərə Məcburi köçkünlərin Sosial İnkişaf Fonunun məqsədləri və proseduraları, hədəf qrupları və benefisiarlar üçün meyarlar, layihə seçimi üçün meyarlar, Fondla əlaqə mexanizmləri haqqında məlumat verir, həmçinin, benefisiar icmalar və layihə arasında davamlı əlaqələri inkişaf etdirməyə köməklik göstərir.

 
Layihə auditoriyalarının müxtəlifliyini nəzərə alaraq təbliğat kampaniyalarının icrası zamanı aşağıdakı kanallardan istifadə olunur:


·         milli və yerli səviyyədə televiziya və radio kanallarında yayım;

·         milli və yerli səviyyədə qəzetlərdə məqalə və reklamların nəşr olunması;

·         broşürlərin, bukletlərin və digər yazılı reklam materiallarının paylanması;

·         foto albomların hazırlanması, cari və tamamlanmış proqramlar haqqında foto şouların təşkil edilməsi;

·         yerli qurumların, icma rəhbərlərinin və üzvlərinin, yerli və beynəlxalq təşkilatların iştirakı ilə təlim və seminarların təşkil edilməsi;

·         ekspertlər, məsləhətçilər və tərəfdaş təşkilatlarla görüşlərin təşkil edilməsi;

·         MKSİF-in mütəmadi olaraq yenilənən rəsmi internet səhifəsinin fəaliyyət göstərməsi;

·         ehtiyac üzrə benefisiarlar və ümumi ictimaiyyətin sosial media vasitəsilə cəlb edilməsi;

·         müvafiq hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə ictimaiyyətlə mütəmadi görüşlər keçirmək;