DÜNYA BANKI Əlaqəli sənədlər Köçürülmə üzrə çərçivə sənədi
Köçürülmə üzrə çərçivə sənədi


          Köçürülmə üzrə çərçivə sənədi (KÇS) Azərbaycan Hökuməti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (Dünya Bankı) birgə maliyyələşdirdiyi Məcburi Köçkünlərin Yaşayış Şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi Layihəsi üçün əlavə maliyyələşdirmə üzrə hazırlıq prosesinin tərkib hissəsi olaraq təqdim edilir.

 

          KÇS-nin əsas məqsədi yuxarıda adı qeyd edilən layihənin icra müddətində torpaqların alınması və köçürülmə ilə əlaqədar mümkün əks təsirləri ünvanlanmaq üçün çərçivə şərtlərini hazırlamaqdan ibarətdir. KÇS-i müvafiq qanun və tələbləri əks etdirərək, gələcəkdə mümkün köçürülmə sənədlərinin hazırlanması və sosial təsirlərin azaldılması üçün göstəriş sənədi kimi hazırlanmışdır.

 

          Sənədin hazırlanması müddətində mümkün təsirə məruz qala biləcək əhalinin təklif və iradlarının toplanması məqsədilə müxtəlif coğrafi ərazilərdə ictimai məsləhətləşmələr aparılmış və toplanmış aidiyyəti təkliflər sənədin yekun variantına inteqrasiya edilmişdir.

 

 Sənədin tam elektron versiyasını bu keçiddən yükləmək mümkündür.