Komponent A -
icma mikrolayihələri
İcma mikrolayihələri icma üzvlərinin
fərdi ehtiyaclardan daha çox icmanın ümumi maraqlarını və ehtiyaclarını
qarşılayır və icmalar tərəfindən özlərinin inkişaf prioritetlərinə uyğun olaraq
seçilirlər.
İcma mikrolayihələri (i) infrastruktur
və (ii) qeyri-infrastruktur mikrolayihələri olmaqla iki qrupa bölünürlər.
(i) İnfrastruktur mikrolayihələri:
1. Sosial infrastruktur (səhiyyə infrastrukturu; bağçalar və məktəblər;
icma mərkəzləri).
2. İqtisadi infrastruktur (yerli/icma içməli su təchizat sistemləri; giriş
və yerli yollar; yerli elektrik təchizat sistemləri; irriqasiya şəbəkəsi).
3. Kanalizasiya və ətraf mühit (yerli/icma kanalizasiya sistemləri və
stansiyaları; bərk və ya maye tullantıların emal mərkəzlərinin bərpası və ya
tikintisi; yerli icmalar üçün eroziyaya nəzarət tipli işlər).
(ii) Qeyri-infrastruktur mikrolayihələrin:
1. İcma səviyyəli tədbirlər üçün çadırlarla təmin etmək;
2. Məktəblər, səhiyyə ocaqları, bağçalar və/ ya icma mərkəzləri üçün mebel
və avadanlıqların təchiz edilməsi.
İcmaların hüquqi şəxs olmadıqlarını
nəzərə alaraq, icmanın adından layihənin icrası podratçı təşkilatlar tərəfindən
yerinə yetirilir və bu zaman bütün satınalma prosesləri Dünya Bankının standart
proseduraları əsasında həyata keçirilir.
İcma mikrolayihəsinin icrası Məcburi
Köçkünlərin Sosial İnkişaf Fondunun texniki heyətinin aidiyyəti
nümayəndələrinin daimi nəzarəti altında aparılır və icra olunmuş işlər
komponent menecerləri tərəfindən qiymətləndirilir.
İcma mikrolayihəsi üzrə işlər başa
çatdıqdan sonra hər bir icma layihəsi üçün tərkibi müxtəlif maraqlı tərəflərin
nümayəndələrindən ibarət olan təhvil-təslim komissiyası formalaşdırılır. İcma
layihəsi başa çatdıqdan sonra icma nümayəndələrinin təhvil-təslim prosesində
iştirak etmələri məcburidir və onlar layihə nəticələrinin qorunması və gələcək
istismarı üzrə zəruri işlərin koordinasiyası ilə bağlı cavabdehlik daşıyırlar.