“Məcburi köçkünlər və onlara bərabər
tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər
üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi
Qaydası” nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını
rəhbər tutaraq, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid
aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanının 2.1-ci bəndinin
icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
1. “Məcburi
köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə
kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid
aylıq müavinətin ödənilməsi Qaydası” təsdiq edilsin.
2. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin “Məskunlaşmamış qaçqın və məcburi köçkünlərə
güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi Qaydasının
təsdiq edilməsi barədə” 2002-ci il 22 yanvar tarixli 15 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002, № 1, maddə 93; 2003, № 6, maddə
348, 2004, № 9, maddə 750; 2005, № 4, maddə 376; 2006, № 9, maddə 812; 2009, №
9, maddə 757, 2014, № 6, maddə 747; 2016, № 4, maddə 789, № 7, maddə 1360) və
“Elektrik enerjisindən istifadəyə görə bir sıra birinci dərəcəli
istehlakçıların, məskunlaşmamış qaçqın və məcburi köçkünlərin istehlak etdikləri
elektrik enerjisi dəyərinin ödənilməsinin tənzimlənməsi barədə” 2003-cü il 10
iyun tarixli 80 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2003, № 6, maddə 348; 2006, № 1, maddə 59, № 7, maddə 647; 2009, № 10,
maddə 846; 2014, № 1, maddə 69, № 2, maddə 201, 2016, № 5, maddə 955) 3-cü hissəsi
ləğv edilsin.
3. Bu qərar 2017-ci
il 1 yanvar tarixindən qüvvəyə minir.
Artur Rasi-zadə
Azərbaycan
Respublikasının Baş naziri
Bakı şəhəri, 24
yanvar 2017-ci il.
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2002-ci il 22 yanvar tarixli 15 nömrəli qərarı ilə təsdiq edilmiş
"Məskunlaşmamış qaçqın və məcburi köçkünlərə güzəşt-lərin müavinətlə əvəz
olunması ilə əlaqədar onların ödənilməsi Qaydası"nda dəyişikliklər edilməsi
haqqında
AZƏRBAYCAN
RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 281
Bakı şəhəri, 20 iyul
2016-cı il
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli 15 nömrəli qərarı
ilə təsdiq edilmiş "Məskunlaşmamış qaçqın və məcburi köçkünlərə güzəşt-lərin
müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi Qaydası"nda dəyişikliklər
edilməsi haqqında Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin
səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
1. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli 15 nömrəli qərarı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 1, maddə 93; 2003,
№ 6, maddə 348; 2004, № 9, maddə 750; 2005, № 4, maddə 376; 2006, № 9, maddə
812; 2009, № 9, maddə 757; 2014, № 6, maddə 747; 2016, № 4, maddə 789) ilə təsdiq
edilmiş "Məskunlaşmamış qaçqın və məcburi köçkünlərə güzəştlərin müavinətlə
əvəz olunması ilə əlaqədar onların ödənilməsi Qaydası"nın 5-ci bəndinin
üçüncü abzasında "sudan istifadə haqqı" sözləri "şəxsi istehlak
və həyətyanı torpaq sahələrinin suvarılması üçün sudan istifadə haqqı"
sözləri ilə əvəz edilsin və həmin abzasdan "rayon (şəhər) su təsərrüfatı
idarələrinə" sözləri çıxarılsın.
2. Bu qərar
imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan
Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov
Büdcədən maliyyələşdirilən müəssisələrdə,
təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum
olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin sosial müdafiəsi üzrə əlavə tədbirlər
haqqında
AZƏRBAYCAN
RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 132
Bakı şəhəri, 17 mart
2016-cı il
Azərbaycan
Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər
tutaraq, büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən
asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş və işlə təmin olunmamış məcburi
köçkünlərin sosial müdafiəsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti QƏRARA ALIR:
1. "Büdcədən
maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı
olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin
yaxşılaşdırılması tədbirləri haqqında" Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1994-cü il 10 may tarixli 181 nömrəli qərarının 2-ci hissəsinin
müddəti 2017-ci il yanvarın 1-dək uzadılsın.
2. Azərbaycan
Respublikasının Təhsil Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə
Nazirliyinə, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə, digər
aidiyyəti dövlət orqanlarına və əraziləri işğal olunmuş rayonların icra
hakimiyyəti orqanlarına tapşırılsın:
2.1. büdcədən maliyyələşdirilən
müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə
iş yerindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərə müvəqqəti məskunlaşdıqları
ərazilər üzrə orta aylıq əməkhaqqının verilməsini elektron informasiya sisteminə
daxil edilmiş əmək müqaviləsi bildirişini və onun qeydiyyata alınmasını təsdiq
edən məlumatı əldə etdikdən sonra həyata keçirsinlər;
2.2. büdcədən
maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı
olmayan səbəblərə görə iş yerindən məhrum olmuş, yaşadıqları rayonların ərazisi
işğal olunduqdan sonra işləməyən və pensiya yaşına çatmayan məcburi köçkünlərin
fərdi identifikasiya nömrələri qeyd edilməklə adlı siyahısını 2016-cı il
aprelin 1-dək Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri
üzrə Dövlət Komitəsinə təqdim etsinlər;
2.3. tabeliyində olan
qurumlarda boş (vakant) iş yerlərinə məcburi köçkünlərin işə qəbulu ilə bağlı
müvafiq tədbirlərin görülməsini daha da gücləndirsinlər və görülmüş işlər barədə
hesabatı rübdə bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim
etsinlər.
3. Azərbaycan
Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə
tapşırılsın ki, aidiyyəti dövlət orqanlarının və əraziləri işğal olunmuş
rayonların icra hakimiyyəti orqanlarının büdcədən maliyyələşdirilən müəssisə və
təşkilatlarında çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum
olmuş, yaşadıqları rayonların ərazisi işğal olunduqdan sonra işləməyən və
pensiya yaşına çatmayan məcburi köçkünlərin fərdi identifikasiya nömrələri qeyd
edilməklə təqdim etdikləri adlı siyahını 10 (on) gün müddətində icmallaşdıraraq
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim
etsin.
4. Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın:
4.1. 10 (on) gün müddətində
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət
Komitəsinin təqdim etdiyi siyahı əsasında müvafiq məlumatları "Əmək
müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın
verilməsi alt sistemi"ndə olan məlumatlarla üzləşdirsin və bu barədə
müvafiq məlumatları Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə
təqdim etsin;
4.2. məşğulluq
xidməti orqanlarına müraciət etmiş məcburi köçkünlərin məşğulluğu ilə bağlı
qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq tədbirlərin həyata keçirilməsini
təmin etsin.
5. Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya
sistemində işğal altında olan rayonların büdcədən maliyyələşdirilən müəssisə və
təşkilatlarına aid edilməyən digər işəgötürənlərlə istər əsas, istərsə də əlavə
iş yeri üzrə əmək müqaviləsi bildirişi qeydiyyata alınan məcburi köçkünlərə
dondurulmuş iş yeri üzrə orta aylıq əməkhaqqının verilməsi dayandırılsın.
6. Bu qərar
2016-cı il yanvarın 1-dən qüvvəyə minir.
Azərbaycan
Respublikasının Baş naziri Artur Rasi-zadə
Azərbaycan Respublikasının dövlət
ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil
xərclərinin ödənilməsi ilə bağlı bəzi məsələlər barədə
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan
Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil
alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında” 2011-ci il 14
sentyabr tarixli 1722 nömrəli Sərəncamının 2-ci hissəsinə əsasən Azərbaycan
Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Dövlət ali təhsil
müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərlə onlara təhsil
xidmətləri göstərən dövlət ali təhsil müəssisəsi arasında yaranan münasibətlərə
dair “Dövlət ali təhsil müəssisəsi ilə ödənişli əsaslarla təhsil alan
“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin)
statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi
köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşı arasında Nümunəvi Fərdi
Müqavilə” təsdiq edilsin (1 nömrəli əlavə).
2. Azərbaycan
Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil
alan məcburi köçkünlərə təhsil xidmətləri göstərən ali təhsil müəssisəsi ilə Azərbaycan
Respublikasının Təhsil Nazirliyi arasında yaranan münasibətlərə dair “Azərbaycan
Respublikasının Təhsil Nazirliyi ilə dövlət ali təhsil müəssisəsi arasında
“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin)
statusu haqqında” statusu olan və ödənişli əsaslarla dövlət ali təhsil müəssisəsində
təhsil alan şəxslərə göstərilən təhsil xidmətlərinin dəyərinin dövlət büdcəsinin
vəsaiti hesabına ödənilməsi barədə Nümunəvi Çərçivə Müqaviləsi” təsdiq edilsin
(2 nömrəli əlavə).
3. Azərbaycan
Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasının Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Tələbə Qəbulu
üzrə Dövlət Komissiyası və dövlət ali təhsil müəssisələrinin rəhbərləri ilə
birlikdə:
3.1. müvafiq
tədris ili üçün ayrı-ayrı ixtisaslar üzrə dövlət ali təhsil müəssisələrinin
bakalavriat və magistratura səviyyələrinə ödənişli əsaslarla qəbul olunmuş məcburi
köçkünlərin adlı siyahısını hər il oktyabrın 1-dək Azərbaycan Respublikasının
Maliyyə Nazirliyinə təqdim etsin;
3.2. bu qərarın
1-ci hissəsində qeyd olunan şəxslərin statusunda və təhsil formasında il ərzində
dəyişiklik baş verdikdə, həmin şəxslər barədə müvafiq məlumatların 1 ay müddətində
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim olunmasını və dövlət büdcəsindən
həmin şəxslər üçün ayrılmış vəsaitin istifadə olunmayan hissəsinin büdcəyə
qaytarılmasını təmin etsin.
4. Bu qərar imzalandığı
gündən qüvvəyə minir.
Azərbaycan
Respublikasının Baş naziri
Artur Rasi-zadə
Bakı şəhəri, 24
yanvar 2012-ci il
№ 12
Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə
daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən
vəsiqənin verilməsinə dair qaydalar
Bu Qaydalar Azərbaycan
Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş
şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli 668-İQ nömrəli, “Məcburi
köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” 21
may 1999-cu il tarixli 669-İQ nömrəli, “Yaşayış yeri və olduğu yer üzrə
qeydiyyat haqqında” 4 aprel 1996-cı il tarixli 55-İQ nömrəli Qanunlarının,
“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin)
statusu haqqında” 21 may 1999-cu il tarixli Qanunun tətbiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin 8 iyul 1999-cu il tarixli 148 nömrəli
Fərmanına, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli
187 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikası Qaçqınların və
Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin
tələblərinə uyğun olaraq hazırlanmış, məcburi köçkünlərə (ölkə daxilində
köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin
verilməsi qaydalarını müəyyən edir.
Əsas anlayışlar:
Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) – Azərbaycan Respublikası
ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış
yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir.
Şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi
icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının
qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox
yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri,
sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil
müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.
Bu Qaydalarda nəzərdə tutulan daimi yaşayış yeri dedikdə, sakini olduğu rayon
və ya şəhər işğal edilənədək, həmin rayon və ya şəhərdə yaşayış yeri üzrə daimi
qeydiyyatda (pasport, hərbi) olmaqla yaşadığı yer başa düşülür.
Yetkinlik yaşına çatmayanların yaşayış yeri onların qanuni nümayəndələrinin –
müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, qəyyumların və
himayəçilərin yaşayış yeri sayılır.
I. Ümumi müddəalar
1.1. “Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün”
statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə
məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (bundan sonra Komitə) qəbul edir.
1.2. Məcburi köçkünlər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində
köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
və bu qaydalarla müəyyən edilmiş müddətdə “məcburi köçkün” statusu almaq
hüququna malikdirlər.
1.3. Məcburi köçkün əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda
müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin
edildikdə, bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş
səviyyədə yaşayış yeri ilə təmin edildikdə “məcburi köçkün” statusunu itirir.
II.
“Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair ərizə və
müvafiq sənədlərin təqdim edilməsi
2.1. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqəni almaq niyyətində olan
şəxs müvəqqəti məskunlaşdığı şəhər və rayon icra hakimiyyətində müvəqqəti
yaşayış yeri üzrə qeydiyyatdan keçməlidir.
2.2. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqəni almaq niyyətində olan
şəxs bu Qaydaların 2.4.-cü bəndində göstərilən sənədləri elektron və ya
qeyri-elektron formada (bu Qaydalara əlavə olunmuş 1 və 2 nömrəli formaya uyğun
olaraq) bilavasitə və yaxud Komitənin yerli nümayəndələri, Komitənin yerli
nümayəndələri olmayan şəhər və rayonlarda isə icra hakimiyyəti orqanları
vasitəsi ilə Komitəyə təqdim edir.
Ərizə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqəni almaq niyyətində
olan şəxslərin özü tərəfindən yazılmalı və imzası ilə təsdiq edilməlidir.
Şəxs sağlamlığına və ya digər səbəblərə görə özü müraciət edə bilmədikdə, o
ərizəni səlahiyyətli nümayəndəsi (qəyyumu, vəkili və s.) vasitəsi ilə yaza və
təqdim edə bilər.
2.3. Komitənin yerli nümayəndələri və yaxud şəhər və rayon icra hakimiyyətləri
“məcburi köçkün” statusu verilməsinə dair ərizələri əlavə edilmiş sənədlərlə
birlikdə 7 (yeddi) iş günü müddətində Komitəyə təqdim etməlidirlər.
2.4. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqəni almaq niyyətində olan
şəxs ərizə ilə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:
2.4.1. Rayonun işğal zamanı yaşı 18-dən yuxarı olan kişilər üçün:
2.4.1.1. Ərizə forması;
2.4.1.2. Şəxsiyyət vəsiqəsinin və hərbi biletin surəti (əsli ilə birlikdə);
2.4.1.3. Hərbi biletini itirmiş şəxslər işğal zamanı məcburi köçkün düşdüyü
rayonda hərbi və ya pasport qeydiyyatında olması barədə Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (bundan sonra SHXÇDX) rayon şöbəsi və ya
Daxili İşlər Nazirliyinin (bundan sonra DİN) rayon şöbəsi tərəfindən verilmiş
arayış;
2.4.1.4. Məcburi köçkün düşməsi barədə işğal nəticəsində məcburən tərk etdiyi
rayonun icra hakimiyyətinin başçısı və ya müavini tərəfindən verilmiş arayış;
2.4.1.5. 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil.
2.4.2. Rayonun işğal zamanı 18 yaşına (yetkinlik yaşına) çatmış və nikaha
daxil olmamış qadınlar üçün:
2.4.2.1. Ərizə forması;
2.4.2.2. Şəxsiyyət vəsiqəsinin surəti (əsli ilə birlikdə);
2.4.2.3. İşğal zamanı məcburi köçkün düşdüyü rayonda pasport qeydiyyatında
olması barədə DİN-nin rayon şöbəsi tərəfindən verilmiş arayış;
2.4.2.4. Məcburi köçkün düşməsi barədə işğal nəticəsində məcburən tərk etdiyi
rayonun icra hakimiyyətinin başçısı və ya müavini tərəfindən verilmiş arayış;
2.4.2.5. 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil.
2.4 3. Rayonun işğalından əvvəl nikaha daxil olmuş qadınlar üçün:
2.4.3.1. Ərizə forması;
2.4.3.2. Şəxsiyyət vəsiqəsinin surəti (əsli ilə birlikdə);
2.4.3.3. Nikah haqqında şəhadətnamənin surəti (əsli ilə birlikdə);
2.4.3.4. Nikaha daxil olduğu şəxsin (ərinin) şəxsiyyət vəsiqəsinin və hərbi
biletinin surətləri (əsli ilə birlikdə);
2.4.3.5. Nikaha daxil olduğu şəxsin (ərinin) hərbi bileti itirildiyi halda
ərinin işğal zamanı məcburi köçkün düşdüyü rayonda hərbi və ya pasport
qeydiyyatında olması barədə SHXÇDX-nin rayon şöbəsi və ya DİN-nin rayon şöbəsi
tərəfindən verilmiş arayış;
2.4.3.6. Nikaha daxil olduğu şəxsin (ərinin) məcburi köçkün düşməsi barədə
işğal nəticəsində məcburən tərk etdiyi rayonun icra hakimiyyətinin başçısı və
ya müavini tərəfindən verilmiş arayış;
2.4.2.7. 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil.
2.4.4. Rayonun işğalından sonra nikahı pozulmuş qadınlar və onların
övladları üçün:
2.4.4.1. Ərizə forması.
2.4.4.2. Qadının və uşağın şəxsiyyət vəsiqələrinin surəti (əsli ilə birlikdə);
2.4.4.3. Uşağın doğum şəhadətnaməsinin surəti (əsli ilə birlikdə);
2.4.4.4. Boşanmaya dair məhkəmə qətnaməsinin və nikahın pozulmasına dair
şəhadətnamənin surəti (əsli ilə birlikdə);
2.4.4.5. Ərin (atanın) işğal zamanı məcburi köçkün düşdüyü rayonda hərbi və ya
pasport qeydiyyatında olması barədə SHXÇDX-nin rayon şöbəsi və ya DİN-nin rayon
şöbəsi tərəfindən verilmiş arayış;
2.4.4.6. Qadının və ərinin məcburi köçkün düşməsi barədə işğal nəticəsində
məcburən tərk etdiyi rayonun icra hakimiyyətinin başçısı və ya müavini
tərəfindən verilmiş arayış;
2.4.4.7. 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil.
2.4.5. Rayonun işğalından əvvəl nikahı pozulmuş qadınlar və onların
övladları üçün:
2.4.5.1. Ərizə forması;
2.4.5.2. Qadının və uşağın şəxsiyyət vəsiqələrinin surəti (əsli ilə birlikdə);
2.4.5.3. Uşağın doğum şəhadətnaməsinin surəti (əsli ilə birlikdə);
2.4.5.4. Boşanmaya dair məhkəmə qətnaməsinin və nikahın pozulmasına dair
şəhadətnamənin surəti (əsli ilə birlikdə);
2.4.5.5. Qadının (ananın) işğal zamanı məcburi köçkün düşdüyü rayonda pasport
qeydiyyatında olması barədə DİN-nin rayon şöbəsi tərəfindən verilmiş arayış;
2.4.5.6. Qadının (ananın) məcburi köçkün düşməsi barədə işğal nəticəsində
məcburən tərk etdiyi rayonun icra hakimiyyətinin başçısı və ya müavini
tərəfindən verilmiş arayış;
2.4.5.7. 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil.
2.4.6. Rayonun işğal zamanı 18 yaşına (yetkinlik yaşına) çatmamış şəxslər
üçün:
2.4.6.1. Ərizə forması;
2.4.6.2. Şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surəti (əsli
ilə birlikdə);
2.4.6.3. Atanın şəxsiyyət vəsiqəsi və hərbi biletinin surəti (əsli ilə
birlikdə);
2.4.6.4. Atanın hərbi bileti itirildiyi halda atanın işğal zamanı məcburi
köçkün düşdüyü rayonda hərbi və ya pasport qeydiyyatında olması barədə
SHXÇDX-nin rayon şöbəsi və ya DİN-nin rayon şöbəsi tərəfindən verilmiş arayış;
2.4.6.5. Atanın məcburi köçkün düşməsi barədə işğal nəticəsində məcburən tərk
etdiyi rayonun icra hakimiyyətinin başçısı və ya müavini tərəfindən verilmiş
arayış.
2.4.6.6. 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil.
2.4.7. Rayonun işğal zamanı 18 yaşına (yetkinlik yaşına) çatmamış və
işğaldan əvvəl ailə başçısını (atanı) itirmiş şəxslər üçün:
2.4.7.1. Ərizə forması;
2.4.7.2. Şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surəti (əsli
ilə birlikdə);
2.4.7.3. Atanın ölüm haqqında şəhadətnaməsinin surəti (əsli ilə birlikdə);
2.4.7.4. Ananın şəxsiyyət vəsiqəsinin surəti (əsli ilə birlikdə);
2.4.7.5. Ananın işğal zamanı məcburi köçkün düşdüyü rayonda pasport
qeydiyyatında olması barədə DİN-nin rayon şöbəsi tərəfindən verilmiş arayış;
2.4.7.6. Ananın məcburi köçkün düşməsi barədə sakini olduğu rayonun icra
hakimiyyətinin başçısı və ya müavini tərəfindən verilmiş arayış;
2.4.7.7. 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil.
2.4.8. Rayonun işğal zamanı 18 yaşına (yetkinlik yaşına) çatmamış və
işğaldan əvvəl hər iki valideynini itirmiş şəxslər üçün:
2.4.8.1. Ərizə forması;
2.4.8.2. Şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surəti (əsli
ilə birlikdə)
2.4.8.3. Valideynlərin ölüm haqqında şəhadətnamələrinin surəti (əsli ilə
birlikdə)
2.4.8.4. İşğal zamanı məcburi köçkün düşdüyü rayonda pasport qeydiyyatında
olması barədə DİN-nin rayon şöbəsi tərəfindən verilmiş arayış;
2.4.8.5. Şəxsin məcburi köçkün düşməsi barədə işğal nəticəsində məcburən tərk
etdiyi rayonun icra hakimiyyətinin başçısı və ya müavini tərəfindən verilmiş
arayış;
2.4.8.6. 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil.
2.4.9. Rayonun işğal zamanı 18 yaşına (yetkinlik yaşına) çatmamış və
işğaldan sonra hər iki valideynini itirmiş şəxslər üçün:
2.4.9.1. Ərizə forması;
2.4.9.2. Şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surəti (əsli
ilə birlikdə);
2.4.9.3. Valideynlərinin ölüm haqqında şəhadətnamələrinin surəti (əsli ilə
birlikdə);
2.4.9.4. Valideynlərinin işğal zamanı məcburi köçkün düşdüyü rayonda hərbi və
ya pasport qeydiyyatında olması barədə SHXÇDX-nin rayon şöbəsi və ya DİN-nin
rayon şöbəsi tərəfindən verilmiş arayış;
2.4.9.5. Valideynlərinin məcburi köçkün düşməsi barədə işğal nəticəsində
məcburən tərk etdiyi rayonun icra hakimiyyətinin başçısı və ya müavini
tərəfindən verilmiş arayış;
2.4.9.6. 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil.
2.4.10. Rayonun işğal zamanı 18 yaşına (yetkinlik yaşına) çatmamış və başqa
şəxslər tərəfindən övladlığa, himayəyə, qəyyumluğa götürülmüş şəxslər üçün:
2.4.10.1. Ərizə forması;
2.4.10.2. Şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surəti (əsli
ilə birlikdə);
2.4.10.3. Övladlığa götürənin, himayəçinin və qəyyumun şəxsiyyət vəsiqəsinin
surəti (əsli ilə birlikdə);
2.4.10.4. Övladlığa, himayəyə və qəyyumluğa verilmə barədə müvafiq sənədin
surəti (əsli ilə birlikdə);
2.4.10.5. Övladlığa, himayəyə və qəyyumluğa götürənin işğal zamanı məcburi köçkün
düşdüyü rayonda hərbi və ya pasport qeydiyyatında olması barədə SHXÇDX-nin
rayon şöbəsi və ya DİN-nin rayon şöbəsi tərəfindən verilmiş arayış;
2.5.10.6. Övladlığa, himayəyə və qəyyumluğa götürənin adına məcburi köçkün
düşməsi barədə işğal nəticəsində məcburən tərk etdiyi rayonun icra
hakimiyyətinin başçısı və ya müavini tərəfindən verilmiş arayışı;
2.5.10.7. 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil.
2.4.11. Rayonun işğal zamanı hərbi qulluqda olan (həqiqi hərbi xidmət
istisna olmaqla) şəxslərə və onun ailə üzvlərinə:
2.4.11.1. Ərizə forması;
2.4.11.2. Şəxsiyyət vəsiqəsinin surəti (əsli ilə birlikdə);
2.4.11.3. Doğum haqqında şəhadətnaməsi və nikahın surətləri (əsli ilə
birlikdə);
2.4.11.4. Şəxsin (ərin, atanın) işğal zamanı xidmət keçdiyi hərbi hissənin
işğal olunmuş rayonların ərazisində dislokasiyasını (yerləşməsi) özündə əks
etdirən şəxsi işindən çıxarış;
2.4.11.5. Ananın məcburi köçkün düşməsi barədə işğal nəticəsində məcburən tərk
etdiyi rayonun icra hakimiyyətinin başçısının və ya müavini tərəfindən verilmiş
arayışı;
2.4.11.6. Ananın işğal zamanı məcburi köçkün düşdüyü rayonda pasport
qeydiyyatında olması barədə DİN-nin rayon şöbəsi tərəfindən verilmiş arayış;
2.4.11.7. 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil.
2.4.12. Rayonun işğal zamanı ali, orta ixtisas və peşə təhsili
müəssisələrində əyani formada təhsil alan şəxslər üçün:
2.4.12.1. Ərizə forması;
2.4.12.2. Şəxsiyyət vəsiqəsinin və hərbi biletin surəti (əsli ilə birlikdə);
2.4.12.3. Ali, orta ixtisas və peşə təhsili müəssisəsinin diplomunun surəti
(əsli ilə birlikdə);
2.4.12.4. Hərbi biletini itirmiş şəxslər işğal zamanı məcburi köçkün düşdüyü
rayonda hərbi və ya pasport qeydiyyatında olması barədə SHXÇDX-nin rayon şöbəsi
və ya DİN-nin rayon şöbəsi tərəfindən verilmiş arayış;
2.4.12.5. İşğal illərində tələbə olmuş şəxsin təhsil aldığı dövrdə müvəqqəti
qeydiyyatda olduğu ünvanda tərtib olunmuş sənədin təsdiqlənmiş surəti (Forma-A
və ya Forma-13);
2.4.12.6. Məcburi köçkün düşməsi barədə işğal nəticəsində məcburən tərk etdiyi
rayonun icra hakimiyyətinin başçısı və ya müavini tərəfindən verilmiş arayış;
2.4.12.7. 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil.
2.5. “Məcburi köçkün” statusu almaq niyyətində olan şəxslər ərizədə
aşağıdakıları göstərməlidirlər:
2.5.1. Məcburi köçkün düşdüyü şəhər, rayon, kənd;
2.5.2. Soyadı, adı, atasının adı;
2.5.3. Təvəllüdü və doğulduğu yer;
2.5.4. Hazırda müvəqqəti məskunlaşdığı ünvan;
2.5.5. Məcburi köçkün vəziyyətinə düşmə tarixi və səbəbi;
2.5.6. Ərizənin verildiyi tarix və imza.
Ərizə formasında göstərilən bütün suallara yığcam və dəqiq cavab verilməlidir.
2.6. “Məcburi köçkün” statusu verilməsi haqqında ərizə təqdim edən, lakin özü
barəsində məlumat, tələb edilən sənədləri verməkdən imtina edən və ya status
verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verən şəxsə
“məcburi köçkün” statusu verilməsindən imtina edilir.
2.7. “Məcburi köçkün” statusu verilməsi haqqında ərizə təqdim edən şəxsin
ərizəsi, şəxsiyyətini təsdiq edən sənədlərinin surəti və digər sənədlər onun
şəxsi işinə dair sənədlər toplusudur.
III. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair
müraciətə baxılması
3.1 “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi haqqında
ərizə və ona əlavə edilən sənədlər Komitəyə təqdim edildikdən sonra Komitə
sədrinin və ya onun müavininin dərkənarına əsasən status sənədlərinə baxan
aidiyyəti şöbəyə (bundan sonra şöbə) ünvanlanır.
3.2. Şöbə 15 gün müddətində ilkin araşdırmaları apararaq şəxsə “məcburi köçkün”
statusunun verilməsi üçün bu Qaydalarla müəyyən edilmiş qaydada tələb olunan
sənədlərin olub-olmamasını müəyyənləşdirir. “Məcburi köçkün” statusu almaq
istəyən şəxs bu Qaydalarla müəyyən edilmiş qaydada tələb olunan sənədləri
təqdim edə bilmədikdə aidiyyəti dövlət qurumlarına sorğular verilir və bu zaman
sənədin icra müddətinin axımı dayandırılır.
3.3. Şəxsə “məcburi köçkün” statusu verilməsi və ya bundan imtina haqqında
qərar ərizənin Komitədə qeydə alındığı gündən bir ay müddətində qəbul edilir.
3.4. Şöbə “məcburi köçkün” statusunun və onu təsdiq edən vəsiqənin verilməsi
haqqında qərarın qanunvericiliyə uyğunluğuna görə bilavasitə məsuliyyət
daşıyır.
3.5. “Məcburi köçkün” statusu almış şəxslərə “məcburi köçkün” vəsiqəsi verilir
və Komitənin aidiyyəti şöbəsi tərəfindən uçotu aparılır.
3.6. “Məcburi köçkün” vəsiqəsi Komitənin sədri tərəfindən bu barədə səlahiyyət
verilmiş vəzifəli şəxs tərəfindən imza edilir və Komitənin gerbli möhürü ilə
təsdiq edilir.
IV. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi
4.1. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə
verilir:
4.1.1. Sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon
olan Azərbaycan Respublikasının vətəndaşlarına;
4.1.2. Sakini olduqları rayon işğal edildikdən sonra birbaşa MDB ölkələrinə
gedərək orada müvəqqəti yaşadıqdan sonra Azərbaycan Respublikasına gələrək
məcburi köçkün kimi müvəqqəti qeydiyyata düşmüş Azərbaycan Respublikasının
vətəndaşlarına;
4.1.3. Sakini olduqları rayon işğal edilənədək daimi yaşayış yeri üzrə həqiqi
hərbi xidmətə çağırılmış və işğal zamanı həqiqi hərbi xidmətdə olmuş şəxslərə;
4.1.4. Hərbi qulluğa daxil olmuş və işğal zamanı işğal bölgəsində müddətli
hərbi xidmətdə olan işğal edilmiş rayonun sakinlərinə (hərbi xidmətdən tərxis
olunduqdan sonra);
4.1.5. Sakini olduqları rayon işğal edilən zaman Azərbaycan Respublikasında və
MDB ölkələrində ali, orta-ixtisas və peşə məktəblərində təhsil alan, təhsil
müddətində sakini olduğu rayonda daimi yaşadığı ünvandan qeydiyyatdan çıxmadan
təhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) müvəqqəti qeydiyyatda olan
şəxslərə;
4.1.6. Valideynlərindən hər ikisi “məcburi köçkün” statusuna malik olan və
Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara;
4.1.7. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmuş rayonun sakini
(məcburi köçkün) ilə nikahda olmuş, lakin öz rayonundan pasport qeydiyyatından
çıxmayan, işğaldan sonra ərinin yaşayış yeri üzrə qeydiyyata düşmüş qadınlara;
4.1.8. “Məcburi köçkün” statusuna malik olan valideynlərini itirmiş və
Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə.
4.2. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə
verilmir:
4.2.1. İşğal zamanı həmin rayonlarda işləyən, lakin sakini olduğu işğal
olunmamış şəhərdə (rayonda) pasport qeydiyyatında olan şəxslərə.
4.2.2. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmamış şəhər (rayon)
sakini ilə nikahda olmuş, lakin sakini olduğu işğal olunmuş rayondan pasport
qeydiyyatından çıxmayan qadınlara və onların uşaqlarına.
4.2.3. “Məcburi köçkün” statusu olmayıb, “məcburi köçkün” şəxslə (kişi və ya
qadın) nikaha daxil olan şəxslərə.
4.2.4. Sakini olduğu rayon işğal olunan zaman hərbi qeydiyyatdan yayınan,
səfərbərlikdən boyun qaçıran və fərariliyə görə barəsində amnistiya aktı tətbiq
olunan şəxslərə.
4.2.5. Sakini olduğu rayonun işğalından sonra “məcburi köçkün” statusu olan
şəxslər tərəfindən himayə və qəyyumluğa götürülmüş “məcburi köçkün” statusuna
malik olmayan şəxslərə.
4.2.6. “Məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və
ya mülki hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış
sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına.