Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 6 dekabr tarixli 215 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası
Prezidentinin 1999-cu il 6 dekabr tarixli 215 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 595) ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun
Nizamnaməsi”nin 5.3-cü bəndində aşağıdakı dəyişikliklər edilsin:
1. Birinci abzasın ikinci cümləsindən
“Azərbaycan Respublikasının Baş nazirinin müavini,” sözləri çıxarılsın.
2. Səkkizinci abzasda “Azərbaycan
Respublikasının Qeyri-Hökumət Təşkilatları Forumu” sözləri “Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurası” sözləri ilə əvəz edilsin.
3. Doqquzuncu abzasda “özəl iş
adamı” sözləri “sahibkar” sözü ilə əvəz edilsin.
4. Üçüncü-doqquzuncu abzaslar
müvafiq olaraq dördüncü-onuncu abzaslar hesab edilsin və aşağıdakı məzmunda
üçüncü abzas əlavə edilsin:
“Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi;”.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 29 avqust 2018-ci
il.