Xəbərlər Abşeron rayon ərazisində məcburi köçkünlər üçün nəzərdə tutulan yaşayış kompleksinin tikintisi başa çatmaq üzrədir.

Abşeron rayon ərazisində məcburi köçkünlər üçün nəzərdə tutulan yaşayış kompleksinin tikintisi başa çatmaq üzrədir.


Azərbaycanda məcburi köçkünlər üçün  tikilən sayca  ən böyük yaşayış məhəllələrindən  biri olacaq kompleksdə son tamamlanma işləri həyata keçirilir. Çox qısa zamanda məcburi köçkünlərin ixtiyarına veriləcək kompleksdə hər biri 7 mərtəbədən ibarət olan  24 ədəd binanın tikintisi artıq  başa çatıb və mənzillərdə təmir işləri başlanılıb.


Kompleksdə 23 bina 42 mənzilli, 1 bina isə 35 mənzillidir. Binalarda 77 ədəd 1 otaqlı, 420 ədəd 2 otaqlı, 406 ədəd 3 otaqlı, 98 ədəd 4 otaqlı mənzil olacaq. Yeni yaşayış məhəlləsində o cümlədən 792 yerlik məktəb, 140 yerlik bağça, klub icma mərkəzi, tibb məntəqəsi, telefon qovşağı , inzibati binalar, 1 ədəd  35 kV yarımstansiya, 2 ədəd 10 kV yarımstansiyanın  inşası nəzərdə tutulur.


Məcburi Köçkünlərin Sosial İnkişaf Foundunun sifarişi ilə həyata keçirilən inşaat işləri tam başa çatdıqdan sonra kompleksə  Sumqayıt şəhər ərazisindəki yataqxanalarda müvəqqəti məskunlaşmış 2900 məcburi köçkün ailəsindən 1000 ailənin birinci mərhələ çərçivəsində köçürülməsi planlaşdırılır.


Qeyd edək ki,  Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 fevral tarixli 1346 nömrəli Sərəncamı ilə “Dövlət Proqramı”na edilmiş əlavələr əsasında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08.06.2011-ci il tarixli 149S  №-li Sərəncamı ilə təsdiq edilmiş “Tədbirlər Planı”nın 1.7 bəndinin icrası ilə əlaqədar çoxmərətəbəli binalardan  ibarət yeni yaşayış məhəlləsi tam müasir standartlara cavab verən bütün zəruri sosial-texniki infrastrukturu ilə birlikdə inşa edilir.


Kompleksdə bir sıra sosial obyektlərin , xarici və daxili elektirik xətləri, su, kanalizasiya, qızdırıcı sistem və digər  texniki infrastrukturların inşası da yekunlaşmaq üzrədir.


Onu da vurğulayaq ki, ölkə başçısının tapşırığına əsasən kompeksdə sakinlərin istirahəti üçün tələb olunan müasir infrastrukturun yaradılması da nəzərdə tutulur.