Xəbərlər Şirvan şəhərində 685 məcburi köçkün ailəsi üçün nəzərdə tutulan yeni yaşayış qəsəbənin inşasına başlanılıb.

Şirvan şəhərində 685 məcburi köçkün ailəsi üçün nəzərdə tutulan yeni yaşayış qəsəbənin inşasına başlanılıb.


           Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlər bu kateqoriyadan olan soydaşlarımızın hər zaman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunduğunu göstərir. Məcburi köçkünlərin müvəqqəti yaşayış yerləri - çadırlardan, fin tipli qəsəbələrdən və olduqca ağır şəraitdə olan yataqxanalardan tam müasir tələblər səviyyəsində inşa edilən qəsəbələrə köçürülməsi dövlətin bu insanlara göstərdiyi diqqətin təzahürüdür.


           Respublikanın bir çox yerlərində salınan bu cür yeni yaşayış qəsəbələri onu göstərir ki, Azərbaycan dövləti hər zaman vətəndaşlarının qayğısına qalır, onların problemlərinin həlli dövlət siyasətinin mühüm istiqamətini təşkil edir.


           Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın da 2017-ci il martın 9-da keçirdiyi ilk müşavirəsini məhz məcburi köçkünlərə həsr etməsi və bu istiqamətdə çox ciddi irəlləyişə səbəb olacaq qərarlar verməsi sübut edir ki, Azərbaycan höküməti üçün məcburi köçkünlərin yaşayış şəraiti və gəlir imkanlarının dəstəklənməsi ən prioritet məsələlərdən biridir.


           Şirvan şəhərində inşasına başlanılan daha bir yaşayış məhəlləsi bunun bariz nümunəsidir. Burada 685 məcburi köçkün ailəsi üçün 13 ədəd 9 mərtəbəli yaşayış binalarından ibarət yeni yaşayış məhələsinin tiktisinə başlanılıb.


           Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 fevral tarixli 1346 nömrəli Sərəncamı ilə “Dövlət Proqramı”na edilmiş əlavələr əsasında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08.06.2011-ci il tarixli 149S  №-li Sərəncamı ilə təsdiq edilmiş “Tədbirlər Planı”nın 1.7 bəndinin icrası ilə əlaqədar çoxmərətəbəli binalardan  ibarət yeni yaşayış məhəlləsi tam müasir standartlara cavab verən bütün zəruri sosial-texniki infrastrukturu ilə birlikdə inşa edilir.


           Kompleksdə 12 bina 54 mənzilli, 1 bina isə 37 mənzillidir. Ümumili tikilməkdə olan çoxmərtəbəli binalarda 64 ədəd 1 otaqlı, 298 ədəd 2 otaqlı, 270 ədəd 3 otaqlı, 53 ədəd 4 otaqlı mənzil olacaq.


           Qəsəbənin ümumi ərazisi 10 hektardır. Kompleksdə müasir standartlara tam cavab verən 540 yerlik məktəb binası,140 yerlik uşaq bağçası, inzibati bina, tibb məntəqəsi və  klub-icma mərkəzi  tikiləcək.


           Qəsəbənin elektrik enerjisi, içməli su və qaz təchizatı ilə bağlı da hərtərəfli iş aparılacaq,müasir yol-küçə infrastrukturu qurulacaq. Məktəbdə şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün ən zəruri inventar və avadanlıqlar olacaq.


           Baş plana əsasən tikinti işləri yekunlaşdıqdan sonra qəsəbə ərazisində yol-küçə şəbəkəsi salınacaq, abadlıq və yaşıllaşdırma işlərinə başlanılacaq.