Məcburi köçkünlərin yaşadığı yerlərdə onların yaşayış şəraitini daim yaxşılaşdırmaq lazımdır. Bu bizim ən əsas vəzifəmizdir.
Xəbərlər
Prezident İlham Əliyev 3042 məcburi köçkün ailəsi tikilən qəsəbələrdə tikinti işlərinin gedişi ilə tanış olub.
Prezident İlham
Əliyev 3042 məcburi köçkün ailəsi tikilən qəsəbələrdə tikinti işlərinin gedişi
ilə tanış olub.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Sumqayıt şəhərindəki
yataqxanalarda müvəqqəti məskunlaşan 3042 məcburi köçkün ailəsi üçün Abşeron
rayonu ərazisində yaşayış binalarından ibarət məhəllələrdə tikinti işlərinin
gedişi ilə tanış olub.
Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev görülən işlər
barədə dövlətimizin başçısına məlumat verərək dedi:
-Möhtərəm cənab
Prezident, bu Sizin tapşırıqlarınıza əsasən Neft Fondundan ayrılmış vəsait
hesabına Abşeron rayonunun ərazisində 1890 ailə üçün nəzərdə tutulmuş tikinti
sahəsidir. Hazırda burada iki qəsəbə salınır. Qəsəbələrdən biri 1890 ailə, digəri
isə 1152 ailə üçün nəzərdə tutulur. Birinci qəsəbəmizdə 1512 şagird yerlik məktəbimiz,
280 yerlik uşaq bağçamız, klub icma mərkəzimiz var və musiqi məktəbi tikilir.
Digər qəsəbədə doqquzmərtəbəli 29 yaşayış binası tikilir. Bu qəsəbədə isə 35
yaşayış binası nəzərdə tutulub, hazırda tikintisi davam etdirilir. Cari ilin
yanvar ayının 15-dən tikintisinə başlanılıbdır, 2200 işçi qüvvəsi cəlb olunub,
müasir texnikadan istifadə edilir. Tikinti şərtləri nəzərə alınmaqla işimizi
sürətlə davam etdiririk və nəzərdə tutmuşuq ki, noyabr ayının sonlarına bu qəsəbə
tam hazır olacaq.
Prezident İlham
Əliyev: Hər iki layihə?
Rövşən Rzayev: Bəli,
hər iki layihə, elə nəzərdə tutulub. Hazırda da işlərimiz sürətlə gedir.
Prezident İlham
Əliyev: Yəni, ümumiyyətlə, 3 mindən çox ailə burada yerləşəcək.
Rövşən Rzayev: Bəli,
3 min 42 ailə burada məskunlaşacaqdır. Əsasən Sumqayıt şəhərindən köçürüləcək məcburi
köçkünlər. Sumqayıt şəhərində 13 mindən çox ailə məskunlaşıbdır. Hörmətli
Birinci vitse-prezident Mehriban xanımın tapşırığına əsasən Sumqayıt şəhəri
üçün yol xəritəsi hazırlanıbdır. Sumqayıt şəhərində inzibati binalarda çətin vəziyyətdə
məskunlaşan köçkünlərimizin sayı 3 mindən bir az çoxdur. Onları və Abşeron
rayonunda inzibati binalarda çətin vəziyyətdə yaşayan 1500-dən çox insanı biz
burada məskunlaşdıracağıq.
Prezident İlham
Əliyev: Çox yaxşı, ilk növbədə, ən ağır vəziyyətdə yaşayan insanları yerləşdirin,
onların böyük hissəsi burada yerləşdiriləcək. Ondan sonra bu layihələr davam
etdiriləcək.
Rövşən Rzayev: Möhtərəm
cənab Prezident, Sizin tapşırıqlarınıza əsasən, burada komitə üçün ümumiyyətlə
50 hektar ərazi ayrılmışdır. Onun 17 hektarından istifadə olunubdur. İlk qəsəbəmizdə
1001 ailə yaşayır. Siz 2018-ci ilin dekabrında bu qəsəbənin açılışını
etmisiniz. Hazırda ikinci və üçüncü qəsəbələrimiz tikilir, daha 12 hektar ərazimiz
qalır. Orada da layihəyə uyğun olaraq 1008 ailə yerləşdirə biləcəyik. Sizin
tapşırıqlarınıza uyğun olaraq, layihə tamamilə dəyişdirilibdir, nəzərdə
tutulmuş 2500 ailə əvəzinə hazırda burada 5000-ə yaxın ailə məskunlaşdırılacaq.
Prezident İlham
Əliyev: Çox yaxşı, biz bu əraziləri gərək elə planlaşdıraq ki, maksimum səmərə
ilə binalar tikilsin, həm mərtəbə səviyyəsi, eyni zamanda, burada ictimai
zonaların həcmi şəhərsalma qaydalarına uyğun olmalıdır. Əlbəttə ki, hər bir qəsəbədə
məktəb, uşaq bağçası, tibb məntəqəsi, alış-veriş yerləri olmalıdır. Bu vaxta qədər
bu qəsəbə də tikilib.
Rövşən Rzayev: Bəli,
burada 1001 ailə yaşayır, binalar yeddi mərtəbədən ibarətdir, qəsəbə 17
hektarda salınıbdır. Amma Sizin tapşırıqlarınızdan sonra layihəyə yenidən
baxıldı və artıq yeni qəsəbələrdə doqquzmərtəbəli binalar tikilir.
Prezident İlham
Əliyev: Ümumiyyətlə, bu qəsəbələrdə əvvəlki dövrdə tikilmiş binaları da nəzərə
alsaq təqribən dörd mindən çox ailə məskunlaşacaq. Mən göstəriş vermişəm ki,
bütün kommunikasiyalar da təmin edilsin – qaz, işıq, yollar, su təminatı -
bütün şərait.
Rövşən Rzayev:
Yaşıllıq salınır.
Prezident İlham
Əliyev: Yaşıllıq, ictimai zonalar. Çox yaxşı, gələn ilə də planlaşdırın, çünki
hələ ki, Sumqayıt şəhərində və Abşeron rayonunda məcburi köçkünlərin sayı
çoxdur. Son illərdə biz onların əhəmiyyətli hissəsini yerləşdirdik. Ona görə
burada bu tikinti layihələri davam etdirilməlidir. O cümlədən Bakı şəhərində və
bütün digər yerlərdə. Bu bina məktəb üçündür?
Prezident İlham
Əliyev: Hər iki qəsəbə üçün nəzərdə tutulub?
Rövşən Rzayev: Bəli,
hər iki qəsəbə üçün nəzərdə tutulubdur. Şagirdlər sayılıb, hamısı yerləşəcəkdir.
Bunların hamısının layihəsi şəhərsalma qaydalarına uyğun hazırlanıb.
Prezident İlham
Əliyev: Bu binalar neçə mərtəbəlidir?
Rövşən Rzayev: Yeddimərtəbəlidir.
İndi isə doqquzmərtəbəli binalar tikilir.
Prezident İlham
Əliyev: Gələcəkdə 12 mərtəbəli binalar da tikilə bilər ki, daha çox insanları
yerləşdirək.
Rövşən Rzayev: Baş
üstə. Sizin tapşırığınızla Binəqədi rayonunda bizə yer ayrılıbdır. Sizin
tapşırığınızdan sonra biz orada 12 mərtəbəli binaların inşasını nəzərdə
tuturuq.
Prezident İlham
Əliyev: Çox yaxşı.
X X X
Qeyd edək ki, indiyədək
Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət səviyyəsində məcburi köçkünlərin
mənzil-məişət və sosial problemlərinin həlli istiqamətində çox mühüm layihələr
icra olunub. Bu istiqamətdə dövlətin həyata keçirdiyi siyasətə Heydər Əliyev
Fondu da böyük töhfələr verib. Bu günədək 62494 məcburi köçkün ailəsinin,
ümumilikdə, bu qəbildən olan 315 min soydaşımızın mənzil-məişət şəraiti
yaxşılaşdırılıb. 2020-ci ildə də bu işlərin davam etdirilməsi nəzərdə tutulur.
Bütün bunlar göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qaçqın və məcburi
köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə reallaşdırılan tədbirlər
ardıcıl xarakter alıb.
Əlaqə
AZ1122 ,Baki şəhəri ,Tiblisi prospekti 57D
(+994 12) 431 87 03
office@sfdi.gov.az
Səhifəmizdəki yeniliklərdən xəbərdar olmaq üçün E-poçtunuzu daxil edin
Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu | sfdi.gov.a